Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   46   47   48   49   50   51   52   53   ...   108
Mövzu 1 1

İldırım sürətli formada (işıqlı dövr 1-2dəq qədər olur) dərmanı bədənə təzəcə yeritməyə 

başlarkən bir göz qırpımında ani sürətlə kəskin ürək çatmamazlığı meydana çıxır: Xəstənin 

sifəti, dərisi kəskin göyərir, bəbəklər genəlir, təzyiq yoxdur, nəbz əllənmir, aqonal tənəffüs. 

Bəzi hallarda auskultasiyada tənəffüsün keçirilməməsi aşkarlanır bunun ardınca klinik ölüm 

qeyd edilir. İlkin 10 dəq ərzində reanimasiya tədbirləri aparılmazsa xəstə tələf olur.  

Ağır formalı şokda (işıqlı dövr 5-7dəq –yə qədər olur) aqonal vəziyyət bir qədər uzanır. 

İşıqlı dövr qurtaran kimi əlamətlər meydana çıxır.. kəskin halsızlıq, nəfəsalmaın 

çətinləşməsi, qorxu, narahatlıq, başgicəllənmə, qulaqlarda küy, eşitmə və görmənin 

zəifləməsi, baş ağrıları, istilik hissi, qaşınma, soyuq tər. Sonra birdən-birə ildırım sürətli 

formadakı klinik mənzərə inkişaf edir. 

Orta ağırlıqlı anafilaktik şokun (işıqlı dövr 30 dəq qədər olur) klinik gedişində 4 variant 

aşkarlanır: 

  kardial 



  asmoid 

  serebral 



  abdominal 



Kardial varianta daha çox təsadüf edilir və bu zaman ürək-damar sisteminin fəaliyyəti 

kəskin pozulur ki, bu da özünü dərinin avazıması, göyümtül rəngə çalması, soyuq tərlə 

örtülməsi ilə, sapvari nəbzlə, arterial təzyiqin kəskin enməsi ilə göstərir.  

Asmoid yaxud asveksiya variantlı şok təngnəfəslik, döşdə sıxılma hissiyyatı ilə başlayır. 

Təngnəfəslik get-gedə artır və boğulmaya (asveksiyaya) keçir. Boğulmaya səbəb 

bronxospazmın yaxud yuxarı tənəffüs yollarının keçiriciliyini tam ya da hissəvi pozan 

udlağın, qırtlağın və traxiyanın ödeminin baş verməsidir.  




Serebral variant gedişinə görə epileptik statusu yaxud beyin qan dövranının pozulmasını 

xatırladır: yüksək oyanıqlıq, qorxu, kəski baş ağrısı, huşun itməsi,tonk və klonik qıcolmalar, 

ağızdan köpük daşması, qeyri iradi nəcis və sidik ifrazı olur.  

Abdominal forma üçün “kəskin qarın simptomları” (ürəkbulanma, qusma, qarında sancı 

şəkilli ağrılar və s.) olub bəzən belə hallar kəskin bağırsaq keçməməzliyi yaxud perfaratik 

mədə xorası kimi səhv diaqnoz qoyulmasına gətirib çıxardır.   


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin