1. Termiki
2. Kimyəvi
3. Elektrik
4. Şüa yanıqları
Yüksək hərarətin təsirindən – termiki yanıqlar, kimyəvi maddələrin (turşuların, qələvilərin)
təsirindən – kimyəvi yanıqlar, nüfüzedici radiasiyanın təsirindən – şüa yanıqları və elektrik
cərəyanının təsirindən baş verir. Yanıqlar – dəri toxumalarının, dəri təbəqəsinin və üzvlərinin
zədələnməsidir. Toxumaların 52 dərəcədən artıq qızması toxumalarda zülaların geridönməz
koaqulyasiyasına səbəb olur. Kliniki praktikada ən çox termiki yanıqlar rast gəlir. Zədələnmənin
ağırlığı t-un dərəcəsindən, təsirin müddətindən, zədələnmənin yerindən və böyüklüyündən
asılıdır. Ən ağır yanıqları alov, ərimiş metal, təzyiq altında buxar, qaynayan yağ, qaynar qaz
törədir. Ən çox əlin, ayaqların, gözlərin yanıqları rast gəlir. Gündəlik həyatda yanıqlar ən çox
neftdən, qazdan ehtiyatsız rəftar etməkdən, isti xörəkdən, qaynar sudan baş verir. Uşaqlar ən çox
qaynar sudan yanırlar. Hal – hazırda bütün dünyada hər il 100000-dən çox adam yanıqdan tələf
olur. Əgər keçmiş müharibələr şəraitində ən çox itki odlu silah tərəfindən yaralanmalar zamanı
olurdusa, indiki müharibələr şəraitində termiki zədələnmələr (yandırıcı silahlardan istifadə
nəticəsində) 80%-dən çox olur.
Zədələnmənin dərinliyinə görə yanıqların 4dərəcəsi ayırd edilir;
Dostları ilə paylaş: |