(rakobina) ilə və kanalzasiya xətti ilə birləşdirilməlidir.Qaz və su kranları elə
birləşdirilməlidir ki , təsadüfən açilması (toxunmadan və s) mümkün olmasınşQaz
və su xətləri ümumi kranla ( ventillə) təchiz edilməlidir ki , ayrı-ayrı otaqları və ya
bütünlükdə xətti bağlamaq imkanı olsun.Kranlar əlçatan və asanlıqla açılıb
bağlanması mümkün olan yerdə olmalıdır.İş stollarının üsulu və sorucu şkaflar
yanmayan və korroziyaya davamlı materialla örtüklənməlidir.
Onların kənarları borcuqlarla təchiz edilməlidir ki,iş zamanı maye tökülərsə axıb
döşəməyə yayılmasın.İş stolunun və rakovinanın yanında gil qablar ( 10-15litr)
qoyulmalıdır ki,işlənmiş məhlulları,reaktivləri,lazımsız mayeləri oraya yığmaq
mümkün olsun.Sınmış şüşələr,kağız və digər quru zibil üçün səbət (qutu)
qoyulmalıdır.Radioaktiv maddələr və ionlaşdırıcı şüalar olan laboratoriyalar xüsusi
təlimatların tələblərinə uyğun olaraq təchiz edilir.
Bədənin ( hissəsinin) qüvvətli turşu və qələvi ilə yanması halı üçün yuyucu
“rekovini” hidrantlar qoyulur.Hər bir laboratoriya apteklə,lazımı qədər
əleyhqazla,ilkin yardım üçün digər ləvazimatlarla təchiz edilməlidir.
Yanğın söndürmək üçün yanğınsöndürənlərlə,yanğın kranları ilə,azbest
odeyalla,nesok və s. təchiz edilməlidir.
Dostları ilə paylaş: