Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Yanğın və partlayışın yayılmasının aradan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   101
ST müh

 
15.4 Yanğın və partlayışın yayılmasının aradan 
qaldırılması 
Texnoloji proseslər zamanı alovun (yanğının) boru kəmərlərində də baş 
verməsi mümkündür.Borularda mayelər,qazlar,toz formalı maddələr,nəqledici 
lentlərdə bərk yanar maddələr ötürülür və onların yanması zamanı alov geniş 
yayılı. 
Alovun yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir : 
-maye axan borularda (maye borularında) borunun tam bağlanmaması və ya 
dövri olaraq mayenin olmaması zamanı əks klapan qoyulur və yaxud setkalı filtr 
(yanğın ayıran) , eləcə də hidravliki tıxac qoyulur ; 
-qaz borularında hidravliki zatvor (bağlayıcı) , yanğınayıran və ya ayırıcı 
membran qoyulur.Suyun təzyiqi belə hidrozatvorlarda (tıxaclarda) 1 k Pa (100 
mm*san) olan işçi təzyiqdən yüksəkdir ; 
-toz hava qarışıq ötürülən yerdə sorma (otsos) olan yerlərdə ayırıcı “şiber” və 
yaxud avtomatik yanğınsaxlayıcı siyirtmələr (zadvişka) qoyulur.Avtomatik 
siyirtmələr istilik tənzimləyicisi (termorele),termoelement və digər qurğuların təsiri 


ilə işləyir.Digər tərəfdən boru hazırlanması zamanı bir diametrdən digərinə keçid 
üzənformada (sığallı) həyata keçirilir,prokladkalar böyük üfüq altında aparılır. 
Üfiqi və maili nəqledicilər yanğın maneələri ilə kəsişdikdə deşik (aralıq) 
avtomatik qapılarla və ya yüngül (asan) bağlanan qapılarla təchiz olunur.Belə 
mühafizələr bəzi hallarda əlavə olaraq sulu mühafizələr (sulu pərdələr) qurğularla 
təmin edilir. 
Yanğınların yayılmasının qarşısını alan qurğulara eyni zamanda qəza 
zamanı mayelərin tökülməsi üçün çənlər aiddir.Belə çənlərə “nəfər” boruları 
qoyulur, onların setkası,hidrotıxacı və axın xətti olur. 
15.5 Partlayış əleyhinə klapan və membranlar 
Oddan mane qurğularının etibarlığını artırmaq və partlayışın dağıdıcı 
təsirini aradan qaldırmaq üçün aparatlarda,qaz və tozborularında,eləcə də digər 
qurğularda müxtəlif konstruksiyalı partlayış əleyhinə klapanlar,yaxud sındırıcı 
(kəsici,ayırıcı, üzücü və s.) membranlar qoyulur.Membranlar alüminiumdan,asbest 
materialdan, misdən və s. hazırlanır.Membranlar əsasən boru kəmərinin dib 
hissəsində qaynar qaz qarışığının hərəkətinə perpendikulyar və yaxud 
15
0
bucaq 
altında qoyulur. Üzücü membranlar odamaneedicilərlə birgə qoyurlar.Qaz 
qarışığının partlaması zamanı alov odamaneedicilərdən keçərək alov və partlayışın 
yayılmasına səbəb olar.Lakin boru kəmərində quraşdırılan membranlar üzülmə 
zamanı partlayışın təzyiqini azaldır və odamaneələrin işinin etibarlılığını 
artırır.Qaz qarışığı detonasiya qabiliyyətli olduqda membranlar odamaneələrin 
önündə genişləndirici kamerada quraşdırılır.Borunun özünün üzərində membran bu 
halda ona görə quraşdırılmır ki,membran zərbə dalğası odamaneədən keçdikdən 
sonra dağılacaqdır.Membran partladıqdan sonra boruda vakuum əmələ gəlməsini 
aradan qaldırmaq və membranı mexaniki zədədən qorumaq üçün onu xüsusi əks-
klapanla mühafizə edirlər. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin