Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Partlayış-yanğın təhlükəli B-kateqoriyasına alışmasının aşağı həddi 10%-



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   101
ST müh


Partlayış-yanğın təhlükəli B-kateqoriyasına alışmasının aşağı həddi 10%-
dən yüksək olan (havanın həcminə görə) ; buxarlarının alışma temperaturu 28-61 C 
olan mayelər (istehsal şəraitində alışma temperaturuna və ondan yüksək qızmış) və 
aşağı həddi 65 q/
𝑚
3
olan tozlar, qaz-toz-maye qarışığı binanın (otağın) həcminin 
5% artıq həcmdə partlayış yarada bilir. 
Belə istehsal sahələrinə ammonyak kompressorlarını,üyüdücü dəyirmanları
və s. göstərmək olar. 
Yanğın təhlükəli V kateqoriyasına 61 C temperaturda buxarları alışan 
mayelər,hava və su ilə yanan zaman maddə və materiallar aiddir.Bunlara yağlayıcı 
yağların regenerasiya istehsalı, 120 C temperaturda buxarları alışan mayelər nəql 
edən nasos stansiyaları və s. aid edilir. 
Yanğın təhlükəli Q kateqoriyasına yanmayan maddə və materiallar 
aiddir.Bu materiallar qaynar,közərdilmiş və ya əzilmiş vəziyyətdə olurlar.Onların 
emalı zamanı şüa istiliyi,qığılcım və ya alov ayrılır.Bunlara kobel qurğuları 
(istilikxana) , metal əridən və marten istehsalı aid olunur. 
Yanğın təhlükəli D kateqoriyasına yanmayan maddələr,soyuq halda aid 
edilir. Bir çox müəssisələr belə qrupa aiddir. 
Partlayış təhlükəli E kateqoriyasına maye fazası olmayan qaz və toz 
qarışıqları aiddir,həm də onların yaratdığı qarışıqlar otağın 5%-dən artıq həcmində 
partlayış təhlükəsi yarada bilir.Bu qarışıq ancaq partlayış törədir (yanğınsız ). Eyni 
zamanda belə partlayış su və oksigenlə təmas halında da baş verir. 
Belə istehsal sahəsinə elektroliz üsulu ilə təmiz metal istehsalı,H- mühitində 
metal bərpası və s. aiddir. 


14.5 Tikinti konstruksiyalarının və materiallarının yanması. 
Binaların yanğın təhlükəsizliyi onları odadavamlılıq dərəcəsi ilə təyin 
edir.Bu isə binanın əsas konstruksiya və elementlərinin yanmaya və 
odadavamlılığından asılıdır.Tikinti norma və qaydalarına görə tikinti materialları 
yanmasına görə 3 qrupa bölünür : yanmayan,çətin yanan və yanan. 
Yanmayanlarda od və yüksək temperaturdan alovlanmayan,közərməyən və 
qonurlaşmayan maddələr aid edilir.Eləcə də yanmayan madələrə təbii və süni 
qeyri-üzvi materiallar aiddir. 
Çətin yanan materiallara yüksək temperatur və alov təsirindən alovlanır , 
közərir və qonurlaşır.Yanma ancaq yanma mənbəyinin iştirakı ilə gedir.Onun 
iştirakı kəsildikdə yanma da kəsilir.Məs : gilsaman qarışığından,suvaq,asfalt-beton, 
gips və beton materialı (8%-dən çox üzvi maddə qarışığı ilə və s.). Bunlara asbestlə 
mühafizə olunmuş ağac qapılar və s. aid edilir. 
Yanan materiallara od və temperatur təsirindən alovlanan,közərən və 
qonurlaşan maddələr aiddir.Həm də bu materiallar od və yüksək temperaturdan 
aralandıqdan sonra yanma prosesi davam edir.Bunlara od və yüksək temperaturdan 
mühafizə olunmayan yanan materiallardan hazırlanmış konstruksiyalar aiddir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin