Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


  Birinci yüngül dərəcə. İnsanin iş qabiliyyəti saxlanılıb, fiziki hərəkət zamanı təngənəfəslik  və ürəkdöyünməsi əmələ gəlir.  2



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə27/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   23   24   25   26   27   28   29   30   ...   108
Mövzu 1 1

1.  Birinci yüngül dərəcə. İnsanin iş qabiliyyəti saxlanılıb, fiziki hərəkət zamanı təngənəfəslik 

və ürəkdöyünməsi əmələ gəlir. 



2.  Ikinci (orta) dərəcəli. Sakit vəziyyətdə də aritmiya və təngənəfəslik qeyd olunur. Xəstə 

yataq (yarıyataq) rejimə, xüsusi preparatlarla ambulator və vaxtaşırı - stasionar müalicəyə 

ehtiyac duyur. 



3.  Ücüncu (ağır) dərəcə. Xəstədə nəzərə çarpan ödemlər əmələ gəlir, о cümlədən, daxili 

orqanlarda, ürək asmasi tutmaları inkişaf edir, orqanizmin bütün funksiyaları pozulur. 

Ciddi yataq rejimi, pəhriz, sidikqovucu və ürək preparatlari ilə müalicə aparilir. 

Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların 

çatışmamazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə 

tıxanması və nahiyə qan təchizatının pozulması - miokard infarktı nəticəsində ürəyin daha 

doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman 

qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik 

sol mədəcik çatışmamazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da 

tənginəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin 

böyüməsi ilə meşahidə olunur. Nəticə etibarı ilə orqan və toxumaların hipoksiyası və digər 

metobolizm pozğunluqları meydana çıxmış olur. 

Kəskin ürək-damar çatmamazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə 

təngnəfəslik artır, nəfəsalma tezləşmiş xışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, 

dodaqlarda çəhrayı köpük əmələ gəlir. Bu vəziyyət insanın həyatə üçün ciddi təhlükə yaradır. 

Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir.  




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin