1.ümumi anesteziya – narkoz
2.yerli anesteziya
3. regionar anesteziya (spinal, epidural və nəqledici anestaziya)
Bilavasitə narkozdan qabaq premedikasiya adlanan xüsusi hazirlıq aparılır, bundan məqsəd
cərrahi əməliyyat və narkoz gözləməklə əlaqədar olaraq xəstədə baş verən həyəcanı, təlaşı
azaltmaq, xoşagəlməz reaksiyaları aradan götürməkdir.
Anestetiklər ümumi narkoz, yerli və regionar anesteziya yaratmaq üçün istifadə olunan
vasitələrdir. Bu dərman preparatlarının həm agrıkəsici, həm də narkotik təsiri vardır. Bütün
istifadə olunan anestetikləri şərti olaraq 3 qrupa bölmək olar:
1) Güclü narkotik effekti və zəif analgetik təsiri olan anestetiklər – ftoratan , barbiturat turşusu
preparatları.
2) Güclü analgetik və zəif narkotik təsirli vasitələr: azot oksidi, trilen, ketalar.
3) Analgetik və narkotik təsiri bərabər olan vasitələr: efir.
Anestetiklərin istifadə etmə yollarına görə aşagıdakı formaları vardır:
1)inhalyasiyon anestetiklər : azot oksidi (güldürücü qaz) , halotan, ftoratan.Yeni nəsil
anestetiklər- izoflyuran, desflyuran, sefoflyuran – bunların istifadəsinə heç bir əks göstəriş
yoxdur.
2) qeyri – inhalyasion :propofol, tiopental natrium, heksenal , natrium oksibutirat, droperidol,
ketamin (kalipsol), ketalar, sombrevin və s.
Bu anestetikləri həm tək , həm də kombinasiyalı şəkildə istifadə etmək olar.
İNHALYASİON NARKOZ
Narkoz (sinonim – ümumi ağrısızlaşdırma, ümumi anesteziya ) mərkəzi sinir sisteminin süni
yaradılan geri dönən tormozlanma vəziyyətidir. Bu zaman yuxu, huşun itməsi, yaddaşın qısa
müddətli itməsi (amneziya ), skelet əzələlərinin boşalması, bəzi reflekslərin zəifləməsi, agrı
hissinin itməsi baş verir. Narkozun əsas məqsədi orqanizmin cərrahi müdaxilə zamanı ağrı
hissinə qarşı reaksiyalarını zəiflətməkdir. Bu zaman yaranan yuxu narkozun birinci
komponentidir. Narkozun ikinci komponenti cərrahi travma zamanı yüksələn vegetativ
funksiyaları ( ürək vurğuları, arterial təzyiq) zəiflətməsidir. Narkozun 3 – cü komponenti isə
miorelaksasiya – əzələlərin tonusunun açağı düşməsidir ki, bu da cərrahın normal işləməsi üçün
əsas şərtlərdəndir. Ağrı hissi olmadıqda orqanizmin müdafiə mexanizmləri işə düşmür.
Dostları ilə paylaş: |