Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə76/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   72   73   74   75   76   77   78   79   ...   108
Mövzu 1 1

Ⅲ dərəcəli yanıqlarda –  dərinin bütün qatları yanır, boz, bəzən isə qəhvəyi və ya qara rəngdə 

qartmaq əmələ gəlir, həmin toxumalarda hissiyat itir, yara ikincli sağalır, yerində kobud çapıq 

qalır, bəzən isə plastik operasiya etmək lazım gəlir. Bu dərəcə özüdə 2 yerə bölünür 

 



ⅢA – dərinin üst qatının məməyəbənzər qatın zirvəsinədək nekrozu baş verir 

 



ⅢB - dərinin bütünlüklə nekrozu müşahidə edilir 

Ⅳ dərəcəli yanıqlarda – kömürləşmə baş verir, əzələlər, vətərlər, sümüklər yanır. Əgər aşağı və 

yuxarı ətraf bu cür yanarsa, xəstənin vəziyyətini yalnız amputasiya xilas edir. Ⅰ, Ⅱ və ⅢA 

dərəcəli yanıqlar səthi ⅢB və Ⅳ dərəcəli yanıqlar dərin yanıqlar adlanır. Yanıq sahəsi kritik 

həddi keçdikdə termiki xəsarət almış şəxslərdə yanıq xəstəliyi meydana çıxır.  

Yanıq xəstəliyinin gedişində 4 dövr ayırd edilir: 

 



yanıq şoku 

 



yanıq toksemiyası 

  septikosemiya 



 

rekonvalessensiya (sağalma) 



Yanıq səthi – bədənin sahələrinin % hesabı ilə ölçülür; boynun və başın səhəsi – 9%, ayaqlar – 

18%, əl – 9%, bədənin ön və arxa səthi müvafiq olaraq – 18% hesab olunur. Yanıqlar bədən 

səthinin 30%-ni əhatə etdikdə və ya dərin yanıqlar 10%-ni əhatə etdikdə yanıq şoku baş verir – 

uzun müddətli erektil fazası olur, ağrıya dözə bilməyib, özlərini hara gəldi çırpırlar, 

oriyentasiyanı itirirlər. A/t az artır, sonra düşür, xarakter əlaməti – çoxlu miqdarda plazmanın 

itirilməsi nəticəsində qanın qatılaşmasıdır, sidiyin miqdarı azalır, tünd rəngli olur, qusma və ishal 

olur. Müalicəyə vaxtında başlanmazsa xəstə 18 – 24 saata ölür. Şok fazasından sonra kəskin 

yanıq intoksikasiyası başlayır – yüksək hərarət, taxikardiya, iştahanın azalması, yaraların gec 

sağalması xarakterikdir. Yanıq şokunun ağırlığı yanığın sahəsindən və dərinliyindən 

(dərəcəsindən) asılıdır. Sahəsi 20%dən az olan dərin yanıqlarda yüngül (Ⅰ dərəcəli), 20-40%dən 

çox olanda ağır (Ⅲ dərəcəli) şok inkişaf edir.  

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin