Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
136
tarixinə xəstənin hansı gün və hansı saatda öldüyünü qeyd edir. Meyiti soyundurur, ətraflarını düzəldib
arxası üstə uzadır, alt çənəsini bağlayır, göz qapaqlarını örtür, üstünü mələfə ilə örtüb çarpayıda 2 saat
saxlayırlar. Tibb bacısı ölənin buduna mürəkkəblə onun familiyasını, adını, atasının adını
və xəstəlik
tarixinin nömrəsini yazır. Bundan başqa ayrıca bir kağızda ölənin familiyası, adı, atasının adını, xəstəlik
tarixinin nömrəsini, diaqnozu və nə vaxt ölməsini yazıb meyitlə birgə göndərir.