Mühazirə: opek-in yaranma səbəbləri və onun inkişaf tarixi Plan


Enerji daşıyıcısının növü



Yüklə 75,37 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü75,37 Kb.
#43654
növüMühazirə
1   2   3   4   5
OPEK

Enerji daşıyıcısının növü

1996-cı il

2015-ci il

B.Y.V.

%

B.Y.V.

%

Ümumi

385

100

554

100

Təbii qaz

77

21.5

147

26.1

Neft

140

39.1

208

26.9

Kömür

90

25.2

131

23.2

Nüvə enerjisi

22

6.1

21

3.7

Bərpa oluna bilən enerji ehtiyatları

29

8.1

57

10.1



Cədvəl 3.1996-2015-ci illər ərzində OPEK-in proqnozlaşdırdığı enerji ehtiyatları


  1. OPEK-in məqsədləri

OPEK-in məqsədi ,neftin qiymətinin stabilliyinin təmin olunması neftin istehlakçılara çatdırılması , neft sahəsinə qoyulan investisiyalardan gəlir əldə edilməsi üçün , təşkilatın üzv ölkələri arasnda neftin hasilatı sahəsində fəaliyyətinin əlaqələndirilməsi və ümumi siyasətin işlənib hazırlanmasıdır.

OPEK-in əsas məqsədləri :

1.Üzv ölkələrin neft siyasətinin əlaqələndirilməsi və unifikasiyası;

2.Üzv ölkələrin maraqlarının qorunması üçün daha effektiv fərdi və kollektiv vasitələrin müəyyən edilməsi;

3.Dünya neft bazarlarında neftin qiymətinin stabilliyinin təmin edilməsi;

4.Nefti hasil edən ölkələrə diqqət yetirilməsi və aşağıdakıların təmin edilməsi:neft istehsal edən ölkələrin gəlirlərinin dayanıqlığı, istehlakçı ölkələrin effektiv ,səmərəli və mütəmadi olaraq neftlə təmin olunması, neft sənayesinə investisiyalardan gələn gəlirlərin ədalətli bolgüsü,bugünkü və gələcək nəsillərin rifahı üçün ətraf mühitin müdafiəsi;

5.Dünya bazarınada neftin qiymətinin stabilləşdirilməsi uzrə təşəbbüslərin həyata keçirilməsi məqsədilə OPEK-ə üzv olmayan ölkələrlə əməkdaşlıq.
İqtisadi böhranların OPEK-in inkişafına təsiri.

Dünya iqtisadiyyatında baş verən böhran mühiti (adətən iqtisadi , siyasi və hərbi qarşıdurma səbəbiylə )neft bazarlarına da ciddi təsir edir .Yaranmış bu vəziyyət bilavasitə OPEK-in fəaliyyətinə və onun tənzimləmə mexanizminə təsir edir .OPEK yarandıqdan sonra ilk olaraq ciddi mənada böhran 1970-ci illərdə yaşanmışdır .6 oktyabr 1973-cü ildə Suriya və Misirin İsrailə hərbi hücumundan sonra Yom –Kippur müharibəsi başlandı .Bu ərəb-israil konflikti özü ilə yeni böhran da yaratdı . Qərb ölkələri bu hadisədən sonra daha ucuz qiymətə neft alıb əvəzində yüksək qiymətə III dünya ölkələrinə əmtəə ixracını dayandırmalı oldu .1973-cü ildə ərəb ölkələri ABŞ-ın İsraili müharibədə dəstəklədiyinə görə onu cəzalandırmaq məqsədilə neft embarqosuna əl atdılar .Opek qiymətlərin qalxdığını elan edərək onu 5.11 $/barrel-ə çatdırdı .

1979-cu ildə ABŞ-dakı neft böhranı İran inqilabının başlanması səbəbilə yarandı.Bu proseslər neft sektorunu tamamilə dayandırdı. Yeni rejim neft ixracını yenidən bərpa edənə qədər bazarda qiymətlər çox qalxdı .Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri istehsalın həcmini artıdılar ki ,tarazlıq olsun.Lakin yenədə 4%-lik istehsal kəsiri mövcud idi .Bütün bunlar gözlənilməz qiymət artımına səbəb oldu .

1980-1986-cı illər. On ildə rekord səviyyəyə çıxan neftin qiyməti 1980-ci ildən sonra düşməyə başlayıb və 1986-cı ildə qiymətdəki eniş 46 faiz ilə ifadə olunurdu. “Brend” markalı xam neftin bir barrelin qiyməti 8,75 dollara qədər aşağı düşüb.

OPEK bundan sonra sabit qiymət tətbiqindən imtina edib və neft bazarında itirdiyi bazar payını yenidən qazanmaq üçün qiymətləri endirib.

1990-1991-ci illər. İraqın Küveyt işğalı və ilk körfəz müharibəsi ilə neftin qiyməti 41,90 dollara yüksəlib. 1997-99-ci illər.Asiyada iqtisadi böhranın başlaması səbəbi ilə OPEK hasilatın miqdarını 10 faiz yüksəltməyi qəbul edib.İqtisadi böhran 1998-ci ilin sonunda “Brend” markalı neftin qiymətini 10 dollardan da aşağı salıb.

2001-2003-cü illər.Dünyanın ən böyük iqtisadiyyatı və ən böyük enerji istehlakçısı ABŞ-da 11 Sentyabr hadisəsi neft qiymətinin aşağı düşməsi ilə nəticələnib.

ABŞ və onun müttəfiqlərinin İraqı işğal etməsi ilə neft bazarında neftə olan tələb gündəlik 2,5 milyon barrel azalıb. Neftin qiyməti müvəqqəti olaraq aşağı olub, ancaq artan tələb 2003-2004-cü illərdə neftin qiymətini canlandırıb.

2004- 2008-ci ilin ilk günlərində xam neftin bir barrel qiyməti ilk dəfə 100 dollar sərhəddini keçib. Neft qiymətindəki sürətli yükləliş davam edib və 2008-ci ilin iyul ayında qiymət 147,27 dollarla bütün dövrlərin ən yüksək səviyyəsinə qalxıb. Qlobal iqtisadi böhran ilə neftin qiyməti 147,27dollardan 2008-ci il dekabr ayında 32,40 dollara qədər geriləyib. Neft qiymətindəki enişin qarşısını almaq üçün OPEK hasilatı azaldıb.Bundan sonra, 2009-cu ilin sonundan etibarən neft qiyməti 70-85 dollar ətrafında hərəkət edir.Əslində 2008-2009 dünya neft bazarında olduqca tərəddüdlü dövrdür.Çünki , təsərrüfat mexanizminin yüksək inkişafı –məcmu tələbin yüksək həcmi 2008-də neft qiymətlərinin dəhşətli qrtımına səbəb oldu .Lakin ABŞ-da başlayan böhran qısa dövrdə bütün dünyaya yayıldı .Yaranmış vəziyyət qiymətlərin kəskin azalması ,işsizlik və tələbin minimumlaşdırılması ilə xarakterizə olunur.

Dünya neft bazarı 2009-cu ilin 1-ci yarısında qlobal böhran səbəbilə ən aşağı səviyyəyə düşmüşdür. Bu elə bir səviyyədir ki ,bundan sonra o yalnız qalxa bilər .

Eyni zamanda OPEK-in daxilində də qarşıdurmalar hökm sürür.Ərəbistan yarımadası ölkələri , xüsusilə ,Səudiyyə Ərəbistanı istehsal kvotaları tərəfdarı olsa da İran , Venesuela və Anqola yaranmış mühitdə kvotalara riayət etmirlər.OPEK demək olar ki, 2009-cu ilin payızında öz hədəfinə çatıb.Beləki,bazarda tələbin artması hesabına neftin 1 barrelinin qiyməti 70$-a qədər yüksəlmişdir.2010-cu ildə neftin qiymətində artım müşahidə olunmuşdur.Və bu zaman 1 barrelin qiyməti 85$ olmuşdur.

Ümumiyyətlə böhran mühitində OPEK hər zaman olmasa da ;lazımi anlarda olduqca konstruktiv davranır.Çünki OPEK üzv ölkələrin hər biri bu böhranı öz iqtisadiyyatlarında yaşamaq fikrinfdə deyillər.Hamısı İEOÖ kateqoriyasına aid olan təşkilat ölkələri dunya maliyyə sistemində mühüm rol oynayırlar.Bu ona görədir ki,böyük həcmdə neft gəlirləri dünyanın ən nüfuzlu maliyyə şirkətlərinin sərəncamına verilir.Daha açıq şəkildə desək,OPEK konstruktiv siyasətlə neftdən əldə etmiş gəlirlərin təhlükəsizliyini təmin edir.




  1. Yüklə 75,37 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin