Mühazirəçi : b/m Bağıyeva Ruhiyyə M. FƏNnin proqrami kursun məzmunu


TCP/İP şəbəkəsində ünvanlaşdırmanın üş növü mövcuddur. Bu ünvanlaşdırmalar aşağıdakılardır



Yüklə 1,3 Mb.
səhifə11/16
tarix21.04.2017
ölçüsü1,3 Mb.
#14970
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16

TCP/İP şəbəkəsində ünvanlaşdırmanın üş növü mövcuddur. Bu ünvanlaşdırmalar aşağıdakılardır:

Qovşaqların lokal ünvanları. Bu ünvanlar qovşağın daxil olduğu ayrıca təşkil olunmuş şəbəkəni müəyyənləşdirən texnologiya ilə təyin olunmuşdur. Lokal şəbəkədə olan belə ünvanlar MAC ünvanlar adlandırılırlar. Belə ünvanlar unikal olmaqla, mərkəzləşdirilmiş şəkildə idarə edilir. Lokal şəbəkələrin bütün mümkün texnolo­giyalarında MAC ünvanlar üçün 6 baytlıq format müəyyən edilmişdir. Bunlardan 3 böyük bayt istehsalşı şirkətin identifikatoru, 3 kiçik sonrakı bayt isə istehsalçı tərəfindən unikal olaraq təyin olunur. Qlobal şəbəkələrə daxil olan qovşaqlar üçün, məsələn X.25 və ya frame relay şəbəkələrində lokal ünvanlar qlobal şəbəkənin inzibatçısı tərəfindən təyin olunur. Qeyd edək ki, MAC ünvanlar fiziki ünvanlar da adlandırılır.

İP ünvanlar və ya şəbəkə ünvanları 4 baytdan ibarət olur. Məsələn 109.26.17. 100. Bu ünvandan şəbəkə səviyyəsində istifadə olunur. İP ünvanlar iki hissədən ibarət olur: şəbəkənin nömrəsi və qovşağın nömrəsi. Şəbəkənin nömrəsi inzibatçı tərəfindən ixtiyari qaydada seçilə bilər və ya şəbəkə İnternetin tərkib hissəsi kimi işlədikdə İnternetin xüsusi bölməsi tərəfindən (Network International Center, NIC) təyin olunur. Adətən hər bir İnternet xidməti provayderləri NİC tərəfindən belə ünvanların diapazonunu alır və sonra isə həmin diapazona daxil olan nömrələri öz abonentləri arasında bölüşdürür.

İP protokolunda qovşağın nömrəsi həmin qovşağın lokal ünvanından asılı olmayaraq təyin edilir. İP ünvanların şəbəkə nömrəsi və qovşağın nömrəsi arasındakı sərhəd çevikdir və bu səbəbdən də həmin sərhəd istənilən kimi müəyyənləşdirilə bilər. Qeyd etmək lazımdır ki, eyni bir qovşaq bir neçə İP şəbəkəyə daxil ola bilər. Belə halda qovşaq daxil olduğu şəbəkələrin sayına uyğun olaraq bir neçə İP ünvana malik olmalıdır. Beləliklə, aydın olur ki, İP ünvan ayrıca götürülmüş kompüteri və ya marşrutizatoru deyil, şəbəkə birləşməsini xarakterizə edir.


IP-ünvan 4 on rəqəmli identifikatordan və ya başqa sözlə desək nöqtə ilə ayrılmış, hərəsi bir bayt aktetləldən ibarətdir.

Yuxanda qeyd edilənləri bir misal üzərində aydınlaşdıraq. Tutaq ki, 197.91.104.12 olan IP-ünvana müəyyən informasiyaya malik paket göndəririk. Yəni paket İnternet şəbəkəsinin 197-ci alt şəbəkəsinə göndərilir ki, bu da 1-ci aktetin C şəbəkə sinfinə aiddir. Fərz edək ki, 197-ci şəbəkə özündə 200 alt şəbəkəni birləşdirir və bizim paket 91-inciyə göndərilir. O da özündə 150 xırda şəbəkələri birləşdirir. Lakin biz 104 -cüyə müraciət edirik. Nəhayət, əgər 104-cü şəbəkəyə 50 kompüter qoşulmuşdursa bizim göndərdiyimiz informasiya paketini şəbəkə sistemindəki 12 nömrəli maşın alacaq.

Internet şəbəkəsinin istifadəçiləri üçün hər bir ünvanda bu qədər rəqəmi yadda saxlamaq çətindir. Bu səbəbdən mütəxəssislər istifadəçilərin işini asanlaşdırmaq məqsədələ ünvanların yaradılmasmda «adların domen sistemi»indən istifadə etdilər.

DNS-adların domen sistemi. Simvolla verilmiş identifikator- ad, məsələn SERV1. İBM. COM şəklində verilə bilər. Bu ünvan inzibatçı tərəfindəm müəyyənləş­dirilir və bir neçə hissədən ibarət olur. Burada kompüterin adı, təşkilatın adı, domenin adı göstərilir. Ona görə də belə ünvanlara DNS adlar da deyilir və onlar tətbiqi səviyyədə istifadə edilirlər.

Domain Name System (DNS)- Internetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompüterlərə müraciət zamanı xostun rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir. Ad ünvanları daha asan yadda qalır. DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. Ad ünvanının formasına nəzər yetirək.

İstifadəçi@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen. İstifadəçi – bu istifadəçinin adıdır. Məsələn, ELM @ - kommersiya işarəsi istifadəçinin adını qovşaq kompüterin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra) istifadəçinin Internetə qoşulduğu kompüterin ünvanını göstərir. Kompüter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.

ABS-da I səviyyəli domen üçün 6 variant istifadə edilir.

EDU- təhsil idarələri;

MIL- hərbi müəssisələr;

GOV- dövlət təşkilatları;

NET – şəbəkə;

COM – kommersiya təşkilatları;

ORG - təşkilatlar.

Digər ölkələrdə I səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur. Məs: ch-Isveçrə, fr-Fransa, ca-Kanada, de-Almaniya, ru-Rusiya, az-Azərbaycan.

Paketlərin öturulməsi və ünvanlara çatdırılması TCP/IP-protokolları vasitə­silə yerinə yetirüir. Əgər hər hansı bir verilənlər paketi istifadəçiyə vaxtmda çatdırıl­mırsa TCP informasiyanın göndərilməsini (lazımi yerə düzgun və itgisiz çatdırılana qədər) təkrarlayır. TCP-də qurulan verilənlərin öturulməsinin diizgün­lüyünə nəzarət edən alqoritmlər bu problemləri həll edir.

İnformasiyanın itgisiz ötürürülməsinin nəzarət mexanimi belədir: hər bir göndə­rilən paketin başlığında nəzarət cəmi yazılır. Bu göndərən kompüter tərəfindən təyin edilir. Qəbul edən kompüter eyni sistem əsasında nəzarətedici cəmi hesablayır və onu paketin başlığında yazılmış rəqəmlə müqayisə edir. Əgər rəqəmlər üst-üstə düşmürsə TCP ötürməni təkrar edir.

İnformasiya paketləri göndərilərkən TCP protokolu qəbul edici kompüterdən informasiyanı qəbul etdiyini təsdiq edən xəbər tələb edir. Beləliklə, TCP iki istiqa­mətdə infomasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə translyasiya olunmasma səbəb olur.

Internet - çoxlu sayda kompüterlərdən, kabellərdən, marşrutizatorlardan və şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət şəbəkə sistemidir.

İnternet üç əsas komponentdən ibarətdir:

Server - lokal və uzaq kompüterlərdəkı verilənlərə daxil olmanı təmin edən proqram və kompüterlər sistemidir.

Kliyent- serverlərdən verilənləri çağıran kompüterlərdır.

Şəbəkə - informasiya mübadiləsi aparan kompüterlər qrupudur, məsələn, istifadəçi informasiyanı serverdən çağırır və onun sorğusuna cavab olaraq verilənlər ona göndərilir. Kompüterlər arasındakı bu informasiya mübadiləsi naqil, koaksial kabel, peyklər və mikrodalğalar vasitəsilə aparılır.

Internet şəbəkəsinin təqdim etdiyi xidməti iki kateqoriyaya bölmək olar:

Fiziki cəhətdən Internet birləşdirici vasitələrdən biridir. Birləşmənin elementar tipi ev kompüterləridir. Bunlar informasiya xidmətinə (Copu Server, Microsoft Network, Excplorer) və ya İnternet provayderə modem vasitəsilə telefon xəttinə qoşulur.

Internet məhsuldarlığı və modeli muxtəlif olan kompüterləri birləşdirməyə, onlar arasında informasiya mübadiləsi aparmağa imkan verir. Internet təkcə fiziki şəbəkə deyil. Real Internet - protokollar yığımıdır ki, onların köməyi ilə müxtəlif kompüterlər informasiya mübadiləsi edirlər.

Internet-dən istifadə etməklə bir kompüter digərini idarə edə bilər. Məsələn, kompüter digər kompüterlərdən faylları tapıb ona gondərilməsini idarə edə bilir. Bu proses funksional uyğunlaşma adlanır.

İnternet protokolları:

İnternet çoxlu sayda şəbəkələrdə informasiya mübadiləsini təmin edir. Bu şəbəkələrin hər biri protokol adlanan standartlar qrupuna uyğun verilənlərin göndəril­məsini və qəbulunu idarə edir. Başqa sözlə protokollar İnternetdə şəbəkələrdəki əlaqə­ni təmin edir.

Verilənlərin idarə protokolu şəbəkələrarası protokol (TCP/IP): Internet şəbəkə­sini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP (TCP - Transmission Control Protocol, IP - Interaet Protocol) protokollarıdır. TCP/IP ümu­miyyətlə Internetlə kompüterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa düşülür. TCP/IP şəbəkədaxili əlaqələr texnologiyasıdır. Başqa sözlə desək İnternet onu təşkil edən şəbəkələr arasında əlaqə yaradan vasitədir.

TCP şəbəkə ilə göndərilən verüənlərin paketlərə necə bölünmələrini təyin edir. İP paketləri ünvanlaşdırdması və onların təyin olunan yerlərə çatdırılmasını təmin edir. Beləliklə, protokollar kombinasiyası olan TCP/IP istənilən kompüter və ya şəbə­kənin həmin protokolla işləyən digər kompüterlərə qoşulmağa və informasiya mübadiləsi aparmağa imkan verir.

Verilənlərin Internet-dən çağırılmasının bir çox üsulları mövcuddur:

FTP - (File Transfer Protocol) faylları ötürmə protokolu. Burada faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kom­püterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikilik kodda olan mətn fayllar mübadiləsini aparmağa imkan verir. FTP vasitəsilə Internet-ə qoşulmuş istənilən kompüterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar: ftp://

Internet-də informasiya mübadiləsinin digər bir üsulu da var. Bu üsul hər bir şəxsə və şirkətə öz qəzet və jurnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa, interaktiv kataloq və sorğu sistemi təklif etməyə, hətta bütün dünyada videotəsvir və səs fayllarını yaymağa imkan verir. Bu Internet protokolu WWW (World Wide Web) - ümumdünya hörümçək toru adlanır və Internet vasitəsi ilə ötürülən sənədlərdən ibafətdir

Tim Berners - Li 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə, Web texnologiyası tezliklə bütün dünyada yayıldı.



İnternet ünvanlaşdırılması: əgər e-mail elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir - biri ilə əlaqə saxlamalarına şərait yaradırsa, URL Internet-də yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir. Yəni Internet-də yerləşən hər bir fayl və ya resurs identifıkasiya edilir: URL (Uniform Resource Locators)-faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir. URL - serverdə istifadə olunan protokolun adı ilə başlayır.

http. HTTP (Hypertext Transport Protocol)- Internet istifadə protokoludur. HTTP Web-səhifələri Internet-dən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkü edir. Ünvanın əvvəlində yazılmış http:// perifeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (ftp) yə ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazilır (host).. Bu ünvanı domen ünvanı (domain adress) da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. Nəticədə sintaksis URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə öla bilər:

http - serverlə əlaqə protokolu;

www - qovşağın tipi;

ab - qovşağm adı;

az - yuxarı təbəqəli dömen.

Web-qovşaq Web-səhifə və resurslann kompleksidir ki, buna ümumi infor­masiya bloku kimi də baxmaq olar. Çox vaxt Web-qovşağın resursları bir serverə yerləşir, amma bu əsas şərt deyil.



Brauzer: İstifadəçi Internetdə yerləşən hər hansı sənədi öz kompüterinə gətir­mək üçün xüsusi baxış proqramlarından istifädə edir. İstifadəçi ilə WWW-da yerləş­dirümiş informasiya arasında əlaqə yaradan bu proqram brauzer (browser) adla­nır. Hal hazırda çoxlu sayda brauzer proqramları mövcuddur, lakin bunlardan bir neçəsi popul­yardır: Microsoft Internet Explorer, Opera, Netscape Navigator.

World Wİde Web-də resursun sizin kompüterə gətirilməsi aşağıdakı mərhələlərlə baş verir:

- brauzerdə resursun tam ünvanı göstərilir;

- brauzer sorğunu sizin kompüterin qoşulduğu serverə göndərir;

- server həmin sorğunu URL ünvanında göstərilmiş qonşu serverə göndərir;

- qonşu server sorğuda URL ünvanı göstərilmiş axtarılan resürsu tapır və onu sizin serverə göndərir; -

- sizin server isə bu verilənləri kompüterinizdəki brauzerə ötürür, ilk baxışdan üzun görünən bütün bu proseş verilənlərin harada yerləşməsindən asılı olmayaraq bir neçə saniyə ərzində baş verir. Brauzerə gətirilmiş informasiyalara baxmaq, onları çap etmək və diskə köçiirmək mümkündür. Əgər Internet-dən gətirilmiş hər hansı faylı brauzerdə açmaq mümkün olmursa bu halda köməkçi proqramlardan istifadə edilir.

Web-server - istifadəçilərin Internetdəki Web-səhifələrə daxil olmasına şərait yaradan xüsusi proqramlarla təmin olunmuş kompüterdir. Web-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Əgər siz şəxsi Web-server qurmaq qərarına gəlmisinizsə, bu halda daimi IP ünvanı almaqla İnternet şəbəkəsinə qoşulmaq vacibdir. Web-server Web-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da Web-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Web-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Web-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.

Internet - provayder (Internet Service provider (ISP)) Web-səhifənin Internet-də yerləşdirilməsini təmin edir. Bu xidmət Web-hostinq (Web - hosting) adlanır.

Hər bir Web-saytda baş səhifə və ya əsas səhifə (Home Page) adlanan Web-səhifə olur.

Home Page dedikdə, Internet-ə daxil olarkən brauzer proqramında avtomatik açılan (peyda olan) Web-səhifə nəzərdə tutulur. Web-səhifələr HTML dilində tərtib olunurlar.

Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide Web) qlobal Internet-ə aid idisə, qeyd etmək lazımdır ki, TCP/IP protokolları ilə lokal korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnterneti-də olduğu kimi HTML səhifələri, istinadlar, URL ünvanları, Web-saytlar yerləşdirmək olar və bu şəbəkənin Internet şəbəkəsinə qoşulmağı o qədər də vacib deyil. Belə şəbəkə Intranet (İntra­şəbəkə) adlanır və Internet-dən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə müraciət mümkün deyil. İntranetin köməyi ilə informasiya mübadiləsi təşkilat daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir.

İntraşəbəkə qovşağına qoşulmuş kompüterlərdəki resursların bir hissəsini Internet-də yerləşdirmək mümkündür. Çünki İntranet resursları WWW-də istifadə olunan formata malikdir.

Internet xidmətləri:

İstifadəçi Internet-ə qoşulması üçün müxtəlif üsullardan istifadə edə bilər. Bu üsullar bir-birlərindən baha –ucuz olmasına, rahatləğa və göstərilən xidmətlərə görə fərqlənirlər Bu üsullar aşağıdakılardır:

-elektron poctu (e-mail):

-Telekonfrans (Usenet);

-Uzaqda yerləşdirilmiş terminalların emulsiya sistemi (Telnet);

-Ikilik say sistemində faylların axtarışı və ötürülməsi (FTP);

-menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi (Gopher);

Hepermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi (WWW və ya dünya hörümçək toru).

Bu üsullar müxtəlif vaxtlarda yaranmış, onların hər birinin öz imkanları var və onlar informasiya mübadiləsi protokoluna görə bir birlərindən fərqlənirlər.

Abonentlər arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir:

Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir. Internetin bu xidməti vasitəsilə müxtəlif ölkələrdə milyonlarla insan arasında informasiya mübadiləsi baş verir. Elektron poçtundan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur. Internetin xidmətləri arasında elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz başa gəlir. Elektron poçtu vasitəsilə xəbərlərin göndərilməsi üçün UUCP protokolundan istifadə olunur. UUCP (UNIX to UNIX copy proqram) UNIX-UNIX köçürmə proqramı deməkdir. Bu modem və adi telefon xətləri vasitəsilə xəbərlərin ötürülməsi üsuludur. Elektron poçtundakı xəbər faylda yerləşir, sonra sistemdən sistemə ötürülür.

Bir çox kompüterlər Interaet-ə qoşula bilmirlər. IBM unversal kompüterləri digər kompüterlərin dilində «danışa» bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur. Telnet qovşağı siyahısına minlərlə elektron lövhə elanları və eləcə də geniş yayılmış pulsuz şəbəkələr aiddir.

Telnet:// (ıızaq məsafəyə müraciət) - ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenet-ə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb.

Usenet:// - kompüterlə diskussiya sistemidir. Usenet-də qeyddən keçmiş hər kəs Internet-də yerləşən hər hansı mövzu ətrafında minlərlə diskussiya qruplarına qoşula bilər. Hər bir qrupun içərisində müəyyən vaxt intervalında yüzlərlə xəbər (məqalə) yerləşir.

Gopher://- sistemi şəkilsiz və hipermətinsiz www- yə oxşayır. Bu sistem az sürətli modemlərdə işləyənlər üçün daha uyğundur.

Wais (Wide Area Information Server) - qlobal informasiya serveridir. Bu proqram mətn sənədləri kolleksiyasını indeksləşdirir. Bu zaman mətni təşkil edən sözlərin indeks siyahısı yaradılır. Wais axtarış serverində axtarış zamanı proqram təminatı axtardığınız açar sözünə uyğun bütün sənədləri seçir. Wais Internet-in digər əlavələrinə nisbətən daha populyardır.

İstifadəçi lnternetdəki hər hansı sənədə öz konipüterində baxmaq üçün brauzer vasitəsilə Web- serverə sorğu göndərir. Bu sorğu əsasında Web-server şənədi (HTML sənədini) Internet-də axtarıb tapır və onun surətinı brauzerə göndərir. Brauzerə yüklənən sənəddəki qrafik təsvirlər, multimediya elementləri xüsusi yaddaşda - keş yaddaşında saxlanıhr. Nəticədə həmin HTML sənədinə təkrar müraciət olunduqda brauzer verilənləri keşdən alır ki, bü da sənədin yüklənmə växtına xeyli qənaət etmiş olur. Keşin bu üstün cəhətindən istifadə edərək Web-sayt yaradarkən eyni qrafik təsvirlərdən tez-tez istifadə etmək məsləhət görülür. Çünki bu halda Web-sayta xüsusi stil verilməklə yanaşı, onun istənilən brauzerdə yüklənmə vaxtı xeyli azaldılmış olur. Belə ki, təkrarlanan qrafik təsvirlər istifadəçilərin Web-brauzerinə yalnız bir dəfə yüklənir və sonradan onlara təkrar müraciət olunduqda keşdən istifadə edilir.
MÖVZU 12

Informasiya təhlükəsizliyinin təmini və arxivləşdirmə üsulları

Plan:


  1. İnformasiya təhlükəsizliyi məsələləri, informaiya təhdidlərinin təsnifatı

  2. İnformasiya təhlükəsizliyi tədbirləri və onların təsnifatı, informasiya təhlükəsizliyinin təminin müasir üsulları

  3. Kompüter viruslarından mühafizə üsulları

  4. İnformasiyanın arxivləşdirilməsi

Kütləvi kompüterləşmə, ən yeni İT-nın tətbiqi və inkişafı təhsil, biznes, sənaye istehsalı və elmi tədqiqatlar sahəsində irəliyə doğru hiss olunan sıçrayışa gətirib çıxarmışdır. Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuş­dur. Bu cəmiyyətdə informasiya ən mühüm resurs və başlıca amil olmuşdur. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq qazanır.  əsrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasi­yanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması milli təhlükəsizliyin təmin olunması sistemində informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını aşağıdakı səbəblər şərtləndirir:


  • Müasir kompüterlərin hesablama gücünün kəskin artması və bununla eyni zamanda onların istismarının sadələşməsi;

  • Kompüterlərin və digər avtomatlaşdırma vasitələrinin köməyi ilə toplanan, saxla­nan və emal edilən informasiyanın həcminin kəskin artması;

  • Hesablama resurslarına və verilənlər massivinə bilavasitə girişi olan istifadəçilər dairəsinin kəskin genişlənməsi;

  • Hətta minimal təhlükəsizlik tələblərinə cavab verməyən proqram vasitələrinin coşqun inkişafı;

  • Şəbəkə texnologiyalarının hər yerdə yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

  • İnformasiya emalı sisteminin təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastruk­turun müdafiəliliyi nəzərdə tutulur.

İnformasiyanın müdafiəsi – informasiyanın təhlükəsizliyinin təmin olunma­sına yönəlmiş tədbirlər kompleksidir. Praktika bu informasiyanın və verilənlərin daxil edilməsi, saxlanılması və ötürülməsi üçün istifadə edilən resursların tamlığını əlyetən­liyinin və ola bilsin ki, məxfiliyinin himayə edilməsi deməkdir.

İnformasiyanın müdafiəsinin məqsədi istehlakçı üçün informasiyanın tamlığı, əlyetənliyi və məxfiliyinin pozulması səbəbindən (idarəetmədə) itkilərin minimuma endirilməsidir.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin