Mühazirə Silikatlar. Silikat sənayesinin xammalları, təsnifatı, məhsulları, tətbiq sahələri



Yüklə 447,73 Kb.
səhifə5/6
tarix31.12.2021
ölçüsü447,73 Kb.
#49527
növüMühazirə
1   2   3   4   5   6
C fakepathMühazir toplusu-1,2,3, (1)

Adi tikinti kərpici dedikdə tərkibində asan əriyən gil (kərpic gili), zəiflədici kimi qum və ya şamot olan gilli kərpic nəzərdə tutulur. Adətən xammal kimi tərkibi Al2O3∙3-5 SiO2∙nH2O olan təbii gil mineralları qarışığı, 50%-ə qədər qum və yanma zamanı Fe2O3 (5%-ə qədəri)-ə çevrilən və kərpicə qırmızı rəng verən dəmir birləşmələri istifadə edilir. Belə kərpicin formalaşdırılması ya plastiki ya da yarımquru üsulla preslərdə aparılır. Plastiki üsulla formalaşma zamanı gil-qum qarışığı 18-25% su ilə nəmləndirilir.(yuxarıdakı presin şəkli) Presdən itələnərək çıxarılan kərpic tiri avtomatik olaraq ayrı-ayrı kərpiclərə kəsilir, kamera və tunelşəkilli quruducularda tüstü qazları və ya isti hava ilə qurudulur. Qurumuş kütlə tunelşəkilli və ya həlqəli qurucularda 900-1100°C-də (plastik üsulda 900-1050°C , yarımquru üsulda isə 50°C yüksək)yandırılır. Yarımquru üsulla istehsal etdikdə isə gilin hazırlanması qurudulma, üyüdülmə və qarışdırılma mərhələlərini keçir. Qurudulma düz axınla ocaq qazlarının hasabına 110°C-də aparılır.Yüksək temperatur gilin plastikliyini itirə bilər. Qurudulmuş gil üyüdülür, ələnir, toz şəklinə salınır, lazım olan qədər qumla qarışdırılır , su və ya buxarla 8-12% nəmləndirilir və presləməyə göndərilir. Presləmədə 107-2,5∙107 n/m2 təzyiq istifadə etdikdə kərpicin keyfiyyəti yaxşılaşır, məhkəmliyi artır. Gilə elektrolitlər ( duz məhlulları) əlavə etdikdə kərpicin quruması sürətlənir. Ən əlverişli istilik izolyasiyasına malik olan kərpic tərkibində ağac kəpəyi olan gildən alınır. Kərpicin yandırılması zamanı kəpək yanır və məsamələr yaranır. Kərpicin preslənməsi zamanı presin ağız hissəsinə metallik sterjinlər yerləşdirməklə də məsaməli kərpic almaq olur.

Yarımquru üsulla kərpicin alınması

Silikatlı kərpic dedikdə yandıırılmamış, kvars qumundan ( ağ) və əhəng südündən hazırlanan qarışığın formalaşdırılaraq 8- 10 atm təzyiqdə bərkidilməsi aparılır ki, bu zaman buxarla emal zamanı əmələ gələn sulu kalsium silikatla (CaO∙2SiO2∙2H2O) qum dənələrinin sementləşməsi baş verir. Silikatlı kərpic 92-93 % SiO2,7-8% CaO saxlayır.

O


Yüklə 447,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin