ġöbənin iĢi əsasən aĢağıdakılardan ibarətdir:
1. əməliyyatdan əvvəl ağır xəstələri əməliyyata hazırlamaq:həyati vacib orqanların fəaliyyətini normal
səviyyəyə gətirmək
2. əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyətinə nəzarət etmək
3. qeyri-cərrahi ağır xəstələrə intensiv terapiya xidməti göstərmək
4. bütün şöbələrdə olan ağır xəstələri konsultasiya etmək
5. təşkilatı işlər, statistik hesabat, təchizat işləri və s.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
134
Ġntensiv terapiya Ģöbəsində bir sıra müalicəvi manipulyasiyalar icra olunur:
-mərkəzi və periferik venaların kateterizasiyası
-plevranın punksiyası
-spinal (onurğa beyin) punksiya
-elektroimpuls terapiyası
-tromboembolik terapiya
-süni tənəffüs, kardiomonitorinq
-müvəqqəti kardiostimulyatorun qoyulması
-arterial təzyiqə və nəbzə fasiləsiz nəzarət
Xəstənin hayati vacib orqanlarının fəaliyyətini daim nəzarətdə saxlamaq və vəziyyətini dərhal
qiymətləndirmək üçün şöbədə təxirəsalınmaz laborator, rentgenoloji, endoskopik və s müayinələr aparılır.
Şöbədə intensiv terapiya palataları, reanimasiya zalı, prosedura otaqları, sarğı otaqları və yardımçı
otaqlar vardır. Şöbə fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır. Hər bir çarpayının yanında
mərkəzləşmiş oksigen xətti, elektrik şəbəkəsi olmalıdır. Hər palata ürək fəaliyyətinə nəzarət və süni
tənəffüs aparatları ilə, kardiostimulyatorlarla təmin olunmalıdır.
Funksional çarpayılar xəstəyə rahat vəziyyət verməyə, ehtiyac olduqda yerini dəyişməyə imkan
verir. Müntəzəm aparılan dezinfeksiya işləri şöbə daxilində infeksiyanın yayılmasının qarşısını alır.
|