Təxirəsalınmaz yardım:
Hiperqlikemiya yüksək olmadıqda əvvəlcə əzələyə 16-20 V insulin, sonra isə hər saatdan
bir 6-10 V insulin yeridilir
Hiperqlikemiya yüksək olduqda venaya birdəfəlik 5-100 V insulin vurulur
V/d-nə damcı üsülü ilə 400 ml Ringer, 4-8%li 400 ml natrium hidrokarbonat və 400 ml
fizioloji məhlul vurulur
Xəstəyə damar dərmanları yeridilir.
Hipoqlikemik komaya səbəb - İnsulinin yüksək dozada vurulması, yaxud karbohidratların
bədənə az miqdarda yeridilməsidir. Komadan əvvəl xəstələrdə qorxu hissi, həyəcan, aclıq
hissyatı, başgicəllənmə, ürəkbulanma, çox tərləmə və dərinin avazıması kimi hallar olur. Bəzi
hallarda hətta hallusinasiyalar, tonik və klonik qıcolmalarda olur. Arterial təzyiq yüksəlir,
taxikardiya meydana çıxır. Hipoqlikemiya dərinləşdikcə psixomotor oyanıqlıq artır, huş pozulur.
Psixomotor oyanma qıcolmalara keçir, nitq pozulur və sonra oyanma adenamiyalarla əvəz
olunur, huş tezliklə itir. Tənəffüs səthiləşir, arterial təzyiq enir, bradikardiya qeyd edilir. Qanda
qlükozanın miqdarının kəskin azalması aşkarlanır, sidikdə şəkər və aseton olmur. Əgər
hipoqlikemik koma 3 saatdan çox davam edərsə, onda mərkəzi sinir sistemində üzvü
dəyişikliklər meydana çıxır. Dəri nəm olur. Ağızdan aseton iyi gəlmir.
Dostları ilə paylaş: |