Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Traxeostomiya vasitəsilə süni tənəffüs verilməsi



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə21/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   17   18   19   20   21   22   23   24   ...   108
Mövzu 1 1

     Traxeostomiya vasitəsilə süni tənəffüs verilməsi:  


Bir sıra hallarda klinik şəraitdə traxeostomiya aparılaraq, sonra traxeyadakı həmin yarıqdan xəstə 

intubasiya olunur və ağciyərlərin süni ventilyasiyası icra olunur. 



                                                                                                                  ÜRƏYİN MASAJ 

FORMALARI  

 

Ürəyin xarici və daxili masajı ayırd edilir. Ürəyin xarici masajı hadisə yerində, daxili masaj isə 



operasiya otağında aparılır. Ürəyin qapalı masajında əks-göstərişlər: döş qəfəsinin daxilə keçən 

yaralanmaları, pnevmotoraks, hava emboliyası və ürək tamponadası.  

Ürəyi masaj etdikdə o sıxılaraq qanı aortaya, oradan yuxu və ağciyər arteriyalarına qovur, 

ağciyərlərdə qan oksigenlə zənginləşir. Ürəyin sıxılması dayandırıldıqda isə ürək yenidən qanla 

dolur.  

     Körninq üsulu ilə ürəyin qapalı masajının aparılma texnikası:  

-xəstə arxası üstə sərt əşya üzərində uzadılır;  

-döş qəfəsinə, ürək nahiyəsinə 1-2 prekardial yumruq vurulur;  

-masaj aparan şəxs xəstənin böyründə durub, sol əlini tam açaraq xəncərvari çıxıntıdan 2 sm 

yuxarı, döş sümüyünün aşağı orta 1/3-nin üzərinə, bir qədər sola doğru olmaqla qoyur. Sonra sağ 

əli mil-bilək oynağında maksimal qatlanmaqla, həmin əlin ovuc səthini sol əlin üzərinə qoyur və 

bir qədər önə doğru əyilməklə bədənin ağırlığını qollara salır;  

-sonra döş qəfəsinə bu vəziyyətdə təzyiq göstərərək onu 4-5 sm dərinliyinə fəqərə sütununa 

təkanvari sıxıb buraxırlar.  

Belə hərəkətlər 1 dəqiqədə 60-70 dəfə olmaqla təkrar olunur.  

Bir yaşınadək uşaqlarda qapalı ürək masajı iki barmaqla barmaqların uclarını xəncərvari 

çıxıntının qurtaracağına qoymaqla – dəqiqədə 100-120 dəfə təkanvari zərbələr endirməklə 

aparılır.  

Bir-on beş yaşlı uşaqlarda isə ürək masajı bir əllə icra edilir. Arteriya daxilinə Neqovski üsulu ilə 

qanın qovulması.  

Bu əməliyyatı həkim aparır. Hər hansı arteriya (mil, bud, yuxu və s.) daxilinə 200-250 ml qanı (1 

ml noradrenalin əlavə edilərək) 150-220 mm c.s. təzyiqi altında köçürürlər. Sonra isə qan və 

digər qanəvəzedicilərin (poliqlükin, reopoliqlükin, 5%-li qlükoza və s.) venadaxili köçürülməsi 

davam etdirilir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin