Boğulma - orqanizmin toxumalarına oksigenin daxil olmasının birdən-birə kəsilməsi
nəticəsində onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasıdır. Bunun səbəbləri nəfəs
yollarında maneə, məs: qırtlaq və traxeyaya yad cismin daxil olması, səs yarığının ödemi və
spazmı, ətraf havada oksigenin azalması, oksigenin hemoqlobinlə ötürülməsinə mane olan
qazlarla zəhərlənmə, tənəffüs mərkəzinə təzyiq edilməsi və ya tənəffüs əzələlərinin iflicidir.
İlk yardım boğulmanın səbəbinə görə təyin edilir. Nəfəs yollarındakı mexaniki maneə dərhal
aradan qaldırılmalıdır. Bunun üçün barmaqlar vasitəsilə ağızı və ağız-qırtlaq sahəsini qida
qalıqlarından, selikdən təmizləmək, boğaza tıxanmış dili tutqac vasitəsilə çəkib çıxarmaq
lazımdır. Tənəffüs mərkəzinə təzyiq edilən zaman tənəffüs analeptikləri (kordiamin, lobelin)
tətbiq olunması məsləhətdir. Ümumiyyətlə bütün boğulma hallarında oksigenlə terapiya
aparılmalıdır.
Mövzu 11
Dostları ilə paylaş: |