Qıcolmalar aşağıdakı səbəblərdən baş verə bilər:
- bədən temperaturunun yüksək olması (febril qıcolmalar adlandırılır). Yüksək temperaturun
fonunda olan qıcolmalara adətən uşaqlarda tez-tez rast gəlinir. Belə qıcolmaların qarşısını almaq
üçün, uşaqlarda yüksək hərarəti vaxtında aşağı salmaq lazımdır;
- epilepsiya;
- meningit, ensefalit, beyin absesi, beyin şişi;
- başın travması;
- maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqnezium elementlərinin
azalması;
- tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar;
- bədənin həddindən artıq qızması;
- əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya (qorxu,
qəzəb, sevinc) qıcolmalara səbəb ola bilər.
Dostları ilə paylaş: |