Klinik ölüm dövründə bəbəklər genəlir, işığa qarşı reaksiya olmur, tənəffüs keçirilmir və
ürək fəaliyyəti dayanır. Bu dövr 3-6 dəq. davam edir.
Asfiktik formada sudaboğulma xalis asfiksiya tipində keçir. Alkohol, yaxud digər
intoksikasiyalar, emosional stres, suya kəllə, yaxud qarnı üstə tullandıqda ağrı kimi faktorlar
təsirindən MSS-də əmələ gələn dəyişikliklər bu forma boğulmaya şərait yaradan amillərdəndir.
Tənəffüsün dayanması sonradan “yalançı respirator” nəfəsalmalarla əvəz olunur. Belə hallarda
səs yarığı tonik olaraq bağlandığından ağciyərlərə su daxil olmur, ürək fəaliyyətinin enməsi,
asidoz və ürəyə doğru qan axınının pozulması ağciyər ödeminin inkişafına şərait yaradır.
Asfiktik boğulmada başlanğıc dövr olmur. Aqonal dövrdə xilas olunanların tənəffüs yollarında
su, qusuntu kütləsi olmasa da, onlar huşsuz və kəskin göyərmiş vəziyyətdə olurlar. Xəstənin
ağzından çəhrayı rəngli köpük gəlir, ürək fəaliyyəti kəskin enir. Klinik ölüm 1 dəq-dən 4-6
dəqiqə çəkir.
Dostları ilə paylaş: |