Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə95/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   91   92   93   94   95   96   97   98   ...   108
Mövzu 1 1

                                                                                                           ÜRƏYİN QAPALI 

MASAJI  


30 saniyə ərzində aparılmış effektiv müsbət təzyiqli ventilyasiyaya baxmayaraq, ürək 

döyüntülərinin sayı dəqiqədə 60 vurğudan aşağı olan körpələrdə qan dövranının təmin edilməsi 

məqsədilə ürəyin qapalı masajı başlanmalıdır. Ürəyin qapalı masajı effektiv oksigenasiya və 

ağciyərlərə qan axını bərpa olunanadək yenidoğulmuşun sirkulyasiya sistemini dəstəkləmək 

məqsədi daşıyır.  

Bir daha xatırladaraq qeyd olunmalıdır ki, ürək əzələsinin fəaliyyəti üçün oksigenasiya tələb 

olunduğuna görə ürəyin qapalı masajına başlamazdan əvvəl effektiv ventilyasiya təmin 

edilməlidir.  

Ürəyin qapalı masajının aparılması üçün ikinci tibb işçisi (reanimasiya komandasının üzvü) tələb 

olunur. Yadda saxlanmalıdır ki, ürəyin qapalı masajı mütləq ağciyərlərin ventilyasiyası ilə eyni 

vaxtda aparılmalıdır. Buna görə də ürəyin qapalı masajını həyata keçirmək üçün iki nəfər tələb 

olunur - biri döş qəsəfini sıxmalı, o biri isə ağciyərlərin ventilyasiyasını (məs., oksigen kisəsi və 

maska ilə) davam etdirməlidir.  

 

 



Ürəyin qapalı masajı məqsədilə kompressiyalar (döş qəfəsinin sıxılması) döş sümüyünün aşağı 

üçdə bir hissəsində aparılır. Bu zaman döş sümüyünün xəncərəbənzər çıxıntısını (lat. processus 

xiphoideus) zədələməməyə çalışmaq lazımdır.  

Ürəyin qapalı masajını aparmaq üçün iki üsul istifadə edilə bilər. Birinci üsula əsasən qapalı 

masaj zamanı hər iki əlin baş barmağı döş sümüyünə təzyiq edir (döş sümüyünün aşağı üçdə bir 

hissəsini onurğa sütununa doğru sıxır), yerdə qalan barmaqlar isə döş qəfəsini dairəvi şəkildə 

əhatə edir (Şəkil A). Bu manevr bədəni sabit saxlamağa və onurğa sütununa dayaq verməyə 

yardım edir. Əgər körpənin bədəni böyük, tibb işçisinin əlləri isə kiçikdirsə, o zaman 

yenidoğulan uşağı bərk səth üzərində uzatmaq lazımdır.  

 

 

  



İkinci üsula əsasən isə bir əlin orta barmağı ilə ya şəhadət, ya da adsız barmağın ucları döş 

sümüyünə təzyiq edir, digər əl isə körpənin kürəyinə dayaq vermək üçün istifadə olunur (əgər 

körpə bərk səth üzərində uzadılmayıbsa) (Şəkil B).  

“İki baş barmaqla” aparılan kompressiya (döş qəfəsinin sıxılması) üsuluna üstünlük verilir. 

Ümumiyyətlə, bu üsul nisbətən az yorucudur və adətən, döş qəfəsinin kompressiyası (sıxılması) 



dərinliyinə daha yaxşı nəzarət etməyə imkan yaradır. Bundan başqa, bu üsul uzun dırnaqları olan 

şəxslər üçün daha rahatdır. Həmçinin, “iki baş barmaq” üsulunun tətbiqi daha yüksək sistolik və 

koronar perfuziya təzyiqlərini yaratmağa imkan verir.  

Lakin uşaq iridirsə, yaxud tibb işçisinin əlləri kiçikdirsə, o zaman bir əlin iki barmağı ilə qapalı 

masajın aparılması daha rahat olacaqdır. İki barmaq texnikası göbək ciyəsi damarlarından 

dərman yeridilməsinə ehtiyac yarandığı zaman göbəyə maneəsiz yanaşmağa imkan yaradır. Bu 

səbəbdən də, tibb işçiləri hər iki üsuldan səlist istifadə etməyi bacarmalıdırlar. Ümumiyyətlə, 

əgər körpənin reanimasiyasında bir neçə müxtəlif mütəxəssis (tibb işçisi) paralel olaraq iştirak 

edir və müxtəlif müdaxilələr (məs., dərmanların yeridilməsi, ventilyasiya, göbək venasının 

kateterizasiyası, sümükdaxili kateterizasiya və s.) aparırlarsa, o zaman bir əlin iki barmağı ilə 

kompressiyanın aparılmasına üstünlük verilməlidir ki, digər mütəxəssislərin fəaliyyətinə maneə 

yaradılmasın.  

Ürəyin qapalı masajı zamanı (istənilən üsulla aparıldıqda) döş sümüyünün təxminən döş 

qəfəsinin ön-arxa ölçüsünün üçdə-birinə (1/3) bərabər olan dərinlikdə əyilməsinə kifayət edəcək 

səviyyədə təzyiqin yaradılması tələb olunur. Bundan sonra isə döş sümüyünü sərbəst buraxaraq 

ürəyin qanla dolmasına imkan verilməlidir. Döş sümüyünün sıxılması dərinliyi körpənin bədən 

ölçülərindən də asılı olacaqdır. Ürəkdən qan vurulmasının maksimal həcmini təmin etmək 

məqsədilə döş sümüyünün aşağıya doğru sıxılmasının davametmə müddəti döş sümüyünün 

sərbəst buraxılması müddətinə nisbətən bir qədər qısa olmalıdır. Sıxılmalar (kompressiyalar) 

arası dövrdə barmaqlar döş qəfəsindən ayrılmamalıdır.  

İlkin ürək-ağciyər reanimasiyası zamanı ürəyin qapalı masajı həmişə müsbət təzyiq altında 

ventilyasiya ilə müşayiət olunmalıdır. Ancaq döş qəfəsinin kompressiyası ilə eyni vaxtda 

ventilyasiyanın aparılmasından çəkinmək lazımdır, çünki onlarin biri digərinin effektivliyini 

azaldacaqdır. Buna görə də ürəyin qapalı masajı zamanı hər üç kompressiyadan sonra 

ventilyasiya üçün kiçik tənəffüs (pauza) verilməlidir. Bu yanaşma ilə döş qəfəsinin effektiv 

kompressiyalarının sürəti dəqiqədə 90 və verilən tənəffüslərin sayı isə dəqiqədə 30 olur. Ürəyin 

qapalı masajı aparılarkən ürək döyüntülərinin sayı hər 45-60 saniyədən bir təkrar 

qiymətləndirilməlidir. Əgər aparılan effektiv ventilyasiya və döş qəfəsi kompressiyalarından 45-

60 saniyə sonra ürək döyüntülərinin sayı dəqiqədə 60 vurğudan azdırsa, o zaman farmakoloji 

terapiyanın başlanmasına ehtiyac yaranır.  




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin