Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə109/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 90 
MÖVZU 42 
 
ÜRƏK-DAMAR SĠSTEMĠ ÜZVLƏRĠNĠN PATOLOGĠYASI ZAMANI 
XƏSTƏLƏRĠ MÜġAHĠDƏ VƏ QULLUQ 
 
Ürǝk-damar sisteminin xǝstǝliklǝri çox geniş yayılmışdır. Tibb bacısı, xüsusǝn dǝ kardioloji şö'bǝdǝ 
işlǝyǝnlǝr arterial nǝbzi müayinǝ etmǝyi vǝ bǝ'zi tǝcili hallarda ilk tibbi yardım göstǝrmǝyi bacarmalıdır.
Arterial nǝbz-qanın arterial sistemǝ tullanması nǝticǝsindǝ arteriya divarının ritmiki titrǝmǝsidir. 
Nǝbzi ǝsasǝn mil arteriyasında tǝyin edirlǝr. Bunun üçün tibb bacısı sağ ǝlinin barmaqları ilǝ xǝstǝnin 
bilǝyini tutur. Əvvəl barmaqlar vasitǝsilǝ ilǝ pulsasiya edǝn arteriya mil sümüyünǝ sıxılır və nəbz sayılır.
Tibb bacısı nǝbzin aşağıdakı kimi xüsusiyyǝtlǝrini ayırd etmǝyi bacarmalıdır:ritmi, tezliyi, 
gǝrginliyi, dolğunluğu. Nǝbzin ritmini nǝbz dalğaları arasındakı interval tǝyin edir.
Nǝbzin tezliyini 1 dǝqiqǝdǝ sayırlar. Sağlam adamın nǝbzi sakitlikdǝ dǝiqǝdǝ 60-80-dir. Ürǝk 
yığılmalarının sayının artması taxikardiya, azalması isǝ bradikardiya adlanır. Nǝbzin gǝrginliyini tǝyin 
etmǝk üçün mil arteriyasını elǝ sıxırlar ki, onun nǝbz dalğası dayansın.
Arterial tǝzyiq normal olduqda nǝbz orta gǝrgin, yüksǝk arterial tǝzyiqdǝ gǝrgin vǝ ya bǝrk, aşağı 
arterial tǝzyiq zamanı isǝ nǝbz yumşaq olur. Nǝbzin dolğunluğu dövran edǝn qanın miqdarından asılıdır. 
Mil arteriyasından ǝlavǝ nǝbzi gicgah, yuxu, bud, dizaltı arteriyalarda da tǝyin etmǝk olar.
Arterial tǝzyiq-qanın arteriya divarına etdiyi tǝzyiqǝ deyilir. Sistolik (maksimal) vǝ diastolik 
(minimal) tǝzyiq olur. Normal arterial tǝzyiq 140 / 90-100 / 60 mm civǝ sütunu arasında olur. İnsan yaşa 
dolduqca arterial tǝzyiq artır. Arterial tǝzyiqin artmasına hipertenziya, azalmasına hipotoniya deyilir 
Arterial tǝzyiqin ölçülmǝsi-çox zaman auskultativ metodla ölçürlǝr. Bunun üçün xüsusi aparat-
tonometrdǝn istifadǝ edilir.
ĠĢin gediĢi: 
1) Manjeti xǝstǝnin bazu nahiyǝsinǝ, dirsǝk çuxurundan 2-3 sm yuxarıda qoyuruq. Manjet elǝ 
bǝrkidilmǝlidir ki, onunla bazu arasından bir barmaq keçǝ bilsin; 
2) Monometr manjet ilǝ birlǝşdirilir; 
3) Dirsǝk çuxurunda nǝbz tapılır vǝ fonendeskop ora qoyulur; 
4) Vint bağlanılır vǝ armud balonla müǝyyǝn hǝddǝ qǝdǝr hava vurulur; 
5) Vint yavaş-yavaş açılır vǝ manjetdǝki hava buraxılır; 
6) Birinci sǝs eşidilǝn kimi sistolik tǝzyiqin sǝviyyǝsi qeyd edilir; 
7) Sǝs tam itǝn sǝviyyǝ isǝ diastolik tǝzyiqǝ uyğundur.
Arterial tǝzyiqi adǝtǝn 2-3 dǝfǝ 1-2 dǝqiqǝ intervalla ölçürlǝr. Bu zaman hava manjetdǝn tam 
buraxılmalıdır. Fiziki gǝrginlik, emosiyalar arterial tǝzyiqin qalxmasına sǝbǝb ola bilǝr. Sǝhǝrlǝr tǝzyiq 
aşağı, axşam isǝ yuxarı olur.
Ürǝk-damar sisteminin xǝstǝliklǝri zamanı ǝsas simptomlar aşağıdakılardır:ürǝk nahiyǝsindǝ ağrı, 
tǝngnǝfǝslik, boğulma (ürǝk astması), baş ağrıları, ödemlǝr.
Ürǝk nahiyǝsindǝ ağrılar bir çox ürǝk xǝstǝliklǝri zamanı rast gǝlinir. Kǝskin koronar çatmamazlıq 
zamanı ağrıları tac damarların spazmı vǝ ya trombozu ǝmǝlǝ gǝtirir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin