Müalicə 3 dövrə ayrılır:
I dövr - 4 saat ərzində vena daxilinə damcı üsulu ilə 300 ml elektrolit və 80 ml sidik cövhəri
köçürülür. Diurez 350 ml/saat az olmamalıdır.
II dövr - xəstənin huşu bərpa olunana qədər aparılır. İlk 4 saat ərzində hər saatda 600 ml
elektrolit və 30 ml sidik cövhəri, sonrakı saatlarda 600 ml elektrolit və 10-20 ml sidik cövhəri
köçürülür. Diurez 600 ml/saat az olmamalıdır.
III dövr - 4 saat ərzində hər saatda 400 ml elektrolit, sonrakı 4 saatda hər saatda 300 ml
elektrolit köçürülür.
Nəticədə komanın müddəti 2 sutkadan çox çəkmir.
100 ml qan zərdabında 20 mq barbiturat aşkar olunduqda yüksək pH-a malik dializedici
məhlullarla peritoneal dializ edilir. Kollaps olmadıqda erkən hemodializ aparmaq
məqsədəuyğundur.
Sedativ preparatlarla zəhərlənmələrdə yardım və müalicə yuxarıda qeyd olunduğu kimidir.
Dostları ilə paylaş: |