Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Generalizə olunmuş qıcolmalar



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə102/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   98   99   100   101   102   103   104   105   ...   108
Mövzu 1 1

Generalizə olunmuş qıcolmalar: 

  tonik  




  klonik  

  tonik – klonik  



Lokal qıcolmalar: 

  tonik 



  klonik 



Tonik qıcolmalar - əzələlərin yavaş-yavaş yığılması, klonik qıcolmalar isə əzlələrin sürətli 

yığılması ilə xarakterizə olunur.  

Bəs, qıcolma tutması hansı şəkildə baş verir? 

Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz 

qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə 

əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli 

köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik 

ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. 

Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri - huşun itirilməsi, bayılma, kəskin şəkildə 

əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı 

hadisələrə heç bir reaksiya vermir. Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman 

dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb 

ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə 

uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin! 

Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin