Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Endotraxeal intubasiyaya digər göstərişlər aşağıdakılardır



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə94/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   90   91   92   93   94   95   96   97   ...   108
Mövzu 1 1

     Endotraxeal intubasiyaya digər göstərişlər aşağıdakılardır: 

  uzun müddətli süni tənəffüsün (ventilyasiyanın) aparılması,  



  müsbət təzyiqli ventilyasiya effektiv olmayan hallarda daha irəliləmiş süni tənəffüs üsulu 

kimi,  

 



diafraqma yırtığının olduğu güman edilən körpənin ventilyasiyası üçün. 

Körpə düz səth üzərində uzadılır, baş orta xətt üzrə tutulur, boyun bir qədər arxaya doğru əyilir. 

Rahat olsun deyə, baş və boyunun həmin vəziyyətdə saxlanması üçün çiyinlər altına kiçik yastıq 

və ya dəsmaldan hazırlanmış mütəkkə qoyula bilər. Bu cür “qoxulama” pozası traxeyanı optimal 

vəziyyətə gətirir. Belə ki, traxeya səs yarığı ilə bir xətt üzərində yerləşir və nəticədə 

larinqoskopun düzgün yeridilməsindən sonra optimal görüntü təmin olunur. Bir daha 

xatırladılmalıdır ki, boyun arxaya həddən artıq əyilməməlidir, çünki bu səs yarığının görüntüdən 

yuxarı səviyyəyə çıxmasına və traxeyanın daralmasına səbəb olacaqdır.  

Endotraxeal borunun səs tellərindən keçərək traxeyaya daxil olmasını görməklə, döş qəfəsi 

divarının simmetrik hərəkətini müşahidə etməklə, döş gilələlərini birləşdirən xətt üzərində 

aparılan auskultasiya zamanı bərabər tənəffüs küylərinin eşidilməsi ilə və endotraxeal borunun 

divarlarının tərləməsini izləməklə borunun düzgün yerləşdirilməsini təyin etməyə yardım edə 

bilər. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin