4.2 Laboratoriyalarda təhlükəsiz işin təşkilinin ümumi
qaydaları
Zərərli buxar və qaz ayrılan bütün işlər sorucu şkafda aparılmalıdır.Ventilyasiya
sistemi nasaz olan şkaflarda iş aparmaq olmaz.
Hər bir işçi bilməlidir ki,hansı işi görür,yanğın nədən baş verə bilər,hansı
yanğınsöndürən vasitələrdən istifadə etmək olar.Hər bir işçi iş qutardıqdan sonra iş
yerini səhmana salmalı,cihazları söndürməli,su və qaz kranlarını
bağlamalı,ventilyasiyanı söndürməli,pəncərə və fortoçkaları bağlamalı,elektrik
şitini söndürməli və digər uyğun işləri yerinə yetirdikdən sonra laboratoriyanı
bağlayıb açarı gözətçiyə təhvil verməlidir.Bütün reaktivlər qablarda və müəyyən
edilmiş yerlərdə saxlanılmalıdır.Hər hansı bir reaktivi adsız (etiketsiz) saxlamaq
qadağandır.
Keçidləri və koridoru müxtəlif şeyləri zibilləmək,qarışdırmaq,qızdırıcı cihazları
nəzarətsiz saxlamaq,yemək saxlamaq olmaz.
Laboratoriyada gecə növbəsində tək işləməyə icazə verilmir və işləyənlərdən biri
böyük ( rəhbər) təyin edilir.
Coxtəhlükəli maddələr,partlayıcı maddələr alınan yerlərdə bütün əməliyyatlar
təmiz reaktivlərlə aparılmalıdır.
Təhlükəli işlər aparan işçilər işin təhlükəsi ilə tanış olmalı,xüsusi təlimat keçməli
və bütün təhlükəsizlik qaydalarına əməl etməlidir.
Kimyəvi maddələrin ( reaktivlərin ) təhlükəsiz saxlanılması
•••
.
Yeyici ,yanğın-partlayış törədici və kəskin zəhərli maddələrlə
iş.
Sənayedə zərərli toksiki və yanğın təhlükəli maddələri daha az təhlükəli
maddələrlə əvəzlənməsi üzrə işlər aparılır. Əvvəllər fetra istehsalında istifadə
olunan civə qələvi ilə, qurğuşun belili zink belili ilə, əzəvlənmişdir. Sənayenin
müxtəlif sahələrində istifadə olunan civə manometri membranlı manometrlə və s.
əvəz olunur... anilinboyaq istehsalında betanaftilaminin aradan götürülməsi
xərçəng xəstəliyi kimi peşə xəstəliyinin azalmasına səbəb olmuşdur.
Polietilen istehsalında ( aşağı təzyiqli ) əsas yuyucu məhlul kəskin zəhərli və
təhlükəli metanoldur. Onun BBh= 500mq\m
3
-dır. Onun izopropil spirti ilə əvəz
olunması ( BBH=200mq/m
3
). Əmək şəraitini yaxşılaşdırmağa, metanolla
zəhərlənmənin aradan qaldırılması, spirti regenerasiya etməyə şlamın azalmasına
və prosesi təhlükəsiz olmasına imkan verir.
Istehsal sahələrində istifadıə olunan katalizatorlar əksər hallarda zərərli və oddan
təhlükəli olurlar. Məs: əvvəllər fenolun alkilləşdirlməsi prosesində katalizator kimi
sulfat turşusundan istifadə olunurdu. Onun kation mübadiləsi qətranı ( KU-2 )ilə
əvəz olunması sulfat turşusu ilə yanıqalmanın aradan qaldırır və prosesin
təhlükəsiz olmasını təmin edir.
Toksiki maddələrin zərərli təsiri gigiyenik standartlarda məhdudlaşdırılır.
Məsələn, standarta ( Qost 554-50 ) görə yanacaq kimi verilən qazın tərkibində
( 100m
3
-də qramla ) zərərli maddələr – N
2
S-2, NH
4
, CN (HCN-ə hesabla )-5,
qətran və toz 0,1-dən artıq olmamalıdır. Əks halda qaz təmizlənməlidir. Eləcə də
sulfat turşusunda arsen, benzində aromatik karbohidrogenlər, etil spirtində metanol
və furfurolun miqdarı məhdudlaşdırılır və s.
..... Bəzi müəssisələrdə ( xüsusilə kimya sənayesi müəssisələrində ) bərk
maddələr əvvəlcədən məhlula, suspenziya və ərintiyə çevrilir. Müəssisələrə daxil
olan bərk maddələrin həll edilməsi xüsusi qurğularda həyata keçirilir və burada
xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.
Bəzi hallarda təhlükəsizliyi təmin etmək üçün geotexniki üsullardan istifadə
edirlər.
Bu üsul bərk maddələrin faydalı qazıntıların çıxarılması zamanı məhlula və ya
ərintiyə çevrilməklə sonradan müəssisələrə nəql edilməsini nəzərdə tutur. Məsələn,
yer altında olan natrium xloridi qaynar su yeritməklə həll edir,sonra boru kəmərləri
ilə elektroliz prosesinə və ya digər istifadə müəssisəsinə nəql edirlər.
Eləcə də kükürdü yeraltından çıxarmaq üçün 160-170
0
C qızdırılmış suyu
kükürdlü əhəngdaşına vurmaqla (çatlara və məsamələrə dolmaqla ) kükürd
əriyir.(112-119
0
C) və ərinti formasında qazıntı sahəsinə yığılır. Sonra təzyiq
altında hava vurmaqla kükürd səthə çıxarılır və toplanaraq istilik sistemi ilə təchiz
olunmuş sistemlərlə nəql olunur. Beləliklə həm kükürd 3-5 dəfə ucuz başa gəlir,
insanların yer altında olması aradan qalxır, proses səssiz və tüstüsüz, eləcə də
təhlükəsiz həyata keçirilir. Bu həmdə ekoloji təhlükəsizliyi təmin edir.
Geotexniki üsulla daha bir çox digər proseslərin həyata keçirilməsi üzrə işlər
aparılır. Nəql zamanı toz yaranmasının qarşısını almaq üçün tozvarı maddələri
dənəvərləşdirir, pasta formasına keçirilir, dondurulur, onlarla reaksiya girməyən
maddələrlə qarışdırılır və s.
Bütün bunlar texnoloji proseslərin təhlükəsiz aparılması üçün edilir.
...... Statistik məlumatlar (FHN ) göstərirki, ümumi qəzaların 50%-dən çoxu
buxar qaz qarışığının partlayışından əmələ gəlir. Həm də bu partlayışlar əsasən
çoxu bağlı aparatlarda və boru kəmərlərində baş verməklə, böyük dağıntılara səbəb
olur. Ona görə də olduqca vacib amillərdən biri aparatlarda partlayış yaradan
qazların əmələgəlmə səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üzrə
tədbirlərin görülməsi olduqca vacibdir.
Bir çox böyüktonnajlı məhsulların alınması prosesi üzvi maddələrin
oksidləşməsi yolu ilə aparılır. Belə proseslərə metanolun formaldehidə çevrilməsi,
etilenin etilen oksidinə çevrilməsi, ammonyakın azor oksidinə çevrilməsi və s.
aiddir. Belə oksidləşmə prosesində aparatlarda partlayış təhlükəli maddələr əmələ
gəlir və olduqca təhlükəli qəzalar baş verir ( inisatorların iştirakı ilə ).
Belə partlayışların qarşısının alınması üçün texnoloji prosesi elə şəraitdə
aparırlar ki, partlayış törədici maddələrin miqdarı aşağı həddən az olsun, yaxud
yuxarı partlayış həddi qatılığından yüksək olsun.
Eyni zamanda elə tədbirlər görülür ki, aparatın daxilində alovlanma implusları
olmasın, elektrik yükləri yaranmasın, öz-özünə alışan maddələr ( pirofor) əmələ
gəlməsin.
Aşağı alışma həddində prosesin aparılması olduqca çətindir. Çünki aşağı alışma
həddi-qatılığı olduqca azdır. Ona görə də bağlı aparatlarda prosesləri alışma
həddinin yuxarı qatılığında yüksək həddə aparırlar. Lakin burada prosesə əlavə
komponentlər-fleqmatizatorlar qatırlar və onların iştirakı ilə qarışıq yanmayan olur.
Fleqmatizatorlar inert komponent və yaxud inqibitorlar ola bilərlər.
Inert komponentlər (istilik fleqmatizatorları ) birbaşa yanacaq maddə ilə
oksidləşdiricinin işində iştirak etmir, alışma temperaturunu aşağı salır və alışma
həddi qatılığına təsir edir. Inert komponentin əlavə edilməsi ( durulaşdırılması )
yanacaq maddə ilə oksidləşdirici qarışığının alışma qatılığını yaxınlaşdırır və inert
komponentlə yanacaq maddənin elə qarışığı yaranır ki, bu həddə ( alovlanma
həddinin “MİS”i yaranır ) alovlanma-partlayış yaranmır. .....
Inqibitor-fleqmatizatorlar əks halda katalizator təsiri yaradır, dəyişməyən
temperaturda reaksiyanı əyləndirir........
Texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün yanacaq maddə ilə
oksidləşdirici, eləcə də fleqmatizator qarışı nisbətləri aparatlarda avtomatik
üsullarla tənzimlənməlidir.......
.... İnert qazlar təkcə fleqmatizatorlar kimi deyil, onlar eyni zamanda partlayış və
yanğının xəbərdarlıq vasitələridir. Müasir yanğın təhlükəli istehsalatlar-texnoloji
proseslər inert qazlarsız fəaliyyət göstərə bilməz. Belə istehsal sahələrinin inert
qazlarla təchiz edilməməsi, yaxud onun lazım olan yerə, əməli verilməməsi, lazimı
dərəcədə təmizlənməməsi elə qəza halları yaradır ki, onların nəticəsini aradan
qaldırmaq mümkün olmur.
İnert qaz kimi adətən azotdan istifadə olunur ( təsadüfi hallarda arqon və
yanacaqların yanma məhsullarından).
..... N-un alınması, nəqli və s.
İnert qazlar aşağıdakı hallarda istifadə olunur:
-
aparat və kommunikasiyaların üfürülməsi prosesində, onların təmizlənməsi
və təmiri nəticəsində saxlanıb buraxılmasında və s.;
-
mayeləşdirilmiş qazların və yüngülyanan maddələrin “ neytrallaşmasında”;
-
inert “ yastıq “ və inert “nəfəs “ yaradılmasında;
-
çənlərdə yanacaq maddələr qalığı olan halda qaynaq işlərinin aparılmasında;
-
Dostları ilə paylaş: |