Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


ventilyasiya nəticəsində yaxşılaşır



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə93/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   89   90   91   92   93   94   95   96   ...   108
Mövzu 1 1

ventilyasiya nəticəsində yaxşılaşır; lakin bir qismində ürəyin masajına və daha az körpədə isə 

dərmanların istifadəsinə ehtiyac yaranır. Bu səbəbdən də neonatal oksigenasiya və 

ventilyasiyanın əsaslarının öyrənilməsi yenidoğulmuşların həyatlarının xilas edilməsi üçün 

xüsusi əhəmiyyət kəsb edir.  



                                                                                       

TƏNƏFFÜS YOLLARININ 

KEÇİRİCİLİYİNİN TƏMİN EDİLMƏSİ  

Əgər körpə vaxtından əvvəl doğulubsa və nəfəs almır, ağlamırsa və ya əzələ tonusu zəifdirsə, 

ilkin reanimasiya tədbirləri başlanmalıdır. İlk addım olaraq körpənin tənəffüs yollarının açıq 

olmasını təmin etmək lazımdır. Bu məqsədlə körpənin müvafiq vəziyyətdə uzandırılması tələb 

olunur. Tənəffüs yollarının açılması üçün körpənin boynu yüngülcə arxaya bükülür. Belə ki, 

boyunun arxaya çox bükülməsi və ya tələb olunandan az bükülməsi tənəffüs yollarının 

obstruksiyasına səbəb olur. Sağlam və aktiv yenidoğulmuşlarda tənəffüs yollarının 

obstruksiyasına şübhə olmadıqda, tənəffüs yollarının sovurucu/aspirator və ya iri həcmli şprislə 

aspirasiyası aparılmamalıdır. Tələb olunduqda əvvəlcə ağız boşluğunun və sonra burunun 

aspirasiyası aparılmalıdır. 

Ağır klinik vəziyyətdə olan və ya tənəffüs çatışmazlığı olan yenidoğulmuşun reanimasiyası 

zamanı normotermiyanın təmin edilməsi vacibdir. 

Hipoksemiya-işemiya səbəbindən baş verən beyin zədələnməsi daha da dərinləşdirdiyi üçün 

hipertermiyaya yol verilməməlidir. Respirator çatışmazlığı olan yenidoğulmuşda traxeyanın 

aspirasiyası üçün endotraxeal intubasiya istifadə edilir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin