Mühazirə Tərbiyə prosesinin mahiyyəti, məzmunu, spesifik xüsusiyyətləri prinsip və metodları


VI.Dərsdənkənar təhsil-tərbiyə prosesinin metodları



Yüklə 30,31 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü30,31 Kb.
#36037
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
MÜH.7.PED.

VI.Dərsdənkənar təhsil-tərbiyə prosesinin metodları.

Tərbiyənin kateqoriyaları: məqsəd, məzmun, forma, metod

Dəsdənkənar təhsil-tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hislərinə, davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir.

Aşağı tərbiyəlilik vəziyyətindən daha yüksək tərbiyəlilik vəziyyətinə çatdırılması prosesinə tərbiyə prosesi deyilir. Tərbiyənin məqsədinə müxtəlif yollarla çatmaq olar. Bu yollar tərbiyə metodları adlanır. Hər bir tərbiyəçi öz gücü və imkanları daxilində tərbiyəedici vəzifələri yerinə yetirir. Bunlar tərbiyə priypmları adlanır. Tərbiyə priyomu (tərz) metodun hissəsidir. Priyom dedikdə tez-tez təsirlər başa düşülür(replika,müqayisə,ironiya). Vasitə isə priyom deyil. Məsələn, əmək tərbiyə vasitəsidir.

İnsanın bütün fəaliyyəti,davranışı şüurla tənzim olunur.Buna görə də,ilk növbədə şüura təsir göstərmək,onda əxlaqi təsəvvürlər,inam,əqidə formalaşdırmaq lazım gəlir.Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır.İnsana əxlaqi normaları izah erməklə yanaşı,onun bu normalara uyğun davranması,müsbət adətlərə yiyələnməsi də vacibdir.Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır.Rəğbət-nifrət,sevinc-kədər,xeyirxahlıq-bəxahlıq,humanizm-eqoizm,həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır.İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi ilə fəaliyyət prosesində formalaşır.İnsan fəaliyyəti bir neçə -fəaliyyətin təşkili,stimullaşdırma,nəzarət kimi komponentdən ibarətdir.Tərbiyə işi,onun metodları fəaliyyətin ayrı-ayrı komponentlərinə yox,bütövlükdə fəaliyyətin özünə istiqamətlənir.Bu mənada tərbiyə metodlaı həm insanın psixi-şüur fəaliyyətinin,həm davranış,rəftar və ünsiyyət fəaliyyətinin təşkilini,həm şüur və davranışı stimullaşdırmağı,həm də bu prosesə nəzarəti təmin etməlidir.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin