Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Ⅲ dərəcəli koma (dərin koma)



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə56/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   52   53   54   55   56   57   58   59   ...   108
Mövzu 1 1

Ⅲ dərəcəli koma (dərin koma). Huş həmişə itir, bəbəklər genəlir, sfinktorlar boşalır, reflekslər 

itir. Tənəfffüs səthidir, tezləşib və aritmikdır, təzyiq enir.  



Ⅳ dərəcəli koma çox dərin komadır. Xəstədə arefleksiya, adinamiya, Kussmaul, yaxud Çeyn-

Stoks tipli tənəfffüs olur. Arterial təzyiqi ancaq vazopressor dərmanların yeridilməsi və infuzion 

terapiya sayəsində qaldırmaq mümkün olur. Ürək ritmi və təqəllüsün sayı pozulur.  

Koma tədricən və ya tez inkişaf edir. Tez, hətta İldırım sürətli inkişaf nevroloji komalar üçün 

xarakterdir. Hipoqlikemik komada tez inkişaf edir. Komanın tədricən inkişafı isə xəstəliyin 

ağırlığı artdıqca qeydə alınır. Belə hallarda prekomatoz dövr ayırd edilir. Bu dövrün 

simptomlarını bilməli vacibdir, çünki bu dövrdə göstərilən yardım komanın inkişafının qarşısını 

alır və xəstənin həyatını xilas edir.  

Baxış zamanı dərinin rənginə fikir vermək lazımdır: anemiya, beyin damarlarının trombozunda, 

uremiyada- dərinin avazıması, alkoqol komada, beyinə qansızmada- sifətin hiperemiyası, dəm 

qazı zəhərlənməsində- dərinin çəhrayı olması, qaraciyər komasında dərinin sarımtıl olması qeyd 

olunur. Dərinin nəmliyi də vacib əhəmiyyət kəsb edir: hipoqlikemik komada nəm, tərlə örtülü, 

hipereqlikemik komada isə həmişə quru, qaşinma izləri ilə; qaraciyər və uremik komalardada 

qaşınma izləri görünür. Köhnə furunkulların çapıqları və ya təzə furunkullar komada olan 

xəstələrdə şəkərli diabetin olması barədə fikirləşməyə imkan verir. Dərinin turqoru diabetik 

komada zəifləmiş olur. Bu zaman göz almaların turqoru da zəifləyir, göz almaları yumşaq olur.  

Dil üzərində təzə dişləmə və köhnə dişləmədən çapıqlar xəstədə epilepsiya xəstəliyin olması 

barədə düşünməyə imkan verir. Dilin qeyri adi quruluğu uremik koma üçün xasdır. Təzahür 

olunmuş ödemlər uremik və qaraciyər komaları üçün xarakterdir. Sonuncu halda assitlə müşayiət 

olunurlar.  

Koma üçün tənəfffüs ritminin pozulması da xarakterdir: diabetik və qaraciyər komaların- böyük 

küylü Kussmaul tənəffüsü, beyin komalarında- xorultulu stridoroz tənəfffüs təyin olunur.  

Nəfəs verilən havanın qoxusu da vacib diaqnostik əhəmiyyəti kəsb edir. Uremik koma üçün 

amonyak qoxusu xarakterdir, bəzən elə güclü ki, otağa daxil olan kimi hiss olunur.  

Qaraciyər komasında xoşa gəlməz qaraciyər qoxusu qeyd olunur. Diabetik komada demək olar 

ki həmişə aseton qoxusu (çürüyən alma qoxusunu xatırladır) təyin olunur. 

Nəbzin və A/T təyini də vacibdir. Eklampsiya zamanı- bradikardiya, gərgin nəbz və yüksək A/T 

(beyin komaların erkən mərhələsində də) təyin edilir. Uremik komada yüksək arterial 

hipertoniya. Diabetik komada A/T aşağı olur və taxikardiya qeyd olunur.  

Diabetik komanın 2 əsas növü ayırd edilir:  

  Hiperqlikemik   



  Hipoqlikemik 

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin