Maska ilə aparılan süni tənəffüs:
a) arxası üstə uzanmış şəxsin ağzı və burnu üzərinə maska qoyulur və 1 əllə sifətə bərk sıxılır.
Xəstənin başı bir qədər geri əyilir, digər əllə içərisində hava olan Ambu kisəsi sıxılmaqla hava
döş qəfəsi qalxana kimi ağciyərlərə qovulur, sonra kisənin sıxılması dayandırılır ki, nəfəsvermə
olsun, bu qayda ilə dəq-də 16-20 dəfə süni tənəffüs verilir.
İntubasiya borusundan istifadə etməklə ağızdan-boruya olmaqla süni tənəffüs:
a) arxası üstə uzadılmış xəstəni larinqoskopun köməyilə ağızdan intubasiya edirlər, yəni
intubasiya borusunu traxeyaya yeridirlər
b) sonra intubasiyanı aparmış həkim dərindən nəfəs alaraq havanı intubasion borunun çöldə
qalmış ucundan xəstənin ağciyərlərinə qovur
c) sonra borunun ucundan ağzını çəkir ki, nəfəsvermə olsun
Bu qayda ilə xəstəyə 1 dəqiqədə 16-20 dəfə süni tənəffüs verilir
Dostları ilə paylaş: |