Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə91/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   87   88   89   90   91   92   93   94   ...   108
Mövzu 1 1

     Antidot terapiya: 500-1500 TV “Antigürzə” zərdabı (2-5 ml) dəri daxilinə, anaflaktik 

ağırlaşmaların qarşısını almaq üçün əvvəlcə 0,1 ml, sonra 0,25 ml, daha sonra qalan doza 

vurulur.  

Qanköçürmə, qlükokortikoidlər (250-300 mq), hidrokortizon təyini də məqsədəuyğundur.  



     Simptomatik terapiya: 1 ml 0,05% prozerin, ASV, heparin, CaCl2, ürək-damar və qıcolma 

əleyhinə preparatlar yeridilir. 



Mövzu 14 

Uşaq reanimasiyası. Qıcolmalar zamanı reanimasiya və intensiv terapiya 

     Reanimasiya

 (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal 

(bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemidir. Terminal 

vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir. 

Reanimasiya tədbirləri kompleksinin həyata keçirilməsinə mümkün olduqca erkən və ən yaxşısı - 

ürək asistoliyası inkişaf edənə və tənəffüs tamamilə dayanana qədər başlamaq lazımdır. Bu halda 

reanimasiyanın bilavasitə effekt verməsi, proqnozun uzun müddət üçün əlverişli olması şansı 

xeyli artır. 

İntensiv terapiyanın öz vaxtında keçirilməsinin əhəmiyyəti böyükdür. Bu terapiya ağır və çox 

vaxt kritik vəziyyətdə (kəskin ürək çatışmazlığı, ağciyər ödemi, astma vəziyyəti, komatoz hal və 

s.) olan xəstələrə tibbi, o cümlədən təcili tibbi yardım göstərilməsi daxildir. Bir sıra hallarda 

intensiv terapiyanın müvəffəqiyyətlə keçirilməsi xəstədə terminal vəziyyətin inkişaf etməsinin 

qarşısını alır. Bütün reanimasiya tədbirləri pozulmuş qan dövranı, tənəffüs, maddələr mübadiləsi 

kimi həyat üçün çox əhəmiyyətli funksiyaların bərpa olunmasına yönəldilmişdir. Reanimasiya 

metodları ölümün irəliləmə mexanizminə görə seçilib təyin edilir və bu, çox vaxt əsas xəstəliyin 

xarakterindən asılı olmur. 

Böyük yaşlı və pediatrik xəstələrin reanimasiyasında hazırda üstünlük 

qan dövranının (sirkulyasiyanın) təmin edilməsinə verilir. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin