Mühazirə mövzusu Plan



Yüklə 161,08 Kb.
səhifə7/13
tarix14.12.2023
ölçüsü161,08 Kb.
#178076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Mühazirə mövzusu 6.
Plan
Elektrokimya
Məhlullarin elektrik keçiriciliyi və növləri
Kolrauş qanunu
Konduktometrik titrləmə
EHQ və elektrod potensialı
Yakobi – Daniel qalvanik elementi və onun quruluşu

Elektrokimya – elektrokimyəvi reaksiyaların fiziki xassələrini öyrənir. Elektrokimyanı 3 hissəyə bölmək olar.



  1. Elektrolit nəzəriyyələri

  2. Elektrokimyəvi termodinamika

  3. Elektrokimyəvi kinetika

Elektrolit nəzəriyyələri bir fazalı sistemlər olan elektrolitlərin tarazlıq və qeyri-tarazlıq xassələrini öyrənir.
Elektrokimyəvi termodinamika yüklü fazalar sərhəddində tarazlığın ümumi şərtlərini öyrənir.
Elektrokimyəvi kinetika yüklü hissəciklərin fazalar arası sərhədləri keçməsinin mexanizmini və kinetik qanunauyğunluqlarını öyrənir.
Enerjinin kimyəvi və elektrik formalarının qarşılıqlı çevrilməsinin yalnız elektrokimyəvi sistemlərdə baş verməsi elektrokimyanın predmetini təşkil edir.
Sistemin ən azı bir elektrokimyəvi oksidləşmə və bir elektrokimyəvi reduksiya reaksiyası baş verən qapalı fəza hissəsinə elektrokimyəvi sistem deyilir. Elektrokimyəvi sistem aşağıdakı tərkib hissələrə malikdir: Elektrokimyəvi sistemdə ion keçiriciliyinə malik mühit elektrolit adlanır.
Elektrolitlə təmasda olub, oksidləşdirici və reduksiyaedici ilə elektron mübadiləsində olan, həmçinin, xarici dövrəyə elektron verən və xarıcı dövrədədən elektron alan metal lövhələrə elektrod deyilir.
Elektrodları birləşdirən və onlar arasında cərəyanın keçməsini təmin edən metal naqil xarici dövrə adlanır.
Elektrokimyəvi sistemdə kimyəvi enerjinin elektrik enerjisinə və ya əksinə çevrilmə mümkündür. Özbaşına baş verən kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirən elektrokimyəvi sistemlərə qalvanik element və ya cərəyanın kimyəvi mənbəyi deyilir.
Elektronları xarici dövrəyə göndərən elektrod mənfi elektrod və ya anod adlanır.
Xarici dövrədən elektron qəbul edən elektrod müsbət elektrod və ya katod adlanır.
Xarici mənbənin elektrik enerjisi hesabına kimyəvi çevrilmə baş verən elektrokimyəvi sistemlərə elektrolizer və ya elektrolitik vanna deyilir.
Anod yaxınlığında olan elektrolit hissəsi anolit, katod yaxınlığında olan elektrolit hissəsi katolit adlanır.
Göründüyü kimi qalvanik elementdə və elektrolizerdə katod və anodun yüklərinin işarələri fərqlənir. Ancaq, hər iki halda anod reaksiya iştirakçısından elektron alır, katod reaksiya iştirakçısına elektron verir. Ona görə də səthində oksidləşmə baş verən elektrod anod, reduksiya baş verən elektrod katod adlanır.
Bioloji mayelərin əksəriyyəti tərkibində ionlar olan məhlullardır. Bioloji makromolekulların davamlıgı və biokimyəvi reaksiyaların sürəti sistemdəki ionların təbiətindən və qatılıgından asılıdır. Elektrik məhlullarının elektrik cərəyanını keçirmək qabiliyyətinin tədqiqi məhluldakı ionların xassələrini öyrənmək üçün ən sadə və əlverişli üsuldur.
Elektrik keçiriciliyi ( ) elektrik müqavimətinin (R) tərsi olan kəmiyyətdir.

ifadəsi ilə təyin edilir.

Yüklə 161,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin