ventilyasiya nəticəsində yaxşılaşır; lakin bir qismində ürəyin masajına və daha az körpədə isə
dərmanların istifadəsinə ehtiyac yaranır. Bu səbəbdən də neonatal oksigenasiya və
ventilyasiyanın əsaslarının öyrənilməsi yenidoğulmuşların həyatlarının xilas edilməsi üçün
xüsusi əhəmiyyət kəsb edir.
TƏNƏFFÜS YOLLARININ
KEÇİRİCİLİYİNİN TƏMİN EDİLMƏSİ
Əgər körpə vaxtından əvvəl doğulubsa və nəfəs almır, ağlamırsa və ya əzələ tonusu zəifdirsə,
ilkin reanimasiya tədbirləri başlanmalıdır. İlk addım olaraq körpənin tənəffüs yollarının açıq
olmasını təmin etmək lazımdır. Bu məqsədlə körpənin müvafiq vəziyyətdə uzandırılması tələb
olunur. Tənəffüs yollarının açılması üçün körpənin boynu yüngülcə arxaya bükülür. Belə ki,
boyunun arxaya çox bükülməsi və ya tələb olunandan az bükülməsi tənəffüs yollarının
obstruksiyasına səbəb olur. Sağlam və aktiv yenidoğulmuşlarda tənəffüs yollarının
obstruksiyasına şübhə olmadıqda, tənəffüs yollarının sovurucu/aspirator və ya iri həcmli şprislə
aspirasiyası aparılmamalıdır. Tələb olunduqda əvvəlcə ağız boşluğunun və sonra burunun
aspirasiyası aparılmalıdır.
Ağır klinik vəziyyətdə olan və ya tənəffüs çatışmazlığı olan yenidoğulmuşun reanimasiyası
zamanı normotermiyanın təmin edilməsi vacibdir.
Hipoksemiya-işemiya səbəbindən baş verən beyin zədələnməsi daha da dərinləşdirdiyi üçün
hipertermiyaya yol verilməməlidir. Respirator çatışmazlığı olan yenidoğulmuşda traxeyanın
aspirasiyası üçün endotraxeal intubasiya istifadə edilir.
Dostları ilə paylaş: |