Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Xəstəni bu vəziyyətdən çıxartmaq üçün müalicə 2 istiqamətdə aparılmalıdır



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə47/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   43   44   45   46   47   48   49   50   ...   108
Mövzu 1 1

     Xəstəni bu vəziyyətdən çıxartmaq üçün müalicə 2 istiqamətdə aparılmalıdır:  

     - Orqanizmin sönmüş funksiyasını stimulə etmək və süni olaraq əvəz etmək;  

     - Hipoksiya ilə mübarizə.  

     Orqanizmin dirilməsi üçün kompleks müalicə üsullarından istifadə edilir:  

     - arteriya daxilinə qanköçürmə 

     - ürəyin vasitəli və vasitəsiz masajı  

     - ürəyin defibrilyasiyası  

     - ağciyərlərin süni tənəffüsü  

     - yardımçı qan dövranı  

     - elektrostimulyatorlar  

     Bütün hallarda aşağıdakı tədbirlər həyata keçirilir:  

     - zədələnmiş nahiyədən MSS-nə güdən ağrı impulslarını aradan götürmək üçün tədbirlər 

görülür (vena daxilinə promedol, pantopon yeridilir, zədələnmiş nahiyəyə soyuq kompres 

qoyulur, zədə almış nahiyə immobilizasiya olunur, zədələnmiş şəxs travma faktorundan 

uzaqlaşdırılır).  

     - qanaxma dayandırılır və yaraya aseptik sarğı qoyulur;  



     Şok əleyhinə müalicə tədbirləri xəstəxanada aşağıdakı istiqamətdə aparılmalıdır:  

- yerli keyitmə, novokain blokadası, pentran və ya trilen ilə analgesiya və analgetiklərin 

yeridilməsi ilə patoloji ağrı impulslarının aradan qaldırılması (morfin, hidroxlorid, amnopon, 

promedol);  

- ağciyərlərdə qaz mübadiləsinin yaxşılaşdırılması;  

- yuxarı tənəffüs yollarının keçiriciliyinə nəzarət və sərbəst tənəffüsün bərpası (ototraxeal və ya 

nazotraxeal intubasiya, traxeostomiya);  

- ağciyərlərin müxtəlif köməkçi aparatlarla ventilyasiyası;  

- ağciyərlərin süni ventilyasiyası;  

- dövr edən qanın həcminin doldurulması: itirlən qanın yerinin eyni qrupdan və ya uyğun 

qrupdan olan qan köçürülməklə doldurulması;  

- plazma əvəzedici məhlullar-kolloid məhlullar və kristalloidlər;  

- metobolik asidozun korreksiyalaşdırılması-5% natrii-bikarbonat məhlulu ilə həyata keçirilir.  

Maddələr mübadiləsini normallaşdırmaq məqsədilə 20-40% 500 ml qlükoza insulinlə, 5% 10-20 

ml C vitamini, B qurp vitamini, elektrolit məhlullarla birlikdə yeridilir. 

Mövzu 7 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin