Yekun olaraq reanimasiya tədbirlərinin ardıcıllığı:
1. tənəffüs yollarının keçiriciliyinin bərpası;
2. ağciyərlərin süni ventilyasiyası və ürəyin qapalı masajı;
3. körpücükaltı venanın kateterizasiyası və infuzion sistem qoyulması;
4. venadaxilinə, yaxud intratraxeal, yaxud ürəkdaxilinə adrenalin, atropin və kalsium xloridin
yeridilməsi;
5. mübadilə proseslərini normallaşdıran tədbirlərin görülməsi;
6. baş beynin hipoksiyadan qorunması və dehidratasiya.
Mövzu 3
İnfuzion terapiyanın prinsipləri
İnfuziya -orqanizma müxtəlif üsullarla çoxlu miqdarda məhlulların köçürülməsinə deyilir.
İnfuzion terapiyanın erkən başlanması xəstənin vəziyyətinin tezliklə bərpa olunmasına imkan
verir.
İnfuzion terapiyanın əsas prinsipləri və məqsədləri aşağıdakılardır:
Dostları ilə paylaş: |