Ⅲ dərəcəli koma (dərin koma). Huş həmişə itir, bəbəklər genəlir, sfinktorlar boşalır, reflekslər
itir. Tənəfffüs səthidir, tezləşib və aritmikdır, təzyiq enir.
Ⅳ dərəcəli koma çox dərin komadır. Xəstədə arefleksiya, adinamiya, Kussmaul, yaxud Çeyn-
Stoks tipli tənəfffüs olur. Arterial təzyiqi ancaq vazopressor dərmanların yeridilməsi və infuzion
terapiya sayəsində qaldırmaq mümkün olur. Ürək ritmi və təqəllüsün sayı pozulur.
Koma tədricən və ya tez inkişaf edir. Tez, hətta İldırım sürətli inkişaf nevroloji komalar üçün
xarakterdir. Hipoqlikemik komada tez inkişaf edir. Komanın tədricən inkişafı isə xəstəliyin
ağırlığı artdıqca qeydə alınır. Belə hallarda prekomatoz dövr ayırd edilir. Bu dövrün
simptomlarını bilməli vacibdir, çünki bu dövrdə göstərilən yardım komanın inkişafının qarşısını
alır və xəstənin həyatını xilas edir.
Baxış zamanı dərinin rənginə fikir vermək lazımdır: anemiya, beyin damarlarının trombozunda,
uremiyada- dərinin avazıması, alkoqol komada, beyinə qansızmada- sifətin hiperemiyası, dəm
qazı zəhərlənməsində- dərinin çəhrayı olması, qaraciyər komasında dərinin sarımtıl olması qeyd
olunur. Dərinin nəmliyi də vacib əhəmiyyət kəsb edir: hipoqlikemik komada nəm, tərlə örtülü,
hipereqlikemik komada isə həmişə quru, qaşinma izləri ilə; qaraciyər və uremik komalardada
qaşınma izləri görünür. Köhnə furunkulların çapıqları və ya təzə furunkullar komada olan
xəstələrdə şəkərli diabetin olması barədə fikirləşməyə imkan verir. Dərinin turqoru diabetik
komada zəifləmiş olur. Bu zaman göz almaların turqoru da zəifləyir, göz almaları yumşaq olur.
Dil üzərində təzə dişləmə və köhnə dişləmədən çapıqlar xəstədə epilepsiya xəstəliyin olması
barədə düşünməyə imkan verir. Dilin qeyri adi quruluğu uremik koma üçün xasdır. Təzahür
olunmuş ödemlər uremik və qaraciyər komaları üçün xarakterdir. Sonuncu halda assitlə müşayiət
olunurlar.
Koma üçün tənəfffüs ritminin pozulması da xarakterdir: diabetik və qaraciyər komaların- böyük
küylü Kussmaul tənəffüsü, beyin komalarında- xorultulu stridoroz tənəfffüs təyin olunur.
Nəfəs verilən havanın qoxusu da vacib diaqnostik əhəmiyyəti kəsb edir. Uremik koma üçün
amonyak qoxusu xarakterdir, bəzən elə güclü ki, otağa daxil olan kimi hiss olunur.
Qaraciyər komasında xoşa gəlməz qaraciyər qoxusu qeyd olunur. Diabetik komada demək olar
ki həmişə aseton qoxusu (çürüyən alma qoxusunu xatırladır) təyin olunur.
Nəbzin və A/T təyini də vacibdir. Eklampsiya zamanı- bradikardiya, gərgin nəbz və yüksək A/T
(beyin komaların erkən mərhələsində də) təyin edilir. Uremik komada yüksək arterial
hipertoniya. Diabetik komada A/T aşağı olur və taxikardiya qeyd olunur.
Diabetik komanın 2 əsas növü ayırd edilir:
Hiperqlikemik
Hipoqlikemik
Dostları ilə paylaş: |