MühazirəÇI: MÜhaziRƏNİn plani mədəniyyət və sivilizasiya, onların qarşılıqlı əlaqəsi və fərqli cəhətləri


 Cəmiyyətin inkişafında mədəniyyətin rolu



Yüklə 420,01 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.12.2021
ölçüsü420,01 Kb.
#49634
növüMühazirə
1   2   3   4
ACFrOgBL38J7t4SynkP9uf23Xv n9iYpiXz Ii6yavuZy1EeUPS1qxe2C8R6AUQOwRi3IwRgEllnDREedw8J919qTo3 K1Ty1ZNO19enYQu-UCjQbTbj74NRWXSdRsfR2WeM8wC00sT-THVDu5ub

3. Cəmiyyətin inkişafında mədəniyyətin rolu

İnsanın həyatı və cəmiyyət mədəniyyətdən kənarda mövcud ola bilməz. Hər bir 

yeni  nəsil  öz  həyatını  yalnız  təbiətin  əhatəsində  deyil,  həmçinin  özündən  əvvəlki 

nəsillərin yaratdığı maddi və mənəvi sərvətlər aləmində başlayır. İnsan mədəniyyəti 

yaratdığı kimi, mədəniyyət də insanı yaradır.

Mədəniyyət  əvvəlki  nəsillər  tərəfindən  yaradılan  maddi  və  mənəvi  sərvətlərin 

passiv şəkildə saxlanması kimi təsəvvür olunmamalıdır, yalnız sosial tərəqqi naminə 

bəşəriyyətin  ondan  fəal  yaradıcı  istifadə  etməsi  mənasında  başa  düşülməməlidir. 




19

Cəmiyyət təkrar istehsalı və özünütəkmilləşdirmяni məhz əldə olunmuş mədəniyyət 

sərvətlərini  yaradıcı  surətdə  yenidən  işləyib  hazırlamaq  sayəsində  həyata  keçirir. 

Mədəniyyət  yalnız  insanların  fəaliyyətinin  nəticəsi  kimi  səciyyələnmir.  O,  həm  də 

insanın hisslərinin təzahür üsulu və təfəkkür səviyyəsi kimi çıxış edir. 

Mədəniyyət  bu  və  ya  digər  ictimai  fəaliyyətin  tərəflərindən  biri  kimi 

səciyyələnir. Bununla bağlı olaraq onun müxtəlif xüsusi üsulları təzahür edir. Başqa 

sözlə, mədəniyyət ictimai tərəqqinin, sosial inkişafın ölçüsüdür, humanist məqsədlərin 

təcəssüm  dərəcəsidir  və  mənəvi  sərvətlərin  birləşməsinin  xüsusi  formasıdır.  Hər  bir 

konkret  birlik,  eləcə  də  sivilizasiya  həmişə  özünün  mükəmməl  supermədəniyyətini 

yaradır. Fərdlərin həyatı boyu onlara təsir göstərən həmin mədəniyyət daim nəsildən-

nəslə  verilir.  Nəticədə  tarixi  prosesdə  çoxlu  mədəniyyət  yaranır.  Bu  elmi  dildə 

mədəniyyət universallığı adlandırılır.

Hər  bir  cəmiyyətin  mənəvi  həyatı  həmin  cəmiyyətdə  mənəvi  mədəniyyətin 

inkişaf dərəcəsi və nailiyyətləri ilə səciyyələnir. Mənəvi mədəniyyət nəinki yaradılan 

və yaradılmaqda olan (və gələcəkdə də yaradılacaq) mənəvi sərvətlərin məcmuunu və 

istehlakını, nəinki mövcud cəmiyyətin əvvəlki inkişaf mərhələsindən mədəni irs kimi 

saxladığı sərvətləri, eləcə də mənəvi sərvətlərin yayılmasını və istehlakını ehtiva edir, 

mədəniyyət müəssisələrini, təhsil sistemini və kütləvi informasiya vasitələrini özündə 

birləşdirir.

Tarixi  inkişaf  prosesində  sivilizasiyanın  təşəkkül  və  inkişafında  mədəniyyət 

mühüm  rol  oynamışdır.  Eyni  zamanda  mədəniyyət  həmişə  sivilizasiyanın  inkişaf 

səviyyəsinin  göstəricisi  və  onun  ən  yüksək  nailiyyəti  olmuşdur.  Sivilizasiya 

mədəniyyətin inkişafı üçün iqtisadi və sosial şərait yaradır və eyni zamanda bu prosesi 

tənzimləyir. Buradan belə nəticə çıxır ki, hər bir ictimai quruluş, hər bir sivilizasiya 

mədəniyyətin formalaşması və inkişafı üçün müxtəlif cür şərait yaradır. Sivilizasiya 

mədəniyyətdən təcrid olunmuş şəkildə mövcud olmur. Müəyyən müstəqilliyə malik 

olan,  öz  daxili  qanun  və  prinsipləri  ilə  inkişaf  edən  mədəniyyət  eyni  zamanda 

sivilizasiyanın bütün iqtisadi, sosial həyatı ilə sıx əlaqədədir və onun bütün tərəflərinə 

təsir göstərir. Mədəniyyət və sivilizasiyanın araşdırılması zamanı daha böyük tutumlu 




20

elə meyar tapmaq lazımdır ki, onun köməyi ilə həmin anlayışların təmas nöqtələrini 

və fərqlərini müəyyənləşdirmək mümkün olsun. Fikrimizcə, yalnız cəmiyyətin başlıca 

sərvəti olan insan belə bir meyar ola bilər. İnsan bu təzahürlərdə əlaqələndirici vəsilə 

kimi çıxış edir.

İctimai inkişaf tarixində bəzən sivilizasiya probleminə marağın xüsusilə artdığı 

müşahidə  olunur.  Bu  maraq  ən  çox  keçid  dövrləri  ilə,  sosial-siyasi  böhranlarla  bir 

vaxta düşür. Adamlar ictimai prosesləri bəşəriyyətin keçib gəldiyi yollar baxımından 

dərk  etməyə,  bu  günü  dünənlə  tutuşdurmağa,  gələcək  üçün  perspektivləri 

müəyyənləşdirməyə ciddi zərurət duyurlar.

Bəşər sivilizasiyasına marağın artması onunla izah olunur ki, böhranlı dövrlərdə 

texniki tərəqqinin əldə edilmiş səviyyəsi ilə mədəniyyət arasında ziddiyyətlər məsələsi 

xüsusilə  kəskin  şəkildə  qarşıda  durur.  Ümumbəşəri  əxlaqi  sərvətlərin  qiymətdən 

düşməsi də bu ziddiyyətlərin nəticəsidir.

Sivilizasiya  ictimai  həyatın  yüksək  spesifik  formasıdır.  İctimai  həyatın  bu 

formasında  insanların  birgə  fəaliyyəti,  bu  fəaliyyətin  və  onun  məhsullarının  ümumi 

mübadiləsi  baş  verir.  Vəhşilik  və  barbarlıq  mərhələsində  həmin  cəhətlər  yoxdur. 

Sivilizasiyanın formalaşması bu və ya digər bölgənin, yaxud qitənin maddi və mənəvi 

mədəniyyətinin  müəyyən  tarixi  vəziyyəti  ilə  bağlıdır.  Bu  tarixi  vəziyyətdə 

sivilizasiyanın  sərvətləri  bütün  bəşəriyyətin  malı  olur.  Hər  bir  sivilizasiya  юз 

nailiyyətləri  ilə  bəşəriyyəti  daha  bir  pillə  yüksəldir,  ətraf  mühiti  və  özlərini  dərk 

etməkdə insanlara kömək edir.

Sivilizasiya  problemi  həmişə  onun  inkişafının  ziddiyyətli  xarakterindən  irəli 

gələn  çoxlu  sual  doğurmuşdur.  Həmin  suallardan  bəziləri  bunlardır:  Sivilizasiya 

ümumbəşəri  sərvətlərin  itirilməsinə  doğru  aparмırmı?  Sivilizasiya  hamıya 

müyəssərdirmi?  Sivilizasiya  bizim  bu  gün  onu  qavradığımız  şəkildə  lazımdırmı? 

Onun qiyməti və dəyəri nədən ibarətdir?

Bəzilərinin  sivilizasiyaya  inamı,  digərlərinin  ona  pessimist  münasibəti 

sivilizasiyanın özündə mövcud olan real proseslərin ziddiyyətlərin adekvat inikasıdır. 



21

Buna  görə  də  filosofların,  sosioloqların  vəzifəsi  hər  halda  labüd  olan  ziddiyyətləri 

nəzəri şəkildə dərk etməkdən, onları cəsarətlə aşkara çıxarmaqdan ibarətdir.

Keçmiş dövrlərin böyük mütəfəkkirləri sivilizasiya ilə bəşəri tərəqqi arasındakı 

ziddiyyətlər  problemi  barədə  çox  düşünmüşlər.  Sosial  inkişaf,  sosial  ədalət,  insanın 

özünün vəziyyəti, dövlət təsisatlarının ona münasibəti бу mütəfəkkirlər üçün həmişə 

başlıca meyar olmuşdur. Böyük humanistlər elmdə, incəsənətdə, texnikada tərəqqinin 

rolunu  inkar  etmədən  tələb  etmişlər  ki,  sivilizasiya  xalqa  xidmət  göstərsin,  xalqın 

həyatını yaxşılaşdırmaq məqsədi güdsün. 

Sivilizasiyanın  inkişafı  bütün  bəşəriyyət  üçün  bir  istiqamətdə  cərəyan  edən 

proses  deyildir.  Sivilizasiyanın  bir  hissəsindəki  tərəqqi  onun  digər  bir  hissəsindəki 

tənəzzülлə müşayiət oluna bilər. İnsan sivilizasiyası və mədəniyyəti tarixi itkilərin və 

kəşflərin  çətin  yolunu  özündə  əks  etdirir.  Təsadüfi  deyildir  ki,  müasir  məişətin 

gündəlik problemlərini həll edərkən biz uzaq keçmişə müraciət edirik. Tarixi varislik 

prinsipi  elmin,  mədəniyyətin  inkişafının  əsas  prinsiplərindəndir.  Tarixin  hərtərəfli 

qavranılması nəinki keçmişin, həm də bu günün və gələcəyin dərk olunmasına kömək 

edir.

Müasir sivilizasiya böhran keçirir, buna görə də təbiət kimi onu da xilas etmək 



lazımdır.  Müasir  sivilizasiyanın  inkişafını  şərtləndirən  qanunlar,  böhranın  səbəbləri 

dəyişən dünyada insanın yerini və rolunu, onun səriştəlik səviyyəsini, mənəvi aləmini, 

tərəqqinin  inkişaf  perspektivini  və  istiqamətini,  bugünkü  və  sabahkı  sivilizasiyanın 

simasını  aydınlaşdırmağa  imkan  verir.  Həm  də  bu  zaman  daim  yadda  saxlamaq 

lazımdır ki, sivilizasiyanın meyarı hər şeydən əvvəl insandır. 

Ийирминжи  йцзиллик  başa  çatdı  və  tarixin  ikiminillik  dövrünə  son  qoyuldu. 

Bütün  bəşəriyyətlə  birlikdə  Azərbaycan  xalqı  XXI  əsrə  qədəm  qoydu.  Keçdiyimiz 

yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan 

vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti 

olan  ölkəmizin  həm  dünəninə,  həm  də  gələcəyinə  dərin  bir  məsuliyyət  hissi  ilə 

yanaşmalıdır.



22

Azərbaycanın taleyi elə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə 

sivilizasiyaларın qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin güclü təsirini 

öz üzərində hiss etmişdir. 

Cəmiyyət  və  sivilizasiyanın  inkişafında  texnika  çox  böyük  rol  oynayır.  Bunu 

müasir  dövrün  nümunəsində  də  görmək  olar.  Texnikanın  (birinci  növbədə  əmək 

alətlərinin,  rabitənin,  bütün  kommunikasiya  sistemlərinin  inkişafı)  tərəqqisi  insan 

həyatının  bütün  sahələrinə  güclü  təsir  göstərir.  Elmi-texniki  inkişafın  rasional 

idarəolunması  səmərəli  texnikaнын,  ona  əsaslanan  istehsalın  və  sosaial  mənafelərin 

optimal uzlaşmasıdır. 

Texnika insanların yaratdığı istehsal vasitələri və alətləri sisteminiн, habelə əmək 

prosesinin  həyata  keçirilməsini  təmin  edən  üsul  və  əməliyyatların,  qabiliyyət  və 

məharətlərin məcmusudur.

Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O, təkcə 

maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmır. O, özünə həm də mənəvi, məişət 

və  digər  qeyri-istehsal  xarakterli  tələbatları  ödəmək  üçün  istifadə  olunan  vasitələri 

daxil edir. 

Texnika  bir  tərəfdən  insan  əməyinin  və  biliyinin  inkişafı  nəticəsidir,  digər 

tərəfdən  isə  onları  həyata  keçirməyin  vasitəsidir.  O,  bəşəriyyətin  mövcudluğu  və 

inkişafının zəruri tərəfidir. Texnikanın başlıca funksiyası təbiəti və insan aləmini onun 

tələbat və arzularından doğan məqsədlərə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.

Hazırda  texnika  getdikcə  daha  çox  insanın  əqli  qabiliyyətlərinə  və  intellektual 

funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəticələrlə yanaşı, həm də böyük miqyaslı 

mənfi  nəticələr  törədə  bilər.  Buna  görə  də  indiki  şəraitdə  texniki  yeniliklər  tətbiq 

etməzdən  əvvəl  onları  geniş  və  dərin  sosial  ekspertizadan  keçirmək  tələb  olunur. 

Məsələn,  insan  kompüter  kimi  kibernetika  sistemи  yaratmaqla  sanki  özünün  fikri 

fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə əməliyyat 

aparmağı  bacaran  analoqunu  meydana  gətirir.  Doğrudur,  o,  insan  beyninin  bütün 

funksiyalarını  onun  əlindən  almır.  Bununla  belə  son  dərəcə  güclü  EHM  ilə  insan 



23

arasında  qarşılıqlı  münasibətlərin  yeni  humanitar  tərəfi  özünü  göstərir.  Bu  isə  öz 

növbəsində  bir  çox  problemlər  doğurur.  Çünki  insan  ilə  maşının  qarşılıqlı  təsiri, 

fikirləşən, hiss edən, şüur və iradəyə malik mövcudлуг ilə cansız, öz təbiətinə görə 

qeyri-bioloji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir.  

Fransa tədqiqatçısı J.Ellül dövlət və texnika sahəsində əsl inqilab etməyə çağırır. 

Onun fikrincə, bunun üçün aşağıdakıları həyata keçirmək tələb  olunur:

–  Qərb,  öz  istehsal  sahələrində  yenidənqurma  apararaq,  üçüncü  dünyaya  tam 

təmənnasız köməklik göstərməlidir;

–  Hərbi  qüvvədən,  ümumiyyətlə  təzyiq  vasitələrindən  imtina  etmək, 

mərkəzləşdirilmiş dövlət aparatını ləğv etmək (kiçik istehsal vahidləri yaratmaq, kiçik 

enerji mənbələri, çevik metodika, həyat üslubu və tərzinin müxtəlifliyini təmin etmək, 

həyat keyfiyyətini yaxşılaşdırmaq);

–  İnsan  qabiliyyətlərini  üzə  çıxarmaq,  məşğuliyyət  növlərini  artırmaq  (milli 

mədəniyyətlərin çiçəklənməsi, azsaylı xalqların mədəni muxtariyyət şəklində inkişafı 

üçün bütün şəraitin yaradılması);

–  İş  vaxtının  ixtisarı  (bunun  hesabına  insan  daha  çox  asudə  vaxtında  öz 

mənzilinə, mühitə, xırda iş sahələrinə diqqətini artıracaq; bəlkə 2 saat işləmək kifayət 

olacaq);

– Tərəqqi istehsal olunmuş sərvətlərlə yox, qənaət edilmiş insan əməyi və vaxtı 

ilə ölçülür. 

D.Bell iqtisadi və sosial həyatda baş verən dəyişikliklərə postindustrial mərhələ, 

telekommunikasiya  inqilabı  adını  verir.  Bunun  üç  cəhətini  qeyd  edir:  1)  sənaye 

cəmiyyətindən servis (xidmətedici) cəmiyyətə keçid; 2) texnoloji yeniliklərin həyata 

keçirilməsində kodlaşdırılmış nəzəri biliyin artırılmasının böyük əhəmiyyəti; 3) yeni 

intellektual  texnologiyanın,  qərarların  qəbulu,  бунларын  nəzəri  və  sistemli  təhlil 

alətinə  çevrilməsi.  Bu  cəmiyyətin  bir  sıra  xüsusiyyətləri  göz  qabağındadır;  əsas 

amillərin – informasiya və biliklərin olması, cəmiyyətin getdikcə daha açıq və qeyri-




24

müəyyən olması, modelləşdirmə və proqnozlaşdırma imkanlarının azalması, telefon, 

kompцter,  telekommunikasiya  və  məlumatın  işlənilməsinin  vahid  bir  modeldə 

birləşməsi,  hakimiyyət  tərəfindən  informasiyadan  qərəzli  istifadə  edilməsi,  ictimai 

həyatın  müxtəlif  sahələrinin  əlaqələndirilməsinin  getdikcə  mürəkkəb  bir  məsələyə 

çevrilməsi və s.

Göründüyü  kimi,  XXI  əsr  insanları  birləşdirə  biləcək  universal  elektron 

informasiya  sisteminin  təkamülü  əsridir.  Texnika  və  texnologiya  misli  görünməmiş 



informasiya və kommunikasiya imkanlarına malikdir.

Yüklə 420,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin