5. Səhiiyyənin maliyyələşdirilməsi və davamlı inkişafı
Hər bir ölkədə öz əhalisinə göstərdiyi qayğının əsas göstəricilərindən biri vətəndaşların sağlamlığına verilən önəmdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə həyata keçirdiyi sosial yönümlü siyasətin ən bariz nümunələrindən biri məhz səhiyyənin inkişafıdır. Ümummilli lider Heydər Əliyevin bu sahədə siyasi kursunu layiqincə davam etdirən dövlət rəhbərinin ölkə səhiyyəsinə diqqət və qayğısı sayəsində son illərdə bu sahədə ciddi islahatlar aparılmış, büdcədən səhiyyə xərclərinə ayrılan vəsait dəfələrlə artırılmış, əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
Ölkə səhiyyəsində ilk nəzərə çarpan dəyişikliklər-yeni, möhtəşəm tibb ocaqları, müasir avadanlıqlarla, dərman və ərzaqla təmin edilmiş xəstəxanalar vətəndaşlara münasibətin təzahürü və göstəricisidir.
2011-ci ilin axırında respublikamızda qeydə alınan 1350 müəssisə əhaliyə səhiyyə və sosial xidmətlər göstərmişdir. Onlar içərisində 25-dən çox xarici və müştərək müəssisə fəaliyyət göstərir. Həmin xidmət sferasında səhiyyə sistemi müstəsna rol oynayır. Suverenlik illərində səhiyyə sisteminin yenidən təşkili, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibbi infrastrukturların yaradılması müstəqil Azərbaycanda həyata keçirilən geniş miqyaslı, sosial yönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu sosial sahədə ardıcıllıq sistem ilə reallaşan islahatların nəticəsi kimi, son illərdə ölkədə səhiyyəni maddi-texniki bazası əsaslı şəkildə yeniləşir, ən müasir tibbi texnika və texnologiyanın tətbiqi, yeni müalicə-diaqnostik müalicə mərkəzlərinin tikilib istifadəyə verilməsi, mövcud səhiyyə ocaqlarının yenidən qurulması, özəl və sosial xidmətlər göstərən müəssisələrin rolu və əhəmiyyəti ildən-ilə artmaqdadır. Bu məqsədlə son illər tibbin ən vacib sahələri üzrə “Qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramı”, “Hemofiliya və talassimiya üzrə qan xəstəliyi üzrə dövlət proqramı”, “Xroniki böyrək çatışmamazlığı üzrə tədbirlər proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı”, “Onkoloji xəstələrin həyatı vacib şiş əleyhinə preparatlarla təminatı üzrə tədbirlər proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması haqqında tədbirlər proqramı” təsdiq edilmiş və icrasına başlanılmışdır. Son illərdə ölkəmizin müxtəlif bölgələrində yüzlərlə tibb ocağı tikilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun Bakı, Naxçıvan, Lənkəran, Şirvan, Gəncə şəhərində, Şahbuz, Bərdə, Qazax və digər rayonlarda səhiyyə ocaqları tikilib istifadəyə verilən, dünya standartlarına cavab verən innovasiya meyilli texnika ilə təchiz edilmiş müalicə-diaqnostika mərkəzləri əhalinin istifadəsinə verilmişdir. Hazırda həmin mərkəzlərdə ən mürəkkəb əməliyyatlar aparılır, hansı ki bir neçə il əvvəl belə xidmətlər üçün respublika əhalisi Rusiyaya, İrana, Almaniyaya, Türkiyəyə, İsrailə və digər ölkələrə müalicə almaq üçün gedirdi.
Bu gün Azərbaycanda 50-yə yaxın beynəlxalq standartlara uyğun xidmət göstərən özəl tibb mərkəzləri əhaliyə yüksək səviyyədə və geniş şaxəli tibbi xidməti göstərirlər. Bu mərkəz və klinikalarda 30 istiqamətdə 200-dən çox tibbi xidmət göstərilir.
Tibbi xidmətlərin beynəlxalq tələblər səviyyəsində təşkili üçün və onun dayanıqlı inkişafına dövlət qayğısı ildən-ilə artmaqdadır. Son illərdə tibbin ən vacib problemlərindən biri tibbi sığortadır. Bazar iqtisadiyyatı şəraitində səhiyyənin maliyyələşdirilməsinin başlıca mənbələrindən sayılan tibbi sığorta sisteminin olmasıdır. Belə ki, əhalinin başdan-başa məcburi və könüllü sığortalanması istiqamətində görüləcək işlər çoxdur. Bu baxımdan, beynəlxalq təcrübənin öyənilib ümumiləşdirilməsi yerinə düşərdi.
Hazırda dünyanın 30-dan çox ölkəsi sığortadan istifadə etməklə Səhiyyə təşkilatı sisteminə daxil edilmişdir. Dünya təcrübəsində sağlamlığın sığortalanmasının müxtəlif sistemləri mövcuddur. Əksər ölkələrdə tibbi sığortalanmanın qarışıq sisteminə üstünlük verilir ki, onlarda müxtəlif mənbələrdən maliyyələşdirilir.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə - ABŞ, Britaniya, İtaliya, Fransa, Almaniya, İsveç, Belçika, Yaponiya və s. səhiyyənin iqtisadi mexanizminin təşkilinə diqqət yetirərkən səhiyyənin maliyyələşdirilməsinin ən əsas dayanıqlı modelini fərqləndirmək mümkündür.
Liberal bazar modeli (ABŞ)
Bu modelə görə, üstünlük özəl (xüsusi) tibbi sığortalanmaya verilir. Bu model əsasında dövlət aztəminatlı sosial təbəqəyə tibbi köməyi maliyyələşdirir. Əhalinin qalan hissəsi tibbi sığorta müqaviləsi bağlayırlar və yaxud öz vəsaitləri hesabına hakimlərə (özəl klinikalara) müraciət edirlər.
2. Sosial-sığorta modeli (Almaniya, Fransa, Avstraliya, isveçrə, Belçika, Hollandiya, Yaponiya və Kanada)
Çoxkanallı maliyyələşdirmə sistemi və bazarın tənzimlənməsi ilə şərtləşir. Bu model əsasında dövlət səhiyyədə qarışıq iqtisadiyyat prinsipini həyata keçirir, bütün əhalinin gəlir səviyyəsindən asılı olmayaraq ictimai-zəruri tələbatına uyğun tibb köməyini maliyyələşdirir. Hazırda ayrı-ayrı xəstələr müxtəlif fondlar və ya ictimai təşkilatlar tərəfindən maliyyələşdirilir. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər diqqətə layiqdir.
6. İnflyasiyanın mahiyyəti və növləri.
İnflyasiya mürəkkəb sosial-iqtisadi hadisə olub, hər bir ölkənin iqtisadiyyatında ciddi problem kimi qarşıya çıxır. O, iqtisadiyyatda hər hansı bir səbəbdən yaranan və davam edən bərabərsizliyin göstəricisidir.
İnflyasiya latın sözü (inflation) olub, hərfi mənada hədsiz artırılma, şişirdilmə deməkdir. İqtisadi hadisə kimi o ilk dəfə XVII əsrdə Fransada Con Lo tərəfindən kağız pulun buraxılması və onun qiymətinin düşməsi nəticəsində müşahidə olunmuşdur. Sonralar isə Şimali Amerikada vətəndaş müharibəsi (1861-1865) dövründə tədavülün kağız pullarla dolub daşması zamanı xüsusilə diqqəti cəlb etməyə başlamışdır. Göründüyü kimi, XVIII-XIX əsrlərdə, əsasən də müharibə dövrlərində dövlət hərbə çəkilən xərcləri ödəmək üçün çoxlu miqdarda kağız pul buraxmış, pul tədavülü qanunu pozulmuş və nəticədə inflyasiya baş vermişdir. Bu dövrdə həm də inflyasiya qısamüddətli və müvəqqəti xarakter daşıyırdı.
XX əsrdən, xüsusilə də Birinci Dünya müharibəsindən başlayaraq inflyasiya xroniki hal alır, qiymətlərin artması isə daimi xarakter daşıyır. Bu dövrdən inflyasiyanın iqtisadi hadisə kimi dərk edilməsi və iqtisadi ədəbiyyatda öyrənilməsi vacib olub. Çünki məhz bu zaman yaranan maliyyə çətinliyi ilə əlaqədar kağız pul buraxılması siyasəti inflyasiya ilə nəticələnmiş və müharibədən sonra Almaniya, Rusiya, Avstriya, Yunanıstan, Macarıstan və Çin inflyasiyanın yüksək səviyyəsi ilə qarşılaşmışlar. Eyni vəziyyət İkinci Dünya müharibəsi zamanı da müharibəyə cəlb olunmuş bütün ölkələrdə müşahidə olunmuş və bu dövrdən etibarən inflyasiya qlobal xarakter daşımışdır.
İnflyasiya bilavasitə kağız pulun hərəkəti ilə bağlı olan və yaranan bir prosesdir. Onun təsiri təkcə bu sahədə deyil, iqtisadiyyatın başqa sahələrində, xüsusilə də istehsal və istehlak dairəsində də mənfi nəticələrə səbəb olur. Bu isə inflyasiyanın həddindən artıq mürəkkəb, ziddiyyətli və dinamik bir proses olmasını göstərir. Odur ki, inflyasiyaya qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi, yaxud da tədavül dairəsinin çoxlu kağız pulla dolması kimi baxmaq onu birtərəfli edir. Çünki, inflyasiya zamanı təkcə əmtəələrin qiyməti yüksəlmir, eyni zamanda onların dəyərini ölçən pulun alıcılıq qabiliyyətinin dəyişməsi də baş verir. Deməli, qiymətlərin səviyyəsinin və pulun alıcılıq qabiliyyətinin dəyişməsi arasında sıx qarşılıqlı əlaqə vardır. Ona görə də inflyasiyaya pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və əmtəələrin qiymətinin yüksəlməsi kimi baxmaq olar.
Qeyd etmək lazımdır ki, əmtəə və xidmətlərin qiymətlərinin hər cür artımı heç də inflyasiya demək deyildir. Məhsulun keyfiyyətinin yaxşılaşması, xammam-yanacaq ehtiyatlarının emalı şəraitinin pisləşməsi, tələbatlarda olan dəyişikliklər də qiymətlərin artmasına səbəb ola bilər. bu inflyasiya demək deyil, ayrı-ayrı əmtəələrin qiymətlərinin qalxmasıdır. Həmçinin pul tədavülünün vəziyyətindən asılı olmayaraq əmtəələrin qiyməti əmək məhsuldarlığının dinamikasındakı dəyişikliklərdən, bazarın inhisarlaşma dərəcəsindən, yeni vergi dərəcələrinin tətbiqindən, bazardakı dəyişikliklərdən və s. səbəblərdən də arta bilər. Məsələn, güclü leysan, zəlzələ zamanı evlər dağıldıqda tikinti materiallarına olan tələb atdığı üçün onların qiyməti qalxır. Bu isə onların istehsalını genişləndirir. Deməli, qiymətlər əmtəə təklifinə nisbətən onlara olan tələbin çoxluğundan artır.
Beləliklə, inflyasiya ölkə iqtisadiyyatının əksər sahələrində məcmu tələblə məcmu təklif arasındakı uzunmüddətli tarazlığın pozulması ilə əlaqədar qiymətlərin ümumi səviyyəsinin artmasıdır. Qiymətlərin fasiləsiz artması inflyasiyanın yeganə əlaməti deyildir. Tələblə təklif arasındanı uyğunsuzluq qiymətlərin stabil, hətta aşağı olması zamanı da olur. Həmçinin müxtəlif məhsullar və xidmət növlərinin qiymətləri inflyasiya zamanı müxtəlif sürətlə artır. Adətən istehlak şeylərinin qiymətləri başqa məhsul növlərinin qiymətlərindən daha sürətlə artır. İstehlak şeyləri ilə müqayisədə iş qüvvəsinin qiyməti aşağı sürətlə artır. Hətta inflyasiyanın sürətlə artdığı dövrlərdə bəzi məhsulların qiymətləri dəyişməz qala və ya azala bilər. Deməli, qiymətlərin qeyri-bərabər artması inflyasiyanın əsas xüsusiyyətidir.
İnflyasiyanın başa düşülməsində onun ölçülməsi və miqdarca qiymətləndirilməsi vacib məsələdir. Ona görə ki, inflyasiya dərəcəsi iqtisadiyyatın ümumi vəziyyətinin mənzərəsini əks etdirir və qiymət dəyişkənliyi haqqında məlumat verir. Yəni inflyasiya sürəti onun əvvəlki dövrlərə nisbətən lıansı miqdarda dəyişdiyini göstərir.
İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyən etmək üçiin ən mühüm və daha əyani göstərici qiymət indeksidir. Qiymət indeksi əmtəə və xidmətlərin qiymətlərinin müəyyən dövrlərdə müsbətini xarakterizə edən göstəricidir. Qiymət indeksinin aşağıdakı növləri vardır:
- istehlak şeylərinin qiymət indeksi istehlak məhsulları və xidmətlərinin qiymətinin dəyişməsini ölçmək üçün istifadə olunur;
- istehsalçının topdansatış qiymət indeksi əmtəələrin pəranəndə satışa daxil olanadən qiymətinin dəyişməsini ifadə edir;
- nominal milli məhsulun real milli məhsula nisbəti, başqa sözlə, real ümumi milli məhsul göstəricisi, bu indens daha universal olub istehlan şeyləri indeksindən fərqli olaraq bütün məhsulların qiymətinin dəyişməsini ifadə edir.
Qiymət indeksi müxtəlif üsullarla hesablanır. Adətən qiymət indeksi baza və cari qiymətlər arasındanı nisbətin 100-ə vurulması yolu ilə hesablanır. Bir qayda olaraq bazis ilinin qiyməti 100 qəbul edilir. Mövcud ilə inflyasiyanın sürətiııi müəyyən etmən üçün cari ilin qiymət indensindəıı bazis ilinin qiymət indeksi çıxılır və bazis ilinin qiymət indensinə bölünüb sonra 100-ə vurulur. Məs., əgər 1996-cı ildə istehlan qiymətləri indeksi 119,9% (1997-ci ildə isə 103,7% olarsa) 1997-ci ildə inflyasiya sür'əti
103,7-119,9
119,9 x 100 = - 13,5%
olacaqdır. Yəni 1997-ci ildə inflyasiyanın sürəti 1996-cı illə müqayisədə 13,5% aşağı düşmüşdür.
Bundan başqa, inflyasiyanı kəmiyyətcə ölçmək üçün iqtisadi ədəbiyyatlarda «70 qayda»sı deyilən üsuldan da istifadə edilir. Bu göstəricinin köməyi ilə inflyasiya sür’ətiııin ikiqat artması üçün neçə il lazım gəldiyini müəyyən etnıəK olur. Bunun üçün 70 rəqəmini inflyasiyanın orta illik səviyyəsinə bölürlər. Məs., əgər inflyasiyanın orta illik sürəti 5% olarsa, bu zaman 12 il lazımdır ki, inflyasiya iki dəfə artsın.
Qeyd etmək lazımdır ki, inflyasiyanın illik artım sürəti müxtəlif dövrlərdə müxtəlif ölnələrdə fərqli olmuşdur. Əsrin əvvəllərində ABŞ-da qiymətlərin səviyyəsi stabil və aşağı olmuş, İkinci Dünya müharibəsindən sonra kəskin qalxmışdır. 1952-1965-ci illərdə qiymətlərin illİK artım sürəti 1,5% olmuşdur. 1983-1987-ci illərdə İtaliya, Avstriya, Fransa, İsveçrə və Böyük Britaniyada inflyasiyanın orta illik sürəti iki və üçrəqəmli ədədlərlə ölçülmüşdür. Ən yüksək inflyasiya sürəti 1985-ci ildə Boliviyada - 3400%, 1990-cı ildə Argentinada - 2000%, 1992-ci ildə Braziliyada - 1175,2%, 1994-cü ildə Azərbaycanda - 1763,5% olmuşdur. 1993- 1994-cü illərdə inkişaf etmiş ölkələrdə inflyasiyanın orta illik artım sürəti 2-5% arasında olmuşdur.
İnflyasiyanın səviyyəsi başqa göstəricilərlə də xarakterizə oluna bilər. Məsələn, ən mühüm qida məhsulları üzrə qiymət indeksi, ayrı-ayrı əmtəə növləri üzrə pəranəndə qiymətlər indeksi, istehlan məhsulları və xidmətlərin qiymətinin hərəkətini xarakterizə edən həyat səviyyəsi iııdeıcsi və s.
İnflyasiyanın artım sürətindən asılı olaraq onun üç əsas növünü fərqləndirirlər: mülayim, sür ətli və ifrat (lıiper) inflyasiya.
Mülayim inflyasiyada qiymətlərin artım sür'əti il ərzində nisbətən az, təxminən 10% -ə qədər ləşıcil edir. Bu inflyasiyada pulun dəyəri əsasən mühafizə olunur. İnkişaf etmiş ölkələrin əksəriyyətinə inflyasiyanın bu növü xasdır. Belə ki, 1980-1990-cı illərin əvvəllərində ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri mülayim inflyasiya ilə əhatə olunmuş və son dövrlərdə onun orta artım sürəti 3-3,5% olmuşdur. Bu onu göstərir ıci, mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki qiymətlərin artması gözlənildikdə əhali daha çox məhsul və xidmətlər əldə etməyə çalışır ki, bu da istehsalçıları təklifi artırmağa sövq etdirir, nəticədə bazarda məhsul bolluğu yaranır. Həmçinin qiymətlər müxtəlif sahələr üzrə müxtəlif sürətlərlə artdığı üçün iqtisadi ehtiyatların sahələr üzrə axını dayanır və iqtisadi uyğunsuzluqlar tarazlıqla əvəz olunur. Bu isə bazar təsərrüfatını sağlamlaşdırır və salıibıcarlıq fəaliyyətinə stimul yaranır.
İl ərzində qiymətlərin artım sürətinin 10%-dən artıq olması və getdikcə yüksəlməsi inflyasiyanın güclənməsindən xəbər verir. Bu cür inflyasiya sürətli inflyasiya adlanır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, alıcılıq qabiliyyətini itirir, istehlaK məhsullarının və xidmətlərin qiymətləri əhalinin pul gəlirlərini ötür. Buna görə də əhali onu sürətlə əmtəələrdə maddiləşdirməyə, yəni daşınmaz əmlak, zinət şeyləri, incəsənət əsərləri və uzunmüddətli istifadə olunan əmtəələr almağa çalışırlar. Nəticədə istehsala sərmayə qoyuluşu azalır və uyğun olaraq məcmu təklif məhdudlaşır, Latın Amerikası və Cənubi Asiyanın bəzi ölkələri, o cümlədən Azərbaycan bu inflyasiyaya məruz qalmışlar.
İnflyasiyanın ən ağır və idarə oluna bilməyən növü ifrat (hiper) inflyasiyadır. Bu inflyasiya növündə qiymətlər faizlə yox, dəfələrlə artdığı üçün pul öz funksiyasını yerinə yetirə bilmir. Onun alıcılıq qabiliyyəti o qədər aşağı düşür ki, puldan istifadə əmtəəyə keçir, əhali və istehsalçılar barter alqı-satqısmdan istifadə etməyə üstünlük verirlər. İstehsal təşkil oluna bilmir və kəskin aşağı düşür, təklif azalır. Əmək haqqı pul formasında ödənilə bilmədində natural formada ödəmə tətbiq olunur. Kupon və talonların meydana gəlməsi də mümkündür. Bu isə təsərrüfat əlaqələrini məhdudlaşdırır. Hiper inflyasiyam dayandırmaq və məhdudlaşdırmaq üçün fövqəladə tədbirlər həyata keçirmək lazım gəlir. Birinci Dünya müharibəsindən sonra Almaniyada qiymətlərin artım səviyyəsi gün ərzində bir neçə dəfə artırdı. İkinci Dünya müharibəsindən sonra bir çox ölkələrdə və nəhayət, yaxın keçmişdə İsraildə, Boliviyada, Argentinada, Latın Amerikasının başqa ölkələrində, XX əsrin sonunda isə MDB ölkələrində hiper inflyasiya mövcud olmuşdur.
Xarakterinə görə inflyasiya gözlənilən və qəfil ola bilər. Gözlənilən inflyasiya zamanı o qabaqcadan nəzərə almır və proqnozlaşdırılır. Məsələn, istehsalçılar öz məhsullarının qiymətlərini inflyasiyaya uyğun olaraq qaldırırlar, kredit idarələri faiz dərəcəsini, borc verənlər isə alacaqları borcun həcmini artırırlar. Əhali də qiymətlərin artmasına uyğunlaşaraq öz istehlaklarını yaxşılaşdırmağa çalışır. Nəticədə gözlənilən inflyasiya zamanı onun nəticələrini yumşaltmaq, ınülayimləşdirmək mümkün olur.
Qəfil inflyasiyada qiymətlərin 10% qalxdığı bir şəraitdə də iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə pisləşir. İfrat (lıiper) inflyasiya zamanı isə iqtisadiyyatın bütün sahələri iflic vəziyyətinə düşür.
İnflyasiya prosesi iki istiqamətdə inkişaf edir: açıq və gizli formada.
Əmtəə və istehsal amillərinin qiymətlərinin azad surətdə formalaşdığı bazarda baş verən inflyasiya açıq inflyasiya adlanır. Bu şəraitdə qiymətlər qeyri-bərabər surətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, lakin bazar mexanizminin fəaliyyət prinsipi aradan qalxmır. Belə ki, tələblə təklifin qarşılıqlı təsirindən iqtisadiyyat bazardakı dəyişikliyə uyğunlaşaraq müxtəlif bazarların tarazlığı istiqamətində tənzimlənir, iqtisadi ehtiyatların bölgüsü bazar qanunlarına uyğun olaraq baş verir. Əmtəə və istehsal amillərinin qiymətinin yüksəlməsi istehsalçıları əlavə sərmayə qoyuluşuna cəlb edir, bu isə istehsalı və təklifi genişləndirir. Açıq inflyasiya bazar iqtisadiyyatlı ölkələr üçün xasdır.
XX əsrdə bazarın quruluşunda dəyişiklik baş vermiş, azad rəqabəti qeyri-azad rəqabət əvəz etmişdir. İnhisarlar bazar qiymətləri üzərində müəyyən dərəcədə hakimiyyətə malik olduqlarından bazarlarda qiymətləri yüksək səviyyədə saxlaya bilirlər. Bu isə əmtəələrin reallaşa bilməmələrinə səbəb olur ki, nəticədə istehsal ixtisar olunur, əmtəə təklifi qeyri-elastik olur. Bu vaxt dövlət inflyasiyanı tənzimləyən üsullar tətbiq etməklə inflyasiya prosesinin qarşısını ala bilir. Son dövrlərdə ABŞ, Yaponiya və Qərbi Avropa ölKələrində belə tədbirlər nəticəsində inflyasiya dərəcəsi aşağı düşmüşdür.
Əgər dövlət qiymətlərin artmasımn qarşısım almaq üçün onlar üzərində inzibati nəzarət qoyursa və onları dondurursa bu zaman inflyasiya prosesi gizli formada fəaliyyət göstərir. Gizli inflyasiya inzibati yolla idarə oluııaıı iqtisadiyyatlar üçün xarakterikdir. Bu inflyasiyada dövlət nəinıci qiymətləri, eyni zamanda pul buraxılışım və əmək haqqını da müəyyən səviyyədə dondurur. Bu isə istehsal sahələrinə sərmayə qoyuluşunu ləngidir, istehsal və təxlif azalır, məhsulların daimi çatışmazlığı yaranır. Nəticədə, əhalinin alıcılıq qabiliyyəti və rifah səviyyəsi aşağı düşür. Eyni zamanda əmtəə çatışmazhğı əhalini məcburi yığıma sövq edir, istehsalı zəiflədir. Bu isə qara bazara, gizli iqtisadiyyata şərait yaradır.
Dünya təcrübəsi göstərir ki, qiymətlər üzərindəki nəzarəti tamamilə inkar etmək olmaz. Bazar təsərrüfatım formalaşdırmaq, iqtisadiyyatda inhisarçılığı aradan qaldırmaq üçün qiymət sahəsində inzibatçılıq, yə'ni qiymətlərin dövlət tərəfindən tənzimlənməsi zəruri olur. Lakin bu tənzimləmə mərkəzi qaydada həyata keçirilirsə və uzun müddət davam edirsə bu, təncə bazar iqtisadiyyatının formasım dəyişdirmir, sistemin özünün dağılması ilə nəticələnir. Ona görə də qiymətlər üzərində dövlət nəzarəti iqtisadi cəhətdən əsaslandırılmalı və müvəqqəti hal kimi tətbiq edilməlidir.
İnflyasiyanın səbəbləri
Müasir dövrdə bütün ölkələrin iqtisadiyyatları bu və ya digər dərəcədə inflyasiyalıdır. Buna səbəb məcmu tələb və məcmu təklif arasındakı tarazlığın ya tələb, ya da təklif tərəfindən pozulmasıdır. Buradan da nəzəri cəhətdən tələb və tənlif inflyasiyanın mənbələri kimi çıxış edirlər.
Tələb inflyasiyası zamanı qiymətlərdə baş verən dəyişikliklər məcmu tələbin artması ilə izah olunur. Səbəb isə istehsalın tam gücü ilə işləməsinə və iqtisadi ehtiyatlardan bütünlüklə istifadə olunmasına baxmayaraq artan tələbi ödəmən üçün əlavə məhsul istehsal etməyin mümnüıı olmamasıdır. Deməli, iqtisadiyyatın mövcud vəziyyətində məcmu tələbin artması və onun təmin oluna bilməməsi tələb tərəfindən inflyasiya yaradır.
Ancaq tələb inflyasiyasının mahiyyətini və dinaminasını başa düşmək üçün qısa və uzunmüddətli dövrlərdə tələbdə baş verən konkret halları nəzərdən keçirək. Məlumdur ki, qısamüddətli dövrdə istehsal amillərinin və iş qüvvəsinin qiyməti dəyişməz qalır. Bu dövrdə tələbin artması ilə yaranan inflyasiya istehsalın real həcmini artırır.
Cəmiyyətdə işsizlik çox olduqda və istehsal güclərindən tam istifadə olunmadıqda qiymətlər əsasən dəyişməz qalır. Lakin, elə ki, istehsalın səviyyəsi artır, işsizlik tədricən azalır və istehsal güclərindən istifadə nisbətən artır, qiymətlərin səviyyəsi də tədricən artmağa başlayır. Uzunmüddətli dövrdə tələbin artması ilə iqtisadiyyatın əksər və həlledici sahələrində istehsal güclərindən tam intensivliyi ilə istifadə olunur və bu sahələrə işsizlər cəlb olunur. İstehsalın real həcmi maksimuma çatır. İqtisadi ehtiyatların potensial imkanları tükəndiyi üçün tələbin sonrakı artımına istehsal cavab verə bilmir. Artan tələbat yalnız qiymətlərin yüksəlməsi hesabına ödənilə bilir. Deməli, uzunmüddətli dövrdə istehsalın potensial həcmi qiymətlərin artmasına səbəb olur.
Təklif inflyasiyası məcmu təklifin azalması və ya istehsal xərclərinin artması nəticəsində baş verir. Təklifin çatışmazlığı və məhdudluğu mövcud iqtisadi ehtiyatların artan tələbə cavab verə bilməməsi və istehsal xərclərinin artması nəticəsində baş verir. Birinci halda iqtisadi ehtiyatların məhdudluğu süni surətdə qiymətləri qaldırır, tıcinci halda isə məhsul vahidinə sərf olunan xərclərin artması mənfəətin azalmasına səbəb olur ki, bu da öz növbəsində istehsalçını istehsalın həcmini ixtisar etməyə məcbur edir. Nəticədə təklif azalır, əmtəə və xidmətlərin qiyməti yüksəlir. Bu halda təklif inflyasiyası xərclər inflyasiyası adlandırılır.
Qısamüddətli dövrdə məcmu təklifdə iqtisadi ehtiyatlara, xüsusilə də əmək haqqına çəkilən xərclər dəyişməz qalır. Bu zaman inflyasiya artan tələbə uyğun olaraq təklifin çatışmaması üzündən baş verir. Qiymətlərin səviyyəsinin yüksəlməsi əhalinin real gəlirlərini aşağı salır. Bu müddət davam etdikcə əhalinin həyat səviyyəsi aşağı düşür və onun qarşısını almaq üçün pul gəlirlərinin artırılması tələb olunur. Əmək haqqı istehsal xərclərinin əsas tərkib hissəsi olduğu üçün onun artması xərclərin tərkibini artırır, bu da məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Əmtəə və xidmətlərin qiymətinin qalxması əmək haqqının növbəti dəfə artırılmasını zəruri edir (Qərb ölkələrində bu işlə xüsusi olaraq həmxarlar təşkilatları məşğul olurlar). Deməli, uzunmüddətli dövrdə inflyasiya halqası getdikcə mürəkkəbləşir. İnflyasiyanı aradan qaldırmaq üçün görülən tədbirlər, yəni məşğulluğun təmin olunması və işsizliyin azalması tədbirləri inflyasiyanı yenidən təkrar edir.
Bəzən bu və ya digər istehsal sahəsi, bazarı lazımi miqdarda əmtəələrlə təmin edə bilmir. Bu da həmin əmtəələrə olan tələbin ödənilməməsinə səbəb olur. Əmtəələrin xroniki çatışmazlığı onların qiymətini yüksəldir. Bu struktur inflyasiyası olub təklif inflyasiyasının təzahür formalarından biridir. Elm və texnucanın, texnologiyanın yem nailiyyətlərinin istehsala tətbiqi, hərbi istehsala üstünlük verilməsi, təbii fəlaıcətlər dövründə tikinti materialları istehsalının artırılması zamanı struntur inflyasiya daha tez-tez müşahidə olunur. Onu aradan qaldırmaq çoxlu miqdarda sərmayə qoyuluşu tələb edir.
Real həyatda tələb və tənlif inflyasiyasını bir-birindən ayırmaq olmur. Müasir iqtisadiyyat üçün tələb inflyasiyası bir növ klassik bazar məfhumudur, çünki hazırda heç bir ölkədə uzun müddətə tam məşğulluq, azad bazar, sabit qiymətlər yoxdur. Qiymətlər istehsal güclərindən tam istifadə olunmadığı şəraitdə də qalxır. Sənayecə inkişaf etmiş Qərb ölkələrinin əkdəriyyətində təklif inflyasiyası özünəməxsus özü-özünü tənzimləmən qabiliyyətinə malindir. Belə ki, istehsal xərcləri artdıqda məhsulun qiyməti qalxır. Əmtəələrə olan tələbin azalınası ilə məhsul istehsalı və əmtəə təklifi tədricən ixtisar olunur. Bu da nəticədə istehsal xərclərinin artımını müəyyən dərəcədə dayandırır. Buna görə də bu ölkələrdə inflyasiya sürəti nisbətən zəifdir.
Təcrübədə inflyasiyaya səbəb olan tələb və tənlif arasındanı tarazlığın pozulması müxtəlif amillərin təsüi altında baş verir. Buna aşağıdanılar daxildir:
- Büdcə kəsirinin mövcudluğu. Məlumdur ki, hər bir ölnənin iqtisadiyyatında az və ya çox dərəcədə büdcə nəsiri problemi mövcud olur. Dövlət gəlirlərinin xərclərdən az olması nəticəsində dövlət büdcəsinin nəsirinin artması və büdcə nəsirinin yerini doldurmaq üçün tədavülə əlavə pul nütləsinin buraxılması inflyasiya doğurur. Eyni zamanda dövlət hərbə çəkilən xərcləri artırdıqda da dövlət büdcəsində xronini nəsir yaranır ki, bu da dövlət borcunu artırır.
- Pul tədavülü qanununa əməl olunmaması. Real iqtisadiyyatda pulun miqdarı heç də pul tədavülü qanununun tələblərinə uyğun tənzimlənmir. Bütün ölkələrdə Mərkəzi Bank pul tədavülünün təşkili üçün cavabdehlik daşıyır. Qısa və uzunmüddətli dövrdə iqtisadiyyatı zəruri miqdarda pul ilə təmin etmək üçün makroiqtisadi tənzimləmə tədbirləri həyata keçirməli olur. Bu isə o deməkdir ki, pul tədavülü Mərkəzi Bankın inhisarındadır. Zəruri hallarda dövlət pul tənlifini artırmalı olur ni, bu da inflyasiyaya səbəb olur.
- Sərmayə qoyuluşlarının həcmi. Bir qayda olaraq, iqtisadiyyatda iri miqyaslı sərmayə qoyuluşları mövcud iqtisadi imnanlardan çox olduqda məcnuı tələblə məcmu təklif arasında uyğunsuzluq baş verir. Belə ki, iri miqyaslı sərmayə qoyuluşları faiz dərəcəsinin səviyyəsindən, cari və gələcək gəlirlərdən asılıdır. Faiz dərəcəsi yünsən olduqda milli gəlirdə qeyri-məhsuldar istehlan artır. Tədiyə qabiliyyətli tələbin ödənilməməsi əmtəələrlə təmin olunmayan pul kütləsinin artmasına səbəb olur.
- Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması. İstehsalda əmək məhsuldarlığının yüksəldilməsinə nisbətən ümumi əmək məsrəflərində canlı əmək məsrəflərinin xüsusi çəkisi artır. Bu da ümumi istehsal xərclərində əmən haqqının xüsusi çəkisini artırır. Bütövlündə istehsal xərcləri artdığından məhsulun qiyməti də yüksəlir və inflyasiya baş verir, lnnişaf etmiş Qərb ölkələrində əmtəə və xidmətlərin qiymətləri artdıqda həmkarlar təşkilatları əməyin ödənilməsinin artırılmasını tələb edirlər. Sahibkarlar qiymətləri qaldırmağa məcbur olurlar və bu zəncirvarı proses davam edir.
- Pul-kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur. Belə ki, dövlət faiz dərəcəsini qaldırmaqla sün'i surətdə Krediti bahalaşdırır. Bəzi müəssisələr müflis olmamaq üçün yenidən Kredit götürməyə məcbur olurlar və yüksək faiz dərəcəsini ödəmək üçün əmtəələrin qiymətlərini qaldırırlar. Həmçinin düzgün olmayan vergi siyasəti zamanı, yəni mənfəətdən alınan vergilərin həcmi artdıqca istehsala sərmayə qoyuluşuna maraq azalır, buna müvafiq olaraq istehsal da ixtisar olunur. Belə olan halda məhsul təklifinin azalması onların qiymətini artırır və inflyasiya baş verir.
- Gəlirlərin yenidən bölgüsü. Gəlirlərdəki qeyri-bərabərliyin güclənməsinin qarşısını almaq üçün dövlətin gəlirlərin yenidən bölgüsünə müdaxilə etməsi də dolayı yolla inflyasiyaya səbəb olur. Bu necə baş verir? Gəlirlərin yenidən bölgüsü zamanı yüksək mənfəət əldə edənlərin mənfəətlərinin bir hissəsinin vergi formasında büdcəyə cəlb olunması və transferi tədiyələr formasında aztəminatlı əhaliyə verilməsi onlarda istehsalın sonrakı inkişafına marağı azaldır, çünki mənfəətlərinin bir hissəsindən məhrum olurlar. Dövlətin sosial köməyinə arxalananlar isə istehlaxa daha çox meylli olurlar, nəğd yığıma. Bu isə makroiqtisadi tarazlığı pozur, nəticədə istehsal ixtisar olunur, əmtəə təklifi azalır və qiymətlər artır.
Qeyd etmək lazımdır ki, sosial ədalət baxımından dövlətin yenidən bölgü fəaliyyəti olmalıdır. Lakin bu bölgü elə aparılmalıdır ıci, o nə istehsalın inikşafına mane olmasın, nə də ki, cəmiyyətdə sosial təbəqələşməni gücləndirməsin.
- Azad rəqabətin inhisarla əvəz olunması. İnflyasiya prosesinin intensivliyi bazarın vəziyyətindən də asılıdır. Məlumdur ki, azad rəqabətin hökm sürdüyü klassik bazarda eyni məhsul üzrə çoxlu sayda istehsalçılar rəqabətə girərkən qiymətlər bazarın tələb və təxlifinə uyğun olaraq müəyyən olunur. Lakin müasir bazarlar daha çox qeyri-azad bazarlardır. Burada inhisarlar iki istiqamətdə inflyasiya yaradırlar. Birinci halda qiymətlər üzərində yüksək inhisar qiyməti qoymaqla qiymətləri süni surətdə qaldırırlar ki, bu da inflyasiyaya səbəb olur. İkinci halda inhisarlar elmi-texniki tərəqqinin nailiyyətlərini istehsala tətbiq etməklə məlısul vahidinə sərf olunan xərcləri azaldırlar. Lakin öz əmtəələrini real xərclərə uyğun yox, yüksək inhisar qiymətlərinə satırlar. Uzun müddət qiymətlərin yüksək səviyyədə qalması istehsalın həcminə və əmtəə təklifinə mənfi təsir göstərir ki, bu da məcmu tələb və məcmu təklif arasındanı fərqi artırır. Beləliklə, inhisarçılıq bazar mexanizminin fəaliyyətini pozaraq təklifin qiymət elastikliyini aşağı salır, istehsalın tələb ətrafında tərəddüd etməsini və inflyasiya qeyri-tarazlığını artırır.
- İqtisadiyyatın hərbiləşdirilməsi. İnflyasiya prosesinə iqtisadiyyatın hərbiləşdirilməsi də təsir göstərir. Belə ki, hərbiləşdirmə dövlət büdcəsinin xərclərini artırır və onu qeyri-məhsuldar edir. Cəmiyyətin sərəncamında olan material və intellektual ehtiyatlar məhsuldar şəkildə sərf olunmalı, cəmiyyətin tələbatına, eyni zamanda istehsalda aşınmış avadanlıqların bərpasına yönəldilməlidir. Bütün ehtiyatların hərbi sahəyə yönəldilməsi başqa sahələrin, yəni əmtəə təklifinin ixtisarına səbəb olur. Bir tərəfdən hərbi xərcləri ödəmək üçün daha çox pul buraxılması, digər tərəfdən istehlak məhsullarının təklifinin azalması inflyasiyaya səbəb olur.
- Xarici iqtisadi amillər. İnflyasiyanın başvermə səbəbləri xarici amillərlə də əlaqədardır. Məlumdur ki, əmək bölgüsü nəticəsində ayrı-ayrı ölkələr dünya iqtisadiyyatına qovuşurlar. Bir ölkədə baş verən proseslər başqa ölkələrdə də öz təsirini göstərir. Məs., idxal olunan istehsal vasitələrinin qiymətinin qalxması ondan istehsal olunan məhsulların da qiymətinin artmasına təsir göstərir. 1973-cü ilin enerji böhranı digər ölkələrdə enerji daşıyıcılarının qiymətinin artmasına səbəb oldu. Həmçinin xarici ticarət balansının kəsirli olması, xarici ticarətdən daxilolmaların ixtisarı, milli valyutanın dönər valyutaya nisbətən məzənnəsinin aşağı düşməsi inflyasiyaya səbəb olan amillərdəndir.
Beləliklə, inflyasiya prosesinin yaranmasına və inkişafına təsir edən amillərə diqqət yetirdikdə məlum olur ki, bu amillərin əksəriyyəti dövlət xərclərinin birbaşa və dolayı yolla artırılmasının nəticəsidir. Məs., dövlət pul buraxılışını, dövlət xərclərini (müəssisələrə xüsusi sifarişlər verilməsi, faiz dərəcəsinin qaldırılması, kreditin süni surətdə bahalaşdırılması), xarici ticarəti, qeyri-məhsuldar xərcləri (hərbi xərclər, bürokratik-idarəetmə xərcləri) bu və ya digər dərəcədə inhisara almaqla inflyasiya yaradır.
İnflyasiyanın sosial-iqtisadi nəticələri.
İnflyasiyanın sosial və iqtisadi nəticələri mürəkkəb olub, onun sürətindən və xarakterindən asılıdır.
Mütəxəssislər belə hesab edirlər ki, çox da böyük olmayan inflyasiya, yəni il ərzində pul kütləsinin bir qədər (3-4%) artımı ilə müşayiət olunan və gözlənilən inflyasiya istehsalı inkişaf etdirir. Belə ki, qiymətlərin artacağı lıalda əhali daha çox əmtəə və xidmətlər əldə etməyə çalışır. Bu isə istehsalçıları təklifi artırmağa vadar edir. Qiymətlər müxtəlif sahələr üzrə müxtəlif sürətlə artdığı üçün iqtisadi ehtiyatların axını dayanır. Pul kütləsinin artımı tədiyə dövriyyəsini sürətləndirir, investisiya fəaliyyətinin genişlənməsinə imkan yaranır. İstehsalın artımı əmtəə və pul kütləsi arasında tarazlığı bərpa edir və bazar təsərrüfatı sağlamlaşır.
İnflyasiya prosesi dərinləşdikcə iqtisadiyyat üçün daha təhlükəli olur, təkrar istehsalda ciddi maneəyə çevrilir və cəmiyyətdə iqtisadi və sosial gərginlik yaradır. Çünki qiymətlərin qeyri-bərabər sürətlə artması istehlakın quruluşunu pozur, mübadilə puldan əmtəəyə keçir, əmtəə çatışmazlığı və istehlak şeylərinin normalaşdırılmış bölgüsü yaranır. Beləliklə, qiymət başlıca funksiyalarını - tədavül və tədiyə funksiyalarını tamamilə itirir ki, bu da hiper inflyasiyanın əlamətidir.
İnflyasiyadan ən çox zərər çəkən təbəqə təsbit olunmuş gəlir əldə edən cəmiyyət üzvləridir. Buraya büdcə təşkilatlarından maaş alanlar, pensiyaçılar, renta və faiz hesabına yaşayan vətəndaşlar və s. daxildir. 1985-ci ildə 300 rub. maaş alıb və ona 300 kq şəkər ala bilən müəllimin bu gün 300 rublun ekvivalenti olan 30 manata 17,6 q. şəkər ala bilməsini təsəvvür etməyimiz kifayətdir. Doğrudur, son dövrlərdə qeyd olunan təbəqədən olanların gəlirlərinin indeksləşdirilməsi sayəsində onların nominal gəlirləri artırılmışdır. Lakin bu artım əhəmiyyətli dərəcədə inflyasiyanın artım sürətindən geri qalır və həyat səviyyəsinin aşağı düşməsi davam edir. Çünki antiinflyasiya tədbirləri nə qədər təkmil olsa da, qiymətlərin artım sürətinə çatmır. Qəbul olunan qərarlar nəticəsində əldə olunan güzəştlər qiymətlərin artımından yaranan itkiləri tam örtmür. İfrat (hiper) inflyasiya dövründə ciddi büdcə kəsirinin aradan qaldırılması ilə məşğul olan dövlət bütün xərcləri ödəyə bilmir.
İnflyasiya vətəndaşların şəxsi əmanətlərini də qiymətdən salır. Qiymətlərin qalxması nəticəsində bu və ya digər məqsədlər üçün yığılıb saxlanılan əmanətlərin real dəyəri və ya alıcılıq qabiliyyəti
aşağı düşür. Fərz edək ki, ölkə vətəndaşı 1991-ci ildə əmanət bankına 3% tariflə 3000 rub. pul qoymuşdur. 1991-1996-cı illərdə inflyasiyanın səviyyəsinin ölkədə 46,36% olduğunu nəzərə alsaq bu halda vətəndaş 3477,2 rub. almaq əvəzinə 75 rub., yaxud 7,5 manat alacaqdır.
Deməli, inflyasiya əhali arasında əmlak bərabərsizliyini gücləndirir. Belə ki, yaşamaq üçün zəruri olan əmtəələrin qiyməti qalxdıqda əhalinin aşağı təbəqəsinin həyat səviyyəsi daha da aşağı düşür. Nisbətən imkanlılar isə öz pullarını daha çox cari istehlaka yönəldərək yığımı ixtisar edirlər, inflyasiya əleyhinə tədbirlər isə aşağı təbəqəni nəzərdə tutduğu üçün cəmiyyətin daha fəal və kütləvi hissəsi olan orta təbəqənin real gəlirləri azalır. Beləliklə, inflyasiya gəlirlərin qeyri-bərabər bölgüsünü gücləndirir.
İnflyasiyadan işçilər və istehsal sahibləri də ziyana düşə bilərlər. Əgər kollektiv müqavilələrdə inflyasiyaya uyğun olaraq əmək haqqının indeksirləşdirilməsi nəzərdə tutulmazsa müəssisənin ümumi gəlirində işçinin payının xüsusi çəkisi aşağı düşəcək, real gəlirləri azalacaqdır. Bu o vaxt baş verir ki, əmtəə və xidmətlərin qiyməti qeyri-bərabər yüksək. İstehsal sahiblərinin istehsal etdikləri məhsulların qiymətləri istehsal amillərinin qiymətlərindən sürətlə artarsa, həmin sahədə çalışan sahibkarlar qazanırlar. Əksinə, qiymətlərin aşağı sürətlə yüksəldiyi sahələrdə isə itirirlər. İnflyasiya nə qədər sürətli, gözlənilməz olarsa gəlirlərin yenidən bölgüsü də bir o qədər yüksək olar.
Əhalinin pul gəlirlərinin vergiqoyma vasitəsilə yenidən bölüşdürülməsi də inflyasiyanın mənfi nəticələrindən biridir. Bu mütərəqqi gəlir vergisinin mövcudluğundan yaranır. Belə ki, vergi ödəyənlər inflyasiya artdıqca pul güzəştləri əldə edərək daha yüksək nominal gəlir sahibinə çevrilirlər. Mütərəqqi vergi sisteminə əsasən onlar öz gəlirlərinin əvvəlkinə nisbətən daha çox hissəsini vergi formasında ödəyirlər. Nəticədə nominal gəlirlərin artmasına baxmayaraq real gəlirlər artmır. Beləlikİə, inflyasiya vergilər vasitəsilə əhalinin pul vəsaitlərinin dövlət tərəfindən gizli mənimsənilməsinə şərait yaradır. Artıq 1985-ci ildən başlayaraq ABŞ-da inflyasiyaya uyğun olaraq gəlirlərin indeksləşdirilməsi ilə yanaşı vergi qanunlaruıda inflyasiya sürətinə uyğun indeksləşdirmə (tariflərin azaldılması) həyata keçirilməyə başlanmışdır.
İnflyasiya zamanı borc alanlar borc verənlər hesabına varlanırlar. Bu o zaman baş verir ki, borc müqavilələri bağlanarkən inflyasiyanın təsiri nəticəsində borc məbləğinin və faizin indeksləşdirilməsi nəzərdə tutulmur.
İnflyasiyanın doğurduğu nəticələrdən biri də pul vəsaitlərinin sürətlə maddiləşdirilməsidir. Kağız pulların sürətlə qiymətdən düşdüyünü görən əhali onu tez maddiləşdirməyə çalışır. Belə bir vəziyyətlə ölkəmiz 1991-1996-cı illərdə üzləşmişdir. Xüsusilə, 1991-1994-cü illərdə əhali əlində olan pulları mənzillərin, bağ evlərinin, qızıl əşyalarının, mebelin, müəssisələr isə ehtiyat hissələrinin, avadanlıqların, materialların alınmasına sərf etmişlər. Bu da istehlak şeyləri və istehsal vasitələri bazarında gərginlik yaratmış, sahələrarası proporsiyaları pozmuşdur.
Dövlət özü də borc alan tərəf kimi inflyasiyadan səmərə götürür. Bu o zaman mümkün olur ki, dövlət borclarını əvvəlki manatla deyil, hazırda dəfələrlə ucuz olan manatla qaytarır. İnflyasiyanın gedişində milli gəlir, buna müvafiq olaraq vergilər artır, dövlət borcunun həcmi isə dəyişməz qalır. Deməli, inflyasiya əhalinin zərərinə, dövlətin isə xeyrinə gəlirləri yenidən bölüşdürür.
İnflyasiyanın gəlirlərin və sərvətlərin yenidən bölgüsünə təsiri mexanizmindən və nəticələrindən danışarkən onu əsas götürürdük ki, istehsalın milli həcmi stabildir, iqtisadiyyatda tam məşğulluq hökm sürür və bu amillər gəlirlərin yenidən bölgüsündə heç bir rol oynamır. Həqiqətdə isə qiymətlərin yüksəlməsi gedişində bu amillərdə dəyişiklik baş verir. Başqa sözlə, milli istelısaluı həcmi artır və ya azalır.
Yuxarıda göstərdiyimiz kimi, mülayim inflyasiyada qiymətlərin bir qədər artması onun həcminə müsbət təsir göstərir və hətta onu stimullaşdırır.
İnflyasiya daha ciddi olduqda istehsal dövlət nəzarətindən çıxır, bazar mexanizmində dərin dəyişikliklər baş verir. O nə qədər güclü olursa real tələbatları daha az əks etdirir, qiymətə və tələbə daha çox təsir edir. Sərmayə qoyuluşlarına olan tələbin kəskin azalması sahə və ərazi uyğunsuzluqları yaradır. İstehsalçılar istehsala yeni avadanlıqlar cəlb etməkdən daha çox, köhnə avadanlıqlardan, köhnə əmək tutumlu texnologiyadan istifadə etməyi üstün tuturlar. Bu da texniki tərəqqinin ləngiməsinə səbəb olur.
İnflyasiyanın istehsalın innişafına tə'siri dolayısı ilə məşğulluğa da sirayət edir. 70-ci illərə qədər iqtisadi tsiklin tənəzzül və yüksəliş dövrlərində işsizlin və inflyasiya eyni zamanda fəaliyyət göstərmirdilər, təsadüfi hallarda üst-üstə düşürdülər. Bu dövrdən sonra Qərb ölkələrində işsizliyin artımı qiymətlərin qalxması, inflyasiya ilə müşayiət olunmuşdur. Onların belə əlaqəsi istehsalın həcminin azalmasına səbəb olmuşdur ki, bu da iqtisadi ədəbiyyatda staqflyasiya adlanır.
İngilis iqtisadçısı O.Filipps işsizlik ilə inflyasiya arasındakı əlaqəni izləmiş və belə bir nəticəyə gəlmişdir ki, inflyasiyanın yüksək səviyyəsi adətən işsizliyin aşağı düşməsinə səbəb olur və əksinə, işsizliyin kəskin aşağı düşməsi mütləq inflyasiya ilə nəticələnir.
İqtisadçıların fikrincə bu nəzəriyyə ancaq qısa dövrlərdə özünü doğruldur. Uzunmüddətli dövrdə məcmu təklifdə və məcmu tələbdə bir sıra xarakterik hallar baş verir ki, bunlar da istehsalın həcminə müxtəlif təsir göstərirlər. Ona görə də staqflyasiyanın izah edilməsi üçün müxtəlif üsullar axtarılmağa başlanıldı.
80-ci illərdə işsizliyin təbii səviyyəsi deyilən nəzəriyyə meydana gəldi. Neoklassiklərin bu nəzəriyyəsinə görə iqtisadiyyat uzun müddət mülayim inflyasiya şəratində işsizliyin təbii səviyyəsində qala bilər. İşsizliyin təbii səviyyəsi inflyasiyanın gözlənilməsi və iqtisadi proseslərin uyğunlaşdırılmasından asılıdır. Yəni inflyasiyanın səviyyəsi gözlənildiyindən çox olduqda işsizliyin aşağı düşməsinə səbəb olur.
İnflyasiyanın tənzimlənməsi. Antiinflyasiya siyasəti
Hər bir dövlətin iqtisadi siyasətində ən mürəkkəb məsələlərdən biri də inflyasiyanın tənzimlənməsi və onun idarə olunmasıdır, inflyasiyanın səviyyəsi, xarakteri və nəticələri eyni olmadığına görə müxtəlif ölkələrdə inflyasiyanı tənzimləmək və onu idarə etmək sahəsində görülən tədbirlər də fərqli olmuşdur. Ümumiyyətlə, inflyasiyanın tənzimlənməsi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Çünki, iqtisadiyyatın bütün sahələri bir-birilə əlaqədardır, bir sahədə qiymətlərin qalxması digər sahələrə də təsir edir.
Bazar iqtisadiyyatlı ölkələrdə inflyasiya açıq xarakter daşıdığı üçün onun nəticələrini aradan qaldırmaq, onu səmərəli idarə etmək mümkün olur. Sənayecə inkişaf etmiş ölkələrdə müharibədən sonrakı dövrdən inflyasiyanın artım həddini müəyyən dərəcədə saxlamaq mümkün olmuşdur. 80-cı illərdən başlayaraq artıq bu ölnələrdə inflyasiyanın tənzimlənməsi dövlət səviyyəsində daim diqqət mərkəzində olmuşdur.
Gizli inflyasiyada əsas diqqət inflyasiyanın səbəblərinə deyil, oııun təzahür formalarının aradan qaldırılmasına yönəldilir. Yəni qiymətlər və gəlirlər müvəqqəti olaraq dondurulur, onlar üzərində inzibati nəzarət tətbiq edilir, inflyasiyanın bu üsulla tənzimlənməsi əmtəələrin xroniki qıtlığına səbəb olduğu üçün sistemin özünü bazar mexanizminin fəaliyyətinə yönəltmək məqsədəuyğun olar.
Təcrübədə sübut olunmuşdur ki, mülayim inflyasiya iqtisadiyyat üçün o qədər təhlükəli olmadığı və hətta məqbul olduğu üçün onunla mübarizə aparmaq yox, törədə biləcəyi mənfi nəticələri aradan qaldırmaq lazım gəlir. İnflyasiya ciddi olduqda isə onun nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün olmur. Onunla o vaxt səmərəli mübarizə aparmaq mümkün olur ki, onun səbəbləri aradan qaldırılsın. Hiper inflyasiyada isə dövlət iqtisadiyyatı inzibati üsulla, xüsusi tədbirlər görməklə idarə etməyə məcbur olur. Məs., Amerikada 70-ci illərin II yarısında dövlət yüksək səviyyəli inflyasiyanı tənzimləmək üçün ehtiyat fondu yaratmış, vergiqoyma sisteminə yenidən baxmışdır.
İnflyasiyanın bütün amillərini birdən-birə ləğv etmək mümkün olmadığı üçün inflyasiya əleyhinə tədbirlər hazırlandıqda qısa və uzunmüddətli vəzifələri uyğunlaşdırmaq məqsədəuyğun sayılır.
Qısamüddətlidə əsas məqsəd inflyasiya sürətini müvəqqəti olaraq aşağı salmaq, onu mülayim, nəzarət edilə bilən səviyyəyə çatdırmaqdır. Bu zaman tələbi artırmadan təklifi genişləndirmək nəzərdə tutulur. Bunun üçün lazımi müəssisələrə müəyyən güzəştlər verilməsi, mənfəətlərindən güzəştli vergilər tutulması məhsul və xidmətlər istehsalını artırır. Bu isə büdcəyə daxilolmaları artırmaqla onun kəsir problemini yüngülləşdirir. Qoyuluşlara görə faiz dərəcələrinin azaldılması hesabına da inflyasiya sürətinə müəyyən təsir etmək olar.
Qısamüddətli dövrdə həyata keçirilən tənzimləmə tədbirləri davam edən inflyasiyanın idarə edilməsinə xidmət etməlidir. İnflyasiyaya qarşı uzunmüddətli tədbirlər hazırlandıqda dövlət dəqiq, ardıcıl antiinflyasiya siyasəti həyata keçirməlidir. Antiinflyasiya siyasətində məqsəd inflyasiya prosesinin intensivliyindən və xaraıcterindən asılı olaraq qısa və uzun dövrlərdə antiinflyasiya tədbirləri vasitəsilə onun səviyyəsinin minimuma endirilməsidir. Buna görə də tənzimləmə tədbirləri təkcə pul tədavülü sahəsini deyil, maliyyə sahəsini, investisiya prosesini, cari istehlak sahələrini və başqa sahələri də əhatə etməlidir.
Qeyd etmək lazımdır ki, gözlənilən inflyasiyanın nəticələrini aradan qaldırmaq nisbətən asan olur. Yəni əhali və istehsalçılar inflyasiya ilə qarşılaşdıqda cari tələbatlarından daha artıq əmtəə və xidmətlər əldə etməyə çalışırlar. İstehsalçılar isə yaxın zamanlarda xammal, material və yanacağın qiymətinin bahalaşmasını nəzərə alaraq öz əmtəələrinə daha yünsək qiymət qoyurlar. Beləliklə, həm əhali həm do istehsalçılar yığımı ixtisar edir və kredit ehtiyatlarını azaldırlar. İnflyasiya uzun müddət davam etdikdə istehsalın inkişafını zəiflədir.
Uzunmüddətli dövrdə dövlət istehsalın stimullaşdırılması, antiinhisar tədbirləri, qiymətlərin sabitləşdirilməsi istiqamətində fəaliyyət göstərməlidir. İnkişaf etmiş ölkələrdə inflyasiya davam etdiyi şəraitdə də istehsalın innişafım təmin edən mexanizmlər fəaliyyət göstərir. İnhisarçılığın aradan qaldırılması möhkəm pul məhdudiyyəti ilə inhisarsızlaşdırma prosesinin paralel həyata keçirilməsi nəticəsində mümkündür.
Dövlət, həmçinin büdcə kəsiri problemini tənzimləməli olur. Məlumdur ki, büdcə kəsirinin əlavə pul buraxılınası hesabına azaldılması inflyasiyanın fəaliyyət dairəsini genişləndirir. Buna görə də xərclərin azaldılması və gəlirlərin artırılması büdcə kəsirinin aradan qaldırılmasının ən etibarlı vasitəsidir. Qısamüddətli dövrdə gəlirləri artırmaq üçün büdcəyə daxil olan vergilərin artırılması istehsalın tənəzzülünün qarşısım alırsa, uzunmüddətli dövrdə isə istehsalın iıucişafımn qarşısını alır. Bu da dövlət büdcəsinə daxilolmaları azaldır. Vergi dərəcələrinin azaldılması istehsalın inkişafına, gəlirlərin artmasına və deməli, büdcəyə daha çox gəlirin daxil olmasına şərait yaradır. İnkişaf etmiş ölkələrdə artıq vergi siyasəti bu istiqamətdə aparılır.
Dövlət eyni zamanda pul kütləsinin illik artımına müəyyən hədd qoymaqla da inflyasiya prosesinə nəzarət edir. Qısamüddətli pul siyasəti investisiya prosesini stimullaşdırır, istehsalçıları istehsalı və satışı genişləndirməyə sövq etdirir.
Məlumdur ki, dövlətin dolayı tənzimləmə vasitələri o vaxt müsbət nəticə verir ki, pul tədavülü sistemi möhkəm olsun. Onun pozulması iqtisadi tənzimləmənin səmərəliliyini aşağı salır. Ona görə də pul kütləsinin illik artımına məhdudiyyət qoyulmalıdır. Lakin bu siyasət ehtiyatla tətbiq olunmalı və konkret şəraitə uyğunlaşdırılmalıdır.
İqtisadiyyatda inflyasiyanın təsirini azaltmaq üçün xarici amillərin də təsirini zəiflətmək zəruridir. Xüsusilə kapitalın qısamüddətli kredit və istiqraz şəklində xaricə axmasının qarşısı alınmalıdır. Ona görə ki, bu, qısamüddətli kreditə çevrilməklə pul ehtiyatım artırır və inflyasiya üçün şərait yaradır. Həmçinin milli valyutanın məzənnəsinin artırılması inflyasiyanın qarşısının alınmasında bir vasitədir.
Tarixi təcrübə göstərir ki, inflyasiyanın qarşısım almaq və onu tənzimləmən üçün iki üsul vardır: inflyasiyaya uyğunlaşmaq və sərt tədbirlər həyata keçirmək.
İnflyasiyanı tənzimləmək üçün birinci üsul qiymətlərin artmasına müvafiq olaraq əhali gəlirlərinin yüksəldilməsidir. Burada əsas vasitələrdən biri gəlirlərin indensləşdirilməsidir. Yəni qiymət iııdensinin dinamikasına uyğun olaraq istehlak zənbilinin dəyərinin uyğunlaşdırılınası və bu əsasda yaşayış minimumunun zəruri səviyyədə saxlanılmasıdır.
İnflyasiya ilə mübarizənin ikinci üsulunda əsas vasitələr büdcə kəsirinin azaldılması, pul-kredit siyasəti və monetar amildir. Yüksək kredit faizi inflyasiya prosesini gücləndirdiyi üçün dövlət istehsal verimi gətirməyən güzəştli kreditlərdən istifadə edir və bu sahələrə kredit verilməsini məhdudlaşdırır. Bundan başqa, dövriyyəyə əlavə pul buraxılması inflyasiyanı sür’ətləndirdiyi üçün bu proses məhdudlaşdırılır. ABŞ-da və İngiltərədə inflyasiya ilə mübarizə dövlət səviyyəsində aparılır. Digər ölkələrdə isə inflyasiyaya uyğunlaşmaya daha çox üstünlük verilir. 1991-1995-ci illərdə Azərbaycanda sürətlə artan inflyasiyanın qarşısını sərt pul siyasəti ilə almaq mümkün olmuşdur.
Hazırda antiinflyasiya siyasəti baxımından iqtisadçılar arasında fikir ayrılıqları mövcuddur.
Keynsçilik siyasətinin məğzində təklifi artırmaq üçün səmərəli tələb prinsipi durur. Dövlət tələbi artırmaq üçün xərcləri çoxal- dır, bu isə istehsalın inkişafına və təklifin artmasına səbəb olur. Eyni zamanda dövlət səviyyəsində işsizlərə edilən kömək, dövlət sifarişləri xərcləri artırır və bu da dövlət büdcəsində kəsir yaradır. Büdcə kəsiri əlavə pul buraxılması hesabına həyata keçirilddə isə inflyasiya baş verir.
Buna görə də təklif iqtisadiyyatı nəzəriyyəçiləri keynsçi tənzimləmə siyasətini müvəqqəti tədbir kimi qeyd edərək özlərinin nəzəriyyələrini irəli sürürlər. Bu nəzəriyyəyə görə istehsalın və işsizliyin aşağı düşməsi şəraitində təklif aktiv rol oynayır, çünki, istehsal xərcləri əmək məhsuldarlığının ümumi səviyyəsini müəyyən edən amildir.
Müasir keynsçilər inflyasiyam tənzimləmək məqsədilə aktiv büdcə siyasətinin tərəfdarıdırlar. Büdcə siyasətinin iqtisadi tsiklin tənəzzül dövründə tələbi genişləndirmək üçün istifadə olunduğunu zəruri sayırlar.
Neoklassiklər pul-kredit vasitəsilə tənzimlənməni ön plana çəkirlər. Onlar belə hesab edirlər ki, iqtisadi artımın stimullaşdırılması və işsizliyin təbii səviyyəsinin süni olaraq saxlanması inflyasiya üzərində nəzarəti itirdiyindən dövlət tədiyə qabiliyyətli tələbi məhdudlaşdırmaq üçün deflyasiya tədbirləri həyata keçirməlidir.
Deflyasiya - artıq kağız pulların tədavüldən çıxarılması ilə pul kütləsinin azaldılmasıdır. Bu çox zaman pul islahatlarından əvvəl baş verir.
Qeyd etmək lazımdır ki, inflyasiya əleyhinə siyasət nə qədər təkmil olsa da bu tədbirlər inflyasiya prosesini və inflyasiyanı doğuran bütün səbəbləri tamamilə aradan qaldırmır, onu idarə edilə biləcək səviyyəyə çatdırır.
Dostları ilə paylaş: |