immunoreaktiv qüvvələri artırır və bədəndə əlavə enerji yaradır. Bu reaksiya üçün temperaturun
ürək döyünmələri sayının bir qədər artması xarakterikdir. Müdafiə hipertermiyası zamanı
katabolik prosseslərin yüksəlməsi az dərəcədə olduğundan, intensiv terapiya tələb olunmur.
dövrdə nisbətən gec meydana çıxan hipertermiyalar aiddir. Belə hallara irinli ağırlaşmalarda,
pnevmoniyalarda, tromboflebitlərdə və s. pataloji proseslərdə təsadüf edilir. Orqanizmə
yeridilən, yaxud bədənin özündə əmələ gələn bir sıra pirogen maddələr də belə reaksiya törədə
bilirlər. Həmçinin istilik əmələgəlməsini artıran (adrenomimetiklər, mərkəzi analeptiklər), yaxud
tər ifrazını azaldan (atropin), dəri damarlarını daraldan (noradrenalin, efedrin) maddələr
işlədildikdə (bu zaman istilik vermənin azaldılması baş verir) də hipertermiya baş verə bilir.
Adətən, pataloji hipertermiyanı törədən səbəb ləğv olunduqdan sonra, belə tipli reaksiya da keçib
gedir.
Dostları ilə paylaş: