14.2. Varisliyin icazə spesifikatorları (Access Specifier) Əvvəlcə sinif üzvlərinə sinif daxilində təyin edilmiş və proqramdan sinif üzvlərinə müdaxilə icazələrinin tiplərinə baxaq:
1. Xüsusi (private) -sininif üzvü(ləri) yalnız həmin sinifin ümumi üzvləri tərəfindən müdaxilə (Müdaxilə- oxunmaq və qiymət mənimsətmək kimi başa düşülür) oluna bilər;
2. Qorunan (protected) – bu tip sinif üzvü(ləri)nə yalnız həmin sinif daxilində və törəmə siniflərdə müdaxilə oluna bilər;
3. Ümumi (public) - sinif üzvü(ləri) bütün başqa sinif obyektləri, tərəfindən müdaxilə oluna bilər;
Bu müdaxilə icazələri Varis və Baza siniflər arasında da eyni mahiyyət daşıyır. Bu icazələr cədvəl şəklində verilmişdir:
Üzvlərdən istifadə (müdaxilə) icazəsi (Access)
public
protected
private
Sinifin özündə üzvlərinə müdaxilə
Hə
Hə
Hə
Proqramdan sinifin üzvlərinə müdaxilə
Hə
Yox
Yox
Varis sinifdən Baza sinifdəki üzvlərə müdaxilə
Hə
Hə
Yox
Birinci və üçüncü sətirə nəzər salsaq görərik ki, onlar bir-birindən private sütunu ilə fərlənirlər.
Baza sinif daxilində təyin edilmiş müdaxilə icazələrini, varis sinifdə təkrar təyin etmək (dəyişmək) mümkündür. Bilirik ki, baza sinifin üzvləri varis sinifin də üzvləridir və bəzi hallarda baza sinifdəki üzvlərin icazələrini varis sinifdə yenidən təyin etməyə ehtiyac yaranır. Məsələn.
Yəni proqramdan varis sinifin “baza sinifdən olan üzlərinə” müdaxilə icazələrini dəyişə bilərik. Bu icazələri icazə spesifikator-ları ilə təyin etmək olur. Baza sinifinin varisinin təyini sintaksisinə nəzər salsaq icazə spesifikatoru qeyd olunduğunu görərik:
class varis-sinifin-adı: icazə spesifikatoru baza-sinifin-adı
Burada icazə spesifikatoru -icazə spesifikatorudur və baza sinifin üzvlərinin varis sinif xaricindən müdaxilə icazələrini müəyyənləşdirir.