Mühazirə: opek-in yaranma səbəbləri və onun inkişaf tarixi Plan


OPEK-in tətbiq etdiyi qiymət siyasəti



Yüklə 75,37 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü75,37 Kb.
#43654
növüMühazirə
1   2   3   4   5
OPEK

OPEK-in tətbiq etdiyi qiymət siyasəti

Dünya neft bazarında qiymətlərin bir sıra növü vardır:

-OPEK üzvü olan ölkələrin hökümətləri tərəfindən müəyyən edilən rəsmi satış qiymətləri

-OPEK-ə daxil olmayan ixracatçıların rəsmi satış qiymətləri .Bu qiymətlər həmin ölkələr tərəfindən OPEK-in qiymət səviyyəsindən , bazarın vəziyyətindən ,hasilat xərclərindən və s. asılı olaraq müəyyən olunur.

-Müxtəlif düsturlara görə hesablanan qiymətlər , o cümlədən “net-bek” qiymətləri

-Azad bazarda fəaliyyət göstərən və tələb-təklif nisbətinin təsiri altında formalaşan birdəfəlik sövdələşmə qiymətləri

-Birja sövdələşmə qiymətləri:Bu qiymətlər neft birjalarında birdəfəlik sövdələşmə qiymətləri , bazarın inkişaf proqnozu ,alver əməkiyyatları kimi amillər nəzərə alınmaqla müəyyən edilir.Bu da qısamüddətli dövrdə bazar vəziyyətinin indiqatoru sayılır.

-Neft məhsullarının növbəti reallaşması ilə birlikdə idxal ölkələrində neft emalına kontraktların qiymətləri

-Əmtəə mübadiləsi razılaşmalarının qiymətləri

Sadalanan qiymət növlərinin ilk üçü müntəzəm kontraktlarda istifadə olunur.

1979-cu ilə qədər neft əsasən orta və uzun müddətli kontraktlara görə reallaşdırılırdı.Birdəfəlik sövdələşmələrə görə reallaşdırılam əmtəələrin həcmi həmin əmtəələrin ümumi ticarət həcminin 2-5%-ni təşkil edirdi.Birdəfəlik sövdələşmə qiymətləri OPEK-in rəsmi qiymətlərinə bütövlükdə yaxın olmaqla bir qədər onları ötüb keçirdi.1979-cu ildən başlayaraq birdəfəlik razılaşma qiymətləri neft bazarında qiymətlərin əmələ gəlməsində həlledici rol oynamağa başladı.

Onlar hasilatın səviyyəsinin tənzimlənməsiüzrə ixracatçı ölkələr tərəfindən qəbul edilən qərarlar ,habelə alver və digər amillərlə müəyyən olunurdu.Proqnozlaşdırılmayan siyasi amillər xüsusilə praktiki əhəmiyyət kəsb edir.Bazarda neft çatışmadıqda birdəfəlik sövdələşmə qiymətləri artır və neft idxal edən ölkələr birdəfəlik sövdələşmələr üzrə satışı genişləndirməklə özlərini müntəzəm kontraktlardan uzaqlaşdırmağı üstün tuturlar.Əksinə ,bazarda neft arıqlığı yarandıqda birdəfəkil sövdələşmə qiymətləri aşağı götürülür və bu zaman alıcılar müntəzəm kontraktlar baglamağı üstünlük verirlər.

1981-ci ildən etibarən neft bazarında təklifin tələbi ötub keçməsi müşahidə olunan hallarda alıcılar ,xüsusilə də 1984-cü ildən müddətli kontraktlar üzrə təsbit olunmuş qiymətlərdə alqını azaltmaqla birdəfəlik sövdələşmə bazarından geniş istifadə etməyə başladılar .Bunun nəticəsində neftlə ticarətin ümumi həcmində birdəfəlik sövdələşmələrin payı 1980-ci ildə 5%-dən 1994-cü ildə 30%-ə qədər artmışdır.

Bazarda meydana çıxan neft artıqlığı ixracatçıları qiymətlərin müəyyən edilməsi üçün müxtəlif düsturlardan istifadə etməyə sövq etdi .Qiymətləri “net-bek” də daxil olmaqla düstur əsasında müəyyən edilən kontraktlar 1985-ci ildən sonra daha geniş yayılmağa başladı .Əvvəlcə Səudiyyə Ərəbistanı ,sonra isə digər aparıcı ixracatçı ölkələr rəsmi satış qiymətlərindən imtina etdilər və onları dünyanin iri ticarət mərkəzlərində neft məhsullarının qiymətlərindən asılı olaraq tərəddüd edən qiymətlərlə əvəz etdilər .Həmin qiymətlər üzrə müntəzəm kontraktlar bağlanırdı.Bu kontraktlar hec olmasa bir qədər müddətdə neft emalı şirkətlərinə zəmanətli mənfəəti ,neft ixrac edənlərə isə etibarlı satış təmin edirdi .

“Net-bek” qiymətləri ilə neftin satışı OPEK üzvü olan ölkələr üçün daha üstün tutulurdu . OPEK-dən kənarda isə birdəfəlik sövdələşmə qiymətləri üzrə ,habelə bazar konyukturu nəzərə alınmaqla müəyyən edilən rəsmi və sorğu qiymətləri üzrə satış hakim idi.”Net-bek” qiymətlərindən və digər düsturlar üzrə hesablanan qiymətlərdən istifadə OPEK üzvü olan ölkələrə qiymətlərə təzyiq göstərməklə ixracı genişləndirməyə imkan verirdi.

1981-ci ildən başlayaraq neftin əmtəə mübadiləsi razılaşmaları ilə satışı daha geniş vüsət aldı.Bu razılaşmalar özünün xeyli rəngarəngliyi ilə səciyyələnirdi.Özündə müəyyən əmtəə miqdarının əvəzinə bütün neft miqdarının ixrac olunmasını nəzərdə tutan xalis barter sövdələşmələrindən başqa idxal olunan əmtəələrin bir hissəsini neft göndərməklə ,qalan hissəsini isə pul formasında və kompensasiya razılaşmaları ilə ödənilməklə həyata keçirən kontraktları birləşdirir.

İlk baxışda OPEK neft qiymətlərinin formalaşmasında çox məhdud rol oynayır. OPEK ölkələri digər neft ixracatşıları kimi spot bazarında istədikləri qiymət çərçivəsində resurslarını satmağa çalışır.Lakin bu fakt OPEK-in dünya bazarında neft qiymətlərinin formalaşmasındakı rolunu tam əhatə etmir. Təşkilat və onun dominant üzvü olan Səudiyyə Ərəbistanı istehsal kvotalarının həcmini artırıb –azaldaraq neft qiymətlərinə təsir edir.

OPEK bazarda təklif razılığını qorumaq şərti ilə istehsal kvotalarını formalaşdırır.Neftin qiyməti OPEK-in bazar prinsipləri çərçivəsində bu hesablaşmaları necə apardığından dalğalanır .Opek istehsal kvotalarını tətbiq etməklə qiymətlərdə istədiyi səviyyəni əldə etməyə can atır.Tələb-təklif çərçivəsində neft qiymətləri OPEK və OPEK üzvü olmayan ölkələrin bazar mühitinə təqdim etdiyi neftin həcmindən asılıdır.

Əgər bazarda təklifin həcmini və digər qiymətlərə təsir edəcək faktorları OPEK təxmin edə bilməsə təşkilat yalniz hədəfinə qoyduğu qiymət səviyyəsinin ən yaxın göstəricisinə çatmağa çalışır.

Çox fərqli bir yanaşma tərzi olan Beynəlxalq enerji agentliyinin mütəxəssisi J.Smit OPEK-in bürokratik təbiəti haqqında belə fikirdədir: “OPEK bürokratik-dominant karteldir , hansiki ,üzvləri arasında eyni bir məhsulla bağlı korporativ halda vahid bir qiymət ətrafında fikir birliyi yaradır və onu reallaşdırır.”

Hal-hazırda əlavə gəlir əldə etmək üçün arzulanan qiymət səviyyəsinə nail olmağın çətinlikləri yaşanır. Çünki uzunmüddətli dövrdə bazar subyektlərinin davranışlarını proqnozlaşdırmaq tam nəticə vermir .

OPEK-in qiymətlərə təsiretmə imkanı yalnız uzunmüddətli dövrdə bazar iştirakçılarının fəaliyyətindən asılıdır.Prinsipcə kvota qərarları OPEK-in bazarda istədiyi qiymət səviyyəsi barədə siqnalı ifadə edir .Bunu vurğulamaq çox mühümdür ki, bazar mühiti OPEK-in bu siqnalına necə cavab verəcək .Təbbi ki ,yalnız bu halda bazar uğurlu ola bilər.Xüsusilə ,bu siqnal o vaxt effektli olur ki ,bazar həqiqətən OPEK-in bazara göndərdiyi informasiyaların etibarlı olduğuna inansın .

Baxmayaraq ki , OPEK qiymətlərin saxlanilmasında çoxlu uğurlar əldə edib , bəzi hallarda o heç də bu uğurunun davamlılığını qoruya bilməmişdir.Əgər qlobal səviyyədə neftə olan tələbat azalarsa qeyri-OPEK ölkələri maksimum səviyyədə neft ixrac edə bilərlər .Lakin OPEK üzvləri istənilən qiymət səviyyəsini saxlamaq üçün istehsalı azaltmaq məcburiyyətində qalırlar . Bəzi hallarda bazarda gücün tarazsızlığı və digər səbəblər üzündən OPEK istehsalı azaltmağı üzvlərə diktə edə bilmir .

Bəzi hallarda isə üzvlərin fərqli maraqları üzündən baş verir .Təşkilat müəyyən qərarlar qəbul etsə də ,bir sıra üzvlər intensiv şəkildə onu pozmağa çalışırlar. Çünki təşkilatın monitorinq mexanizmi o qədər güclü deyilki ,yaranmış qanun pozuntularını aşkara çıxarsın .Həmçinin təşkilat bu üzvləri cəzalandırmaq və qoyulmuş kvotaya uyğun davranmağı təşkil etmək iqtidarında deyil .OPEK-in tələb etdiyi istehsal azalmaları çox vaxt balaca ölkələrə ciddi mənada problemlər yaradır.

Bəzi hallarda bazar subyektləri bu halları nəzərə alıb OPEK-in istehsalı tənzimləmə əməliyyatına şübhə ilə baxaraq mövcud informasiyanın etibarlılığını tam hesab etmirlər.Bu hallarda doğrudur ki , üzv ölkələr arasında mövcud olan böyuk səviyyə fərqi və siyasi qarşıdurma koordinasiya cəhdlərinin uğurunu aşağı salsın .

Həmçinin istehsal və yatırımın azaldılması barədə məlumatların çatdırılmasında çətinliklər bazarda bu siqnalın effektliyini azaldan səbəblərdən biridir.

Dünya bazarında qlobal tələbin artması OPEK-in qiymətqoyma gücünə başqa tərəfdən də təsir edir.1990-cı ildən etibarən ildən –ilə artan qlobal tələb OPEK üzvü olmayan ölkələrin istehsalının dinamik artımına səbəb olmuşdur (xüsusilə 2000-2002-ci ilərdə Rusiya istehsalının xüsusi artımı )

Faktdır ki , 1990-2007-ci illər ərzində neftə qlobal tələb gündəlik təxminən 20 milyon barrel artdığı halda ,qeyri-OPEK ölkələrin bazarda təklifinin həcmi gündə 8 milyon barrel artmışdır.

Beləki, bazardaki neft tələbi ilə qeyri-OPEK ölkələrinin təklif artımının fərqini bağlamaq OPEK-in öhdəliyinə düşür.1990-2004-cü illər ərzində təşkilat əlavə olaraq təklifin həcmində gündəlik 10 milyon barrel artım həyata keçirərək istehsalı 2004-cü ildə 33 milyon barrel/gün ,2077-ci ildə isə 32 milyon barrel/gün təyin etmişdir.

OPEK üzvlərinin əksəriyyəti tam istehsal prosesi fəaliyyət göstərdikdə OPEK-in qiymətlər üzərində heç bir təsiri olmur.Beləliklə , dolayı olarq Səudiyyə Ərəbistanı qiymətqoyma funksiyasını itirir.

Əgər bazarda qiymətlər OPEK-in hədəfindən aşağıdırsa qısa müddət ərzində istehsalı azaltmaq siyasəti həyata keçiriləcəkdir .Əgər qiymətlər yuxarıdırsa ,proses tamamilə tərsinə çevriləcək ,OPEK istehsalın artımını həyata keçirəcək .OPEK qiymətqoyma mexanizmi onun hədəf təyin etdiyi “qiymət-dəhlizinin” əldə edilməsinə xidmət edir .



Beynəlxalq enerji agentliyinin mütəxəssisi S.Horn bu prosesi şərh edərkən OPEK-in tam bir monopolist davranışından bəhs edir .O hesab edir ki , bazarda aşağı qiymət yalnız OPEK –in istehsalı artımından sonra baş verir .OPEK ölkələrin sahib olduqları hidrokarbogen resursların həcmi və bu ehtiyatların istehsalına yönəlmiş külli miqdarda kapital əldə ediləcək istehsalın həcminin böyüklüyünü təsəvvür etməyə imkan verir.


Yüklə 75,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin