Mühazirə müəllimi: Dos. R. Rzayev Seminar müəllimi: Dos. R. Rzayev Tələbənin adı: Hüseynova Zahidə Bakı-2023


Quranın təhrif olunmamasına dair dəllilər



Yüklə 75,85 Kb.
səhifə3/4
tarix07.04.2023
ölçüsü75,85 Kb.
#94371
növüMühazirə
1   2   3   4
serbest iş-Qurani Kərim, No6

Quranın təhrif olunmamasına dair dəllilər: Quran özü buna görə deyir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ


Həqiqətən Quranı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.


Başqa bir ayədə isə deyir:


وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدِ


Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil - nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tərifə layiq olan Allah tərəfindən nazil edilmişdir.


Quran müsəlmanlar arasında yazılıb və onun ən qədim nüsxələri də idikilərlə birdir bunun nədənlərindən aşağıda deyilir. Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Quran katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.O dövrdə Quran qiraəti ən böyük ibadətlərdən hesab olunurdu[25] müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edirdilər. bundan əlavə, Quran İslamın Əsas Qanunu və müsəlmanların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.[26] Müsəlmanlara görə Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kitabın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldılması qeyri-mümkündür. İslam rəvayətlərində və imamlar-dan nəql olunan hədislərdə Quranın əsalǝt, tamamlıq və təhrif olunmamasına dair təkidlər edilmişdir
Əli deyir:

أَنْزَلَ عَلَيْكُمُ الْكِتَابَ تِنيانَ لِكُلِّ شَيْءٍ وَ عَمَّرَ فَيكُمْ نَبِيَّهُ أَزْمَانًا حَتَّى أَكْمَلَ لَهُ وَ لَكُمْ فِيمَا أَنْزَلَ مِنْ كِتَابٍ دِينَهُ الَّذِي رَضِيَ لِنَفْسِهِ


Allah-Taala hər bir şeyi bəyan edən Quranı nazil etdi və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Quranın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun. Nəhcül-bəlağənin xütbələrinin çoxunda Qurandan söhbət açılmışdır, amma heç bir yerdə onun təhrif olunmasına azacıq belə, işarə yoxdur; üstəlik Quranın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.


Doqquzuncu imam həzrəti Məhəmməd Təqi bir hədisdə öz dostlarından birinə, camaatın haqq yolundan çıxması ilə əlaqədar xitab edərək dedi:

وَ كَانَ مِنْ نَبذِهِمُ الْكِتَابَ أَنْ أَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ


Camaatın bir qrupu Qurani-məcidi boşlamış, sözlərini düzgün oxuduqları halda onların məfhumlarını təhrif etmişlər.


Bu və bu kimi digər hədislərə baxaraq belə başa düşülə bilər ki, Quranın sözləri toxunulmaz qalmış və yalnız məna baxımından onda təhrifə yol verilmişdir.Buradan mühüm bir məsələ aydınlaşır: əgər bəzi rəvayətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun məna baxımından təhrif olunması, şəxsi rəy əsasında təfsir edilməsidir, amma ibarə və kəlmələrində olan təhrif deyildir. Başqa baxımdan Şiə imamlarından rəvayətlər var ki, quranın təhrif olunmaması və onun həmişə təhrifsiz qalacağına görə dəlalət edir:


أَعْرِضُوهُمَا عَلَى كِتَابِ اللهِ فَمَا وَافَقَ كِتَابَ اللَّهِ فَخُذُوهُ وَ مَا خَالَفَ كِتَابَ اللهِ فَرُدُّوهُ


Bizim sözlərimizin, rəvayətlərimizin düz olub- olmamasını bilmək üçün, xüsusilə onların arasında təzad göründüyü zaman onları Quranla tutuşdurun: Qur'anla uyğun gələnlər düzgündür, ona əməl edin. Quranla müxalif olanları isə boşlayın. Sünni və şiə mənbələrinin çoxlu yerlərində nəql olunan "Səqǝleyn" hədisinə əsasən, Məhəmməd peyğəmbər demişdir:

إِنِّى تَارِكٌ فِيكُمُ النَّقَلَيْنِ كِتَابَ اللهِ وَ عِتْرَتِي أَهْلَ بَيْتِى مَا إِنْ تَمَسَّكُتُمْ بِهِمَا لَنْ تَضِلُّوا


Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim İtrətim (Əhli-Beyt). Əgər Onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.





Yüklə 75,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin