Anesteziologiyanın əsasları. İnhalyasion narkoz
Anesteziolologiya – ağrının, hissiyyatın aradan götürülməsi yolları haqqında elmdir. «An» –
inkar etmə, rədd etmə, «estes» – hissiyyat və «loqos» – elm mənasını verir. Ağrı hissiyyatının
olması normal, fizioloji bir hal kimi qəbul edilməlidir. Ağrı qoruyucu səciyyə daşımaqla əksər
xəstəliklərin mühüm simptomlarından biri kimi təzahür edir. Yəni bir çox xəstəliklər orqanizmin
bu və ya digər nahiyəsində ağrının əmələ gəlməsilə özünü büruzə verir və xəstəni həkimə
müraciət etməyə vadar edir. Bütün tibb elmləri kimi müasir anesteziologiya-reanimatologiya da
sürətlə inkişaf edir. Bu gün müasir həkim- anestezioloq- reanimatoloqların professional səviyyəsi
xeyli yüksəlmişdir. Lakin müalicəsi cərrahi yolla aparılan xəstəliklər zamanı ağrı arzuolunmaz
amil kimi meydana çıxır, həkimə mane olmaqla yanaşı, xəstə üçün fəlakətlər törədə bilir. Bu
halda ağrının qarşısı alınmadan hər hansı müdaxilənin və ya cərrahi əməliyyatın aparılması
xəstəni şok vəziyyətinə sala bilər.
Anesteziologiyanın əsas vəzifəsi xəstəni cərrahi müdaxiləyə hazırlamaq, əməliyyatın ağrısız
olmasını təmin etmək, həyat əhəmiyyətli orqanların fəaliyyətini tənzimləmək və cərrah üçün
əməliyyatın tam həcmdə aparılmasına optimal şərait yaratmaqdan ibarətdir.
Müasir anesteziologiyada kombinəolunmuş narkoza üstünlük verilir. Yəni cərrahiyyə əməliyyatı
zamanı tətbiq edilən narkoz bir neçə dərmanın işlədilməsilə həyata keçirilir.
Anesteziya ( yunanca anaisthia ) – hissi sinirlərin zədələnməsi nəticəsində hissiyyatın itməsidir.
Süni anesteziya – ağrısızlaşdırma cərrahi əməliyyatlarda ağrı hissini aradan qaldırmaq üçün
istifadə olunur. Bu ümumi ağrısızlaşdırma – narkoz və ya yerli anesteziya şəklində aparıla bilər.
Anesteziologiya – ağrısızlaşdırma problemlərini öyrənən , cərrahi əməliyyat və ondan sonra
orqanizmin vacib həyati funksiyalarını idarə edən kliniki təbabətin bir sahəsidir.
Ağrısızlaşdırma ən qədim üsullardan biridir. İnsanlar qədim zamanlardan başlayaraq ağrı ilə
mübarizə etməyə çalışmış, ağrını azaltmaq üçün müxtəlif vasitələrə əl atmışlar. İlk ağrıkəsici
vasitələr müxtəlif bitkilərdən alınan dəmləmə, bişirmə şəklində istifadə olunurdu. Bitkilərin
şirəsindən və yandırıb tüstüsündən ağrıkəsici kimi istifadə edirdilər.
Anesteziyanın bir çox növləri vardır, lakin ən sadə və universal qəbul olunmuş formaları
aşağıdakılardır:
Dostları ilə paylaş: |