Mühazirə: opek-in yaranma səbəbləri və onun inkişaf tarixi Plan


OPEK-in dünya neft bazarına təsiri



Yüklə 75,37 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü75,37 Kb.
#43654
növüMühazirə
1   2   3   4   5
OPEK

OPEK-in dünya neft bazarına təsiri

OPEK-in dünya iqsadiyatındakı yeri və rolu ,həmçinin düunya neft bazarına təsiri dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilmişdir.Dünyada mövcud olan neft ehtiyatları 1317 miyard barrelə bərabərdir.Bu resursların təqribən ¾-ü OPEK ölkələrinin payına düşür.



OPEK ölkələrinin xam neft ehtiyatı (2011)

Diaqram 1-dən göründüyü kimi 2011-ci ilin sonunda OPEK ölkələri arasında xam neft ehtiyatı üzrə ilk sıralarda Venesuela -297.6 milyard barrel ,Səudiyyə Ərəbistanı -265.4 milyard barrel ,İran -154.6 milyard barrel ,İraq 141.4 milyard barrel ,Küveyt -101.5 milyard barrel ,BƏƏ- 97.8 milyard barrel ,Liviya -48 milyard barrel ,Nigeriya -37.2 ,Qatar- 25.4 , Əlcəzair -12.2 ,Anqola -10.5 ,Ekvador isə 8.2 milyard barrel təşkil edir.

OPEK mütəxəssislərinin fikrinə görə bu günkü neft istehsalı həcmləri saxlanarsa təşkilat ölkələrində neft ehtiyatları 90 ilə tükənəcəyi halda ,digər neft istehsal edən ölkələrdəki ehtiyatlar 20 ilə kifayət edər.Əlbəttə ki , yeni texnologiyaların tətbiqi OPEK mütəxəssislərin proqnozlarında müəyyən dəyişikliklərə səbəb olacaqdır.

Beynəlxalq energetika agentliyinin hesabatına görə yaxın gələcəkdə neft ən əsas enerji mənbəyi olaraq qalacaq.Onun payı nəqliyyat sektorunda daha da aratacaqdir.Maye qazın istehlakı 2020-ci ilə əhəmiyyətli dərəcədə artacaq və kömurun istehlak səviyyəsinə çatacaqdir.Nüvə enerjisinin istifadəsində kiçik artım tempi və stabilləşmə qeydə alınacaq.Hidroenerji və digər bərpa olunan enerji resursları dünya enerji balansında kiçik templə də olsa sabit şəkildə artacaqdır.Agentlik tərəfindən dünya iqtisadiyyatında illik 3.1% enerji istehlakında isə illik 2% artım olacaqdır.

Hazırda dünya neft hasilatının yarısı OPEK ölkələrinin payına düşür.İqtisadi nəzəriyyədə bazardakı subyektin bazar payının 33%-dən artıq olduğu halda onun inhisarçi olduğunu nəzərə alsaq ,OPEK-in dünya neft bazarlarında inhisarçı mövqe tutduğunun şahidi olarıq.

OPEK-in dünya neft bazarına çıxardığı “neft səbətinə” 12 üzv ölkənin istehsal etdikləri neft markaları daxildir.Səbətdə hər bir ölkə 1 neft markası ilə təmsil olunur.Bu neft markalarının qiymətləri tərkibindəki kükürd və yüngül fraksiyaların miqdarına görə fərqlənir.

OPEK-in dünya neft bazarındakı yeri və rolu onun dünya neft bazarına çıxardığı xam neftin miqdarı və qiymətlərə təsir imkanları ilə müəyyən olunur.

Təşkilat tərəfindən dünya bazarlarında neftin qiymətinin sabit saxlanılması məqsədilə hasilat kvotası müəyyənləşdirilir.Daha sonra müəyyən olunmuş ümumi kvotalar ölkələr arsında bölüşdürülür.

OPEK ölkələri tarixi proeslər fonunda istehsalında ciddi mənada assimiliativ yanaşmalar ifadə etmişdir.

Beləki , XX əsrin son onilliklərində Fars körfəzində baş verən hərb və siyasi hadisələr region ölkələrinin iqtisadiyyatına ciddi şəkildə təsir göstərdi.Əgər 1980-ci ildə Səudiyyə Ərəbistanında neft hasilatı 497 milyin ton idisə,1987-ci ildə bu göstərici təxminən iki dəfə azalaraq 255 milyon tona bərabər olmuşdur.Analoji situasiya regionun digər ölkələrində də müşahidə olunmaqda idi.1980-ci ildə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı müvafiq olaraq 81.5 milyon ton və 82 milyon ton idisə ,1987-ci ildə bu göstərici müvafiq olaraq 27 və 47.5 milyon tona bərabər olmuşdur.

Dünya neft bazarında OPEK ölkələri iştirak etməsə , onların inkişafı mümkünsüz olar .Neft təşkilat ölkələrinin əsas gəlir mənbəyi olmaqla bütün ölkə iqtisadiyyatını arxasınca aparır.Lakin neft qiymətləri nə qədər də yüksək olsa xammal həmişə hazır məhsula nisbətən ucuzdur.Bu amili nəzərə alan bir sıra OPEK ölkələri daxildə emaledici sənayenin inkişafına diqqət ayırmağa başlmışlar.

Hazırda təşkilata üzv ölkələrdən İranın ixracının 33%-ni emaledici sənayenin məhsulları tutur.İxrac olunan əmtəələr içərisində neft emalı və kimya sənayesi məhsulları böyük çəkiyə malikdir.Cədvəl 5-dən ydin olur ki,dünya neft bazarlarında baş vermiş dəyişikliklər OPEK ölkələrinin gəlirlərinə ciddi təsir:

Neft və neft məhsullarının ixracından əldə olunan gəlir İranın iqtisadi inkişafının,valyuta gəlirlərinin və ölkə büdcəsinin formalaşdırılmasınin əsas mənbəyidir.Ölkənin xarici valyuta gəlirlərinin 85%-i real gəlirlərinin 70%-dən çoxu birbaşa və dolayı yolla neft istehsalı ilə bağlıdır.İran təsdiq ounmuş neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur .Bu ehtiyatların 80%-i Xuzistan vilayətindəki və Fars körfəzinin İrana aid olan sektorunun Şelf zonasında yerləşən neft yataqlarının payına düşür.



  1. Yüklə 75,37 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin