DonmuĢ nahiyə aĢkar edilən kimi: -Zərərçəkəni isti yerə gətirin, ayaqqabılarını və əlcəklərini çıxardın.
-Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı davranın.
-Donmuş ətrafı əvvəl quru əsgi ilə qurudun.
-Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində
donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 20
0
C olan suya salın.
Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-40
0
C-ə qədər qaldırın. Çalışın suyun istiliyi 41
0
C artıq olmasın və bu temperaturda qalsın. Zədələnmiş yer dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və
əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Əgər diskomfort hissi yaranırsa, deməli, su
həddindən artıq istidir. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı
zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın dibinə və ya divarlarına
dəyməsinə imkan verməyin.
-Əgər isti su yoxdursa donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların arasına və s) . Üz
kimi açıq nahiyələrə təzyiq göstərmədən əlinizi və ya əlcəyinizi qoyub isidin. Əlləri qoltuq altında və ya
sinədə qızdıqmaq olar.
-Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı tarım olmamalıdır.
-Əl və ya ayaq barmaqları donmuşsa onların arasına pambıq və ya tənzif qoyun.
-Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin.
-Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin.
-Təkrar donmaya heç vaxt yol verməyin.
-Suluqları deşməyin.
-Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş nahiyəni heç vaxt əllə
ovuşdurmayın. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir.
-Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə
və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir.
-Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov, isti butulka, isidilmiş
kərpic)
-Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin.
-Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.
Yüngül hallar istisna olmaqla, donmada həkimə müraciət edin. Hadisə yerində ilk tibbi yardımdan
sonra zərərçəkənlər mütləq ixtisaslaşdırılmış tibbi yardım mərkəzlərinə və ya cərrahı şöbəsi olan
xəstəxanaya aparılmalıdırlar.