3.Davranışı və fəaliyyəti stimullaşdıran metodlar
Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklıə onu yaxşı hərəkətləri möhkəmlətməyə,pis hərəkətlərdə çəkindirməyə xidmət edir.
-Rəğbətləndirmə insanın davranış və fəaliyyətinə verilən müsbət qiymətdir və onu daha yaxşı hərəkətlərə həvəsləndirir.Rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək,tərifləmək,şifahi və ya yazılı təşəkkür, tərifnamə, mükafatlandırma və s.
-Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub,onu pis hərəkətlərdən çəkindirmək məqsədi daşıyır.O,insanda xoşagəlməz münasibət və əməllərə qarşı iztirab,utancaqlıq hissləri yaradır.Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır,iradəni möhkəmlətməyə,şəxsi ləyaqət davranışını dəyişməyə kömək göstərir.Cəza həm də profilaktik xarakter daşıyır.Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə edilir:şifahi və yazılı töhmət,qəbahəti iclasda müzakirə etmək,insanı müəyyən işlərdən məhrum etmək.Cəza zamanı uşağın yol verdiyi xoşagəlməz hərəkəti təhlil etmək,onun səbəblərini,motivlərini araşdırmaq və bundan çıxış edərək müvafiq cəza növü tətbiq etmək məqsədəmüvafiqdir.
-Yarış metodu insanın fəallığını,təşəbbüskarlığını stimullaşdıran,geridə qalanların qabaqcıllar sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir.Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki,hər bir insan,o cümlədən uşaq,yeniyetmə və gənc sağlam rəqabətə,başqalarından fərqlənməyə,özünütəsdiqə meylli olur.Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir.
Yarış müxtəlif sahələr üzrə təşkil edilə bilər:təlimə məsuliyyətli münasibət,davamiyyət,sinif otaqlarında təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir.Yarış məktəblilərin bir-biri ilə rəqabətə və üstünlük qazanmağa olan təbii tələbatını insan və cəmiyyət üçün lazım olan keyfiyyətləri tərbiyə etməyə istiqamətləndirən metoddur.
Yarış formaca kollektiv və fərdi ola bilər.Yarışın səmərəli və təsirli olması üçün bu prosesdə obyektivliyə,aşkarlığa,nəticələrin düşgün qiymətləndirilməsinə nail olmaq lazımdır.
Dostları ilə paylaş: |