MühazirəÇI: MÜhaziRƏNİn plani mədəniyyət və sivilizasiya, onların qarşılıqlı əlaqəsi və fərqli cəhətləri


Fakültənin Elmi-metodiki şurasında təsdiq olunmuşdur



Yüklə 420,01 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix31.12.2021
ölçüsü420,01 Kb.
#49634
növüMühazirə
1   2   3   4
ACFrOgBL38J7t4SynkP9uf23Xv n9iYpiXz Ii6yavuZy1EeUPS1qxe2C8R6AUQOwRi3IwRgEllnDREedw8J919qTo3 K1Ty1ZNO19enYQu-UCjQbTbj74NRWXSdRsfR2WeM8wC00sT-THVDu5ub

Fakültənin Elmi-metodiki şurasında təsdiq olunmuşdur

Protokol №15,    12.07.2017

Bakı-2017


2

Mədəniyyətin sosiologiyası.  Mədəniyyət və sivilizasiya

1.Mədəniyyət və sivilizasiya, onların qarşılıqlı əlaqəsi və fərqli cəhətləri

Mədəniyyətin  sosiologiyasına  cəmiyyətin  sosial  və  mədəni  inkişaf 

qanunauyğunluqları  və  sosial  münasibətləri,  sosial  struktur  dəyişikliyi,  mədəniyyət 

ünsürlərinin təsiri, sosial institutlar çərçivəsində insan fəaliyyətinin formaları daxildir. 

O,  çox  mürəkkəb  ictimai  hadisədir.  Mədəniyyət  insanlar  tərəfindən  yaradılmış 

sərvətlərlə bərabər bu sərvətləri yaradanın fəaliyyəti ilə birlikdə mövcuddur. Odur ki, 

mədəniyyət  deyərkən  insan  fəaliyyətinin  üsulları,  nəticələri,  yaratdığı  sərvətlərin 

ümumi toplusu nəzərdə tutulur. 

Mədəniyyət və sivilizasiya anlayışları haqqında geniş və əhatəli təsəvvürə malik 

olmaq  baxımdan  ilk  öncə  həmin  anlayışların  müqayisəli  təhlili  və  nisbətinin 

müəyyənləşdirilməsi  vacibdir.  Belə  müqayisəli  təhlil  əvvəlcə  «mədəniyyət» 

anlayışının  açıqlanmasına  əsaslanmalıdır.  Çünki  «sivilizasiya»  anlayışı  ilə 

müqayisədə  mədəniyyət  daha  geniş  anlayışdır.  Digər  tərəfdən  isə  o,  universal 

şəxsiyyətin – hərtərəfli təhsilə, yüksək intellektual səviyyəyə malik, tərbiyəli, elmin, 

incəsənətin  inkişafına,  cəmiyyətin  tərəqqisinə  təsir  göstərməyə  qadir  olan  insanın 

formalaşmasının qüdrətli vasitəsidir. 

Mədəniyyət  cəmiyyətlə  sıx  bağlıdır.  Əgər  cəmiyyət  qarşılıqlı  fəaliyyətdə  və 

münasibətdə  olan  insanların  məcmuudursa,  mədəniyyət  insanların  fəaliyyəti 

nəticəsində  yaradılanların  toplusudur.  Mədəniyyət  anlayışının  təşəkkülü  mənşə 

etibarilə  Qədim  Roma  dövrünə  təsadüf  edir.  Həmin  anlayışı  ilk  dəfə  Siseron 

işlətmişdir.  Mədəniyyət  məfhumu  latın  dilində  «cultura»  sözündən  əmələ  gəlib, 

«becərmə»,  «hazır  şəklə  salma»,  «tərbiyə»,  «inkişaf»  mənasında  səciyyələnir.  İlk 

başlanğıcında  o,  torpağın  becərilməsi,  başqa  sözlə,  yaxşı  məhsul  almaq  məqsədilə 

onun  insan  tərəfindən  dəyişdirilməsi  kimi  səciyyələnmişdir.  Xeyli  sonralar 

mədəniyyət  xalqların  həyatının  və  yaradıcılığının  təzahürünün  məcmuu  kimi 

mənalanmışdır.  Mədəniyyət  termini  müstəqil  əhəmiyyət  kəsb  etmək  etibarilə  daha 

tam  şəkildə  XVII  əsrdə  istifadə  olunmuşdur.  Alman  tarixçisi  S.Pyfendorfun 



3

formalaşdırdığı  mədəniyyət  anlayışı  özündə  ümumiyyətlə  insani,  xüsusilə  ictimai 

təsisatları, paltarı, dili, elmi, əxlaqı ehtiva edir.

Elmi  ədəbiyyatda  belə  bir  mülahizə  mövcuddur  ki,  yalnız  məşhur  ingilis 

antropoloqu E.B.Taylorun «Bəşəriyyətin qədim tarixinin kəşfi» adlı əsərinin meydana 

çıxması  ilə  (1866-cı  il)  mədəniyyət  termini  elmi  cəhətdən  əsaslandırıldı.  Hazırda 

mədəniyyətin alimlər tərəfindən verilən 500-dən artıq tərifi mövcuddur. 

Hər  bir  xalqın  mövcudluğu  onun  mədəniyyəti  ilə  qırılmaz  surətdə  əlaqədardır. 

Mədəniyyətin ən geniş formada 2 növünü ayırmaq olar: maddi mədəniyyət və mənəvi 

mədəniyyət.

İbtidai  insanların  düzəltdikləri  daş  və  ağac  alətlərdən  tutmuş  müasir  mürəkkəb 

mexanizmlərədək,  kahalardan  tutmuş  saraylaradək  hamısı  maddi  mədəniyyət 

nümunələri  hesab  olunur.  Şübhəsiz  ki,  bu  bölgü  nisbidir.  Belə  ki,  mədəniyyətin 

növləri bir-birilə sıx əlaqədardır. İstehsal prosesi insanın əqli əməyi olmadan həyata 

keçirilə  bilməz.  Digər  tərəfdən  mənəvi  tərəqqi  istehsalın  inkişaf  səviyyəsindən 

asılıdır.  Həm  də  mənəvi  fəaliyyətin  məhsulları  maddi  formalarda  –  əlyazmalar, 

kitablar, şəkillər, notlar, layihələr şəklində meydana gəlir.

Mənəvi  mədəniyyət  cəmiyyətin  mənəvi  sərvətlərinin  инсанлар  тяряфиндян 

istifadə  olunması  prosesidir.  Mənəvi  mədəniyyətə  insanın  mənəvi  fəaliyyətinin 

nəticələri olan elm, fəlsəfə, incəsənət, əxlaq, siyasət, hüquq və müvafiq elmi idarələr, 

cəmiyyətin intellektual və mənəvi inkişaf dərəcəsi aiddir.

Hər  bir  insan  uşaq  yaşlarından  müəyyən  mədəniyyətin  –  predmetlərin, 

ideyaların, sərvətlərin, davranış nümunələrinin təsiri altında olur. İnsanın tərbiyəsi və 

təhsili  məhz  mədəniyyətə  qovuşmasından,  cəmiyyətin  topladığı  bilikləri,  təcrübəni, 

vərdişləri, mənəvi sərvətləri, habelə cəmiyyətdə qəbul olunmuş davranış normalarını 

mənimsəməsindən asılıdır. 

Cəmiyyətdəki  obyektiv  şəraitdən  və  subyektiv  amillərin  fəaliyyətindən  asılı 

olaraq  insan  mədəniyyətin  həm  yaradıcısı,  həm  də  məhsuludur.  Bu  üzdən  mədəni 




4

tərəqqi  prosesi  maddi  və  mənəvi  sərvətlərin  toplanması  mənasında  deyil,  bəşər 

mədəniyyətinin  irəliyə  doğru  inkişafı,  adamların  tarixən  təşəkkül  tapan  mənəvi 

fəaliyyətinin  təkmilləşməsi  və  yetkinləşməsi  kimi  çıxış  edir.  Adamların  mənəvi 

fəaliyyətinin  nəticələrini  əhatə  edən  mənəvi  mədəniyyət  maddi  mədəniyyətlə  əlaqə 

daşıyır. 

Mənəvi  mədəniyyət  nəinki  yaradılan  və  yaradılmaqda  olan  mənəvi  sərvətlərin 

məcmusunu və istehsalını, mövcud cəmiyyətin əvvəlki inkişaf mərhələsindən mədəni 

irs  kimi  saxladığı  sərvətləri,  həmçinin  mənəvi  sərvətlərin  yayılması  və  istehlakını 

ehtiva  edir,  mədəniyyət  müəssisələrini,  təhsil  sistemini  və  kütləvi  informasiya 

vasitələrini  özündə  birləşdirir.  Mədəniyyət  müəssisələri  və  kütləvi  informasiya 

vasitələri  mənəvi  mədəniyyətin  istehsalı,  yayılması  və  saxlanmasında  mühüm  rol 

oynayır.

Mənəvi mədəniyyət bu və ya digər dərəcədə ictimai həyatın bütün sferalarında 

nəzərə  çarpır.  Lakin  mənəvi  mədəniyyət  daha  əhatəli,  geniş  və  çoxcəhətli  şəkildə 

mənəvi  həyat  sferasında  öz  əksini  tapır.  Mənəvi  mədəniyyət  cəmiyyətin  mənəvi 

həyatının inkişaf etməkdə olan keyfiyyətcə müəyyən tipi kimi çıxış edir.

Mənəvi mədəniyyət həmçinin bu və digər sosial sistemdə formalaşan şəxsiyyətin 

mənəvi  aləmini  də  ifadə  edir.  Hər  bir  cəmiyyətin  mənəvi  həyatı  həmin  cəmiyyətdə 

mənəvi  mədəniyyətin  inkişaf  dərəcəsi  və  nailiyyətləri  ilə  səciyyələnir.  Mənəvi 

mədəniyyət  mənəvi  həyatın  bütün  mədəni  nəticələrini  əhatə  edir.  Deməli,  «mənəvi 

həyat»  və  «mənəvi  mədəniyyət»  anlayışları  bir-birinin  sinonimi  kimi  çıxış  etmir. 

Mənəvi  həyat  daha  geniş  anlayışdır,  mənəvi  mədəniyyət  isə  onun  çox  mühüm 

tərəflərindən  biridir.  Həmin  anlayışlar  ümumi  məzmununa  görə  bir-birinə  uyğun 

gəlsələr  də,  mədəniyyət  mənəvi  həyatdan  sistemliliyi,  nizama  salınmış  strukturu, 

tərtibatı və normaya düşmüş vəziyyəti ilə fərqlənir.

Cəmiyyətin mənəvi mədəniyyəti onun mənəvi həyatı ilə qırılmaz əlaqə kəsb edir 

və bir-biri ilə qarşılıqlı təsirə malikdir. Mənəvi mədəniyyət nə qədər çox inkişaf etmiş 

olarsa, mənəvi həyat da bir o qədər zəngin olar. Eyni zamanda mənəvi həyatın inkişafı 



5

mənəvi mədəniyyəti zənginləşdirir.

Bildiyimiz kimi hər bir mədəniyyətin əsasını onun dili təşkil edir. Dil obyektiv 

mənada,  insan  təcrübəsinin  qorunub  saxlanmasına,  ötürülməsinə  xidmət  edir. 

Mədəniyyətin  daha  bir  tərkib  elementi  –  əqidə,  inam  və  bilikdir.  İnsan  biliyə 

yiyələnməklə sosial prosesləri, ideyaları daha düzgün dərk edir. Məhz bilik əldə edən 

insanda əqidə, nəyəsə inam formalaşır. Bu yolla mədəniyyət cəmiyyətin yeni üzvlərini 

formalaşdırır,  onlara  özlərini  necə  aparmaq,  qarşıya  həyati  məqsədlər  qoyub  onlara 

çatmaq üçün nə etmək lazım olduğunu öyrədir.  

Ümumiyyətlə,  mədəniyyətin  insan  həyatında  və  cəmiyyətdə  rolunu  bir-birilə 

qarşılıqlı əlaqədə olan 4 əsas funksiya yerinə yetirir:

Maarifləndirici  funksiya  –  nə  qədər  insanlar  maariflənərsə,  bir  o  qədər  yüksək 

mədəniyyət sahibi olarlar. 

Tərbiyəvi funksiya – insanlar cəmiyyətdə yaşamaq qaydalarını sosial norma və 

dəyərlərə  yiyələndikdən  sonra  öyrənirlər.  Hər  hansı  bir  ailədə  dünyaya  gələn  insan 

doğulduğu  ilk  gündən  mövcud  şəraitin,  əşyaların,  görüşlərin,  inamların,  uşaqları 

tərbiyə metodlarının və s. təsirinə məruz qalır. 

Sosial  varlığın  mühafizə  edilməsi  funksiyası  –  mədəniyyət  sosial  varlığı 

qorumaqla yanaşı onu yaradıcı surətdə inkişaf etdirir.    

Varislik  funksiyası  –  hər  bir  mədəniyyətin  daxilində  yeni  mədəni  dəyərlər 

formalaşır.  Cəmiyyətin  yeni  tələbatına  cavab  verməyən  neqativ  amillər  sıxışdırılıb 

çıxarılır.  Lakin  bu  prosesdə  tarixən  formalaşan  əsas  mədəni  dəyərlər,  normalar 

qorunub  saxlanılmalıdır.  Varislik  mədəniyyətin  qanunauyğun  inkişafı  olub,  onun 

tərəqqisini təmin edir.

Tənzimləyici funksiya – bu funksiya bir növ ikinci funksiyanın davamıdır. Belə 

ki, mədəniyyət insan davranışını müəyyən çərçivəyə, normaya salır. 

Birləşdirici  funksiya  –  cəmiyyətdə  yaşayan  insanların  birliyini  təmin  edir. 



6

Mədəniyyət  bir-birinə  zidd  olan,  lakin  üzvi  surətdə  əlaqədar  proseslərin  vəhdətində 

özünü göstərir. 

Hər  bir  cəmiyyət  özünü  təkrarlamayan,  özünəməxsus  milli  mədəniyyətя 

malikdir.  Müxtəlif  xalqların  və  ölkələrin  mədəniyyətləri  bir-birindən  fərqlənir.  Bu 

üzdən  sosiologiyada  mədəniyyətlərin  fərqlərini  özündə  əks  etdirən  çoxlu  sayda 

bölgülərə  rast  gəlmək  olar.  Üfüqi  nöqteyi-nəzərdən  mədəniyyətin  tipologiyasını 

aşağıdakılar  kimi  bölmək  olar:  sivil,  regional,  etnik,  milli,  lokal.  Şaquli  nöqteyi-

nəzərdən  isə  mədəniyyət  üstünlük  təşkil  edən  mədəniyyət,  submədəniyyət 

(mədəniyyətin daxilində) və əks mədəniyyətə ayrılır.

Bu  sadaladığımız  tiplərdən  başqa  sosiologiyada  mədəniyyətlərə  qiymət  vermə 

baxımından  mövcud  olan  yanaşmalar  da  var  ki,  onları  da  təxmini  olaraq  üç  yerə 

bölmək olar:

Etnosentrizm – bu yanaşmanın tərəfdarları bütün mədəniyyətləri öz səviyyələrinə 

münasib  çevirmək  istəyirlər.  Məsələn,  Аmerika  mədəniyyətini  buna  misal  çəkmək 

olar. Amerikalılar heç yerdə, heç kimə, heç bir mədəniyyətə uyğunlaşmaq istəmirlər, 

əksinə, onlara uyğunlaşmağa məcbur edirlər.

Mədəni  relyativizm  isə  əksinə,  belə  hesab  edir  ki,  hər  şey  təxmini  və 

müqayisəlidir.  Hər  bir  mədəniyyətə  özünəməxsus  formada  qiymət  vermək,  ону  öz 

dəyər və normalarına görə qəbul etmək lazımdır.

Daha məqsədəuyğun yanaşma növü mədəni inteqrasiyadır (birləşmə). Yəni hər 

bir  xalq  və  ya  ölkə  öz  mədəniyyətini  saxlamaqla  digər  mədəniyyətlərdən  yaxşı 

cəhətləri  qəbul  etsinlər.  Almanlar  intizamlı  olmağı,  işdə  dəqiqlik  və  tələbkarlıq 

keyfiyyətini,  yaponlar  əməksevərliyi,  amerikalılar  məişət  abadlığı  yaratmaq  əzmi, 

fransızlar nəzakətliliyi ilə fərqlənirlər.

Biz  cəmiyyətin  tərkibində  müxtəlif  sayda  qrupların  olduğunu  qeyd  etmişdik. 

«Mədəniyyət  kimlərin  tərəfindən  yaradılır?»  sualını  cavablandırmaq  üçün  onun 

tərkibində  aşağıdakı  sosial  birliklərin  mədəniyyətini  öyrənmək  əhəmiyyətlidir:  еlitar 




7

mədəniyyət, xalq mədəniyyəti və kütləvi mədəniyyət.

Elitar  mədəniyyət  yaradıcı  və  yüksək  intellektə  malik  olan  insanlar  tərəfindən 

yaradılır  (musiqiçilər,  yazıçılar,  artistlər,  rəssamlar).  Xalq  mədəniyyətini  xalq  özü 

yaradır. Onun əsasını miflər, əfsanələr, nağıllar, xalq mahnıları və s. təşkil edir. Bu 

mədəniyyətdən  də  sözsüz  ki,  müasir  mədəniyyət  bəhrələnir.  Kütləvi  mədəniyyət 

müasir  dövrün  mədəniyyətinə  aiddir.  İndustrial  cəmiyyətin  yaranması  mədəniyyətin 

kütləvi  xarakter  almasına  güclü  təsir  etdi.  Qloballaşma  prosesi  də  mədəniyyətin 

kütləviləşməsində  mühüm  rol  oynayır.  Kütləvi  informasiya  vasitələri,  kütləvi 

hərəkatlar,  kütləvi  tələbatların  ödənilməsi,  kütləvi  incəsənətin  yaranması  bu 

mədəniyyətin  mühüm  cəhətləridir.  Kütləvi  mədəniyyət  daha  çox  əyləncə  xarakteri 

daşıyır və onu daha çox gənclərə аид etmək düzgün olardı.

1.  Kommunikativ  ünsür.  Dünyada  yaşayan  xalqların  dilləri  müxtəlif  olduğuna 

görə  mədəniyyət  mühüm  kommunikativ  ünsürdür.  O,  xalqlar  arasında  əməkdaşlıq 

vasitəsidir. İşarə və simvollar vasitəsilə mühüm informasiya əldə edilir.

2. İdrak ünsürü. Cəmiyyətdə yaranan mədəni dəyərlər idrak vasitəsilə dərk edilir 

və  mənimsənilir.  Dəyərlər  sistem  halında  insan  davranışını  tənzimləyir.  Dəyərli 

fəaliyyətin məqsədləri cəmiyyət tərəfindən ictimai-tarixi fəaliyyət prosesində işlənilib 

hazırlanır və fərdlər tərəfindən sonrakı nəsillərə verilir. 

3.  Mədəni  normalar  ünsürü  иnsanların  davranışı,  qarşılıqlı  əməkdaşlığı 

prosesində  formalaşır.  Adətlər,  ənənələr,  mərasimlər  mədəniyyətin  normaları  kimi 

meydana gəlmişdir. Cəmiyyət inkişaf etdikcə mədəniyyət normaları yeni sərvətlərlə 

zənginləşir,  sosial-mədəni  varlığı  qoruyur,  onu  tənzim  edir,  yad  ünsürləri 

kənarlaşdırır. Sosial normalar sosial qrupların fəaliyyətini əlaqələndirir, sosial nəzarəti 

təmin edir. Mədəniyyət normaları arasında əxlaqi normalar mühüm yer tutur.

Mədəniyyətin xüsusiyyətləri isə aşağıdakılardır:

–  Mədəniyyət  formaca  milli,  məzmunca  beynəlmiləl,  ümumbəşəri  xarakter 

daşıyır. Yəni hər bir milli mədəniyyəti диэяр мядяниййятляри zənginləşdirmiş olur. 




8

Odur  ki,  ümumdünya  mədəniyyətini  heç  bir  xalqın  müstəsna  xidmətinin  məhsulu 

hesab etmək olmaz.

– Mədəniyyətin fərqləndirici xüsusiyyətlərindən biri də onun humanist xarakter 

daşımasıdır.  İnsan  mədəniyyət  və  onun  problemlərinin  mərkəzində  dayanan  əsas 

amildir. O, maddi və mənəvi sərvətləri yaradan elə bir biososial varlıqdır ki, əsrlərdən 

bəri  dini,  irqi,  milli  və  s.  fərqlərdən  asılı  olmayaraq,  həm  də  bu  sərvətlərin  başlıca 

daşıyıcısı  olmuşdur.  Başqa  sözlə  desək,  insan  yer  üzərində  yaranmış  ən  qüdrətli 

mədəniyyət abidəsidir.

–  Mədəniyyətin  digər  xüsusiyyəti  onun  ekspansiv  (yayılmaq)  xarakter 

daşımasıdır.  Dünya  xalqlarının  və  millətlərinin  tarixi  təcrübəsi  göstərir  ki,  milli 

mədəniyyəti  qədim  və  yüksək  olan  xalq  başqa  bir  xalq  tərəfindən  istilaya  məruz 

qaldıqda onun mədəniyyəti nəinki assimilyasiyaya uğramır, əksinə, əsarətя alan xalqa 

hardasa öz mədəniyyətini qəbul etdirir. Mədəniyyəti və dili təkmilləşmiş xalqlar başqa 

xalqlara daha tez təsir göstərə bilirlər. Məsələn, 18-ci əsrdə Avropada fransız dilində 

danışan və fransız mədəniyyətinə yiyələnən adamlara xüsusən hörmətlə yanaşırdılar. 

–  Mədəniyyətin  mühüm  xüsusiyyətlərindən  biri  də  onun  tarixən  yeni  dəyərlər 

əsasında dinamik inkişaf etməsidir. Qəbilə, tayfa, xalq, millət kimi insan birliklərinə 

xidmət edən bir çox mədəniyyət nümunələri tarixən inkişaf etdirilib təkmilləşdirilmiş, 

digərləri isə köhnəlib aradan çıxmışdır. Latın dilini misal gətirib söyləmək olar ki, indi 

bu  dildə  danışan  yoxdur,  lakin  dünyanın  bütün  ölkələrində  reseptlər  latın  dilində 

yazılır.


–  Mədəniyyətin  xüsusiyyətlərindən  biri  də,  onun  digər  mədəniyyətlərlə,  tarixi 

dövrlərdə yaranan dəyərlərlə qarşılıqlı əlaqəsidir. Hər bir mədəniyyət özündən əvvəl 

yaranmış  mədəniyyət  növlərindən  bəhrələnir,  onun  ən  yaxşı  nümunələrini  gələcək 

nəslə çatdırır.

–  Mədəniyyətin  digər  xüsusiyyətlərindən  biri  də  diskrutivliyi  və  habelə  diskret 

olması,  yəni  fasiləsiz  şəkildə  inkişaf  etməsi  və  bu  fasiləsizlikdə  müəyyən  bir 

mərhələnin olmasıdır.



9

– Bunlarla yanaşı mədəniyyətin bir xüsusiyyətini də - onun sinkretizmini, yəni 

bölünməzliyini, vəhdətini qeyd etmək lazımdır. Dünyada bütün mədəniyyətlər əslində 

eyni bir cəhətə, bir-birinə yaxınlaşma və bir-birini zənginləşdirmə kimi xüsusiyyətlərə 

malikdir.

–  İctimai-siyasi  fikir  tarixində  elə  nəzəriyyələr  də  olmuşdur  ki,  onlar 

mədəniyyətin  mühüm  bir  xüsusiyyəti  kimi  onun  sinfi  xarakter  daşıdığını  birinci 

dərəcəli  məsələ  kimi  irəli  sürmüşlər.  Məsələn,  marksizmə  görə  antoqonist  siniflərə 

bölünmüş cəmiyyətlərdə mənəvi mədəniyyət öz məzmunu etibarilə vahid olmur.

Göründüyü kimi, mədəniyyətin tipləri və növlərinin zəngin siyahısı var. Çoxsaylı 

meyarlara  əsaslanaraq  onun  yeni-yeni  növlərini,  tiplərini  müəyyənləşdirmək 

mümkündür:

Milli mədəniyyət – millətin yaranmasını, özünəməxsusluğunu, özünüdərketməni 

şərtləndirən  əsas  amillərdən  biridir.  Milli  mədəniyyətə  milli  birliyi  səciyyələndirən 

simvollar, inamlar, dəyərlər, normalar, milli şüur, milli ədəbiyyat, incəsənət daxildir. 

Çoxmillətli  ölkələrdə  həyata  keçirilən  milli  siyasət  milli  mədəniyyətlər  arasında 

əməkdaşlığı  gücləndirir.  Çoxluq  təşkil  edən  millətin  mədəniyyəti  aparıcı  yer  tutur. 

Azərbaycanda  kapitalist  münasibətlərin  inkişafı  milli  burjuaziyanın  formalaşması, 

milli  bədii  ədəbiyyatın,  incəsənətin,  milli  şüurun  formalaşması  nəticəsində  milli 

mədəniyyət  yaranmışdır.  Azərbaycan  Respublikası  milli  mədəniyyəti,  milli  dili 

qoruyur və onu inkişaf etdirir.

Siyasi mədəniyyət. Ümumi mədəniyyətin мцщцм тяркиб щиссяляриндян biri 

də  siyasi  mədəniyyətdir.  Siyasi  mədəniyyətin  strukturuna  siyasi  psixologiya,  siyasi 

şüur,  siyasi  bilik,  siyasi  idrak  və  siyasi  sistemin  idarə  olunması  daxildir.  Siyasi 

mədəniyyəti  yüksək  olan  xalq  demokratik  siyasi  idarəetmə  quruluşunu,  vətəndaş 

cəmiyyətini və hüquqi dövləti yaradır. Siyasi mədəniyyət insanların siyasi davranışını 

tənzimляйир, onların siyasətdə iştirakını fəallaşdırır.

«Sivilizasiya» termini isə şəhər sakini olan vətəndaşa aid edilən latınca «sivilis» 

sözündən yaranıb. Lakin bu sözün mənası tədricən genişlənir, onun etimologiyası və 



10

başlanğıcda işlədilən mənası sonralar başqa məzmun qazanır.

«Sivilizasiya»  anlayışını  «vətəndaş»,  «dövlət»,  «cəmiyyət»  mənasında  qəbul 

edən İbn Xaldun göstərirdi ki, konkret bir dövlət, siyasi quruluş meydana gəlir, inkişaf 

edir və nəticədə tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır. 

Mədəniyyətin  xüsusi  sferası  kimi  onun  ən  böyük  kompleksi  sivilizasiyadır. 

Düzdür, sivilizasiyanı tez-tez mədəniyyətlə eyniləşdirmək cəhdlərinə təsadüf olunur. 

Bununla müəyyən mənada razılaşmaq olsa da, həmin iki məfhum həmişə bir-birinin 

sinonimi kimi işlədilmir.

Sivilizasiya problemi bu gün ön plana keçmişdir. Bu problemə maraq bir neçə 

səbəblə  şərtlənir.  Əvvəla,  müasir  dünyada  elmi-texniki  inqilabın  inkişafı  Qərbin  və 

Şərqin  bütün  ölkələrində  istehsalın  avtomatlaşdırılmış,  informasiyalı  və  texnoloji 

üsulunun sürətlə formalaşmasına imkan yaradır. İkincisi, Qərb və Şərq sivilizasiyası 

ilə əlaqədar mübahisələr bu gün həmişəkindən daha artıq dərəcədə nəzərə çarpır.

Sivilizasiya  alimlər  tərəfindən  iki  mənada  başa  düşülür.  Birinci  halda 

«sivilizasiya» sözü «barbarlığı» əvəz edən tarixi dövr kimi qeyd edilir, başqa sözlə, o, 

bəşəriyyətin inkişafının yüksək mərhələsini ifadə edir. İkinci halda sivilizasiya coğrafi 

məkanla  əlaqələndirilir,  yəni  lokal  (yerli),  regional  və  qlobal  sivilizasiya  mənasında 

səciyyələndirilir,  məsələn,  Şərq  və  Qərb  sivilizasiyası.  Belə  sivilizasiyalar  iqtisadi 

quruluşla  və  mədəniyyətlə  fərqləndirilir.  Şərq  və  Qərb  sivilizasiyaları  spesifik 

dəyərlərə,  fəlsəfəyə,  həyat  prinsiplərinə  əsaslanmaqla  məhz  iqtisadi  sistemləri  və 

mədəniyyətləri ilə fərqlənirlər. 

Sivilizasiya  termini  elmi  ədəbiyyatda  XVIII  əsrdə  təzahür  etmişdir  (Türqo, 

Mirabo,  Ferqцson  tərəfindən  işlədilmişdir).  Fransız  tarixçisi  L.Favr  iddia  edir  ki, 

«sivilizasiya» təkamülü ilk öncə elmin və texnikanın inkişafı ilə şərtlənir.

Sivilizasiyaya  aid  yuxarıdakı  mülahizələrdən  aydın  olur  ki,  mədəniyyət 

bəşəriyyətin sosial tarixinin universal və qədim kateqoriyasıdır. Sivilizasiyanın fəallıq 

sferası  isə  maddi  mədəniyyətlə  məhdudlaşır  və  yalnız  cəmiyyətin  təkamülünün 




11

müəyyən  mərhələlərində  təzahür  edir.  Sivilizasiyanın  təsnifatı  elmdə  mürəkkəb 

problem  kimi  səciyyələnir  və  böyük  fikir  ayrılığı  ilə  diqqəti  cəlb  edir.  İstər-istəməz 

ayrı-ayrı  müəlliflər  sivilizasiyaların  əsasının  müxtəlif    prinsiplərlə  müəyyənləşdiyini 

bildirirlər.  Sivilizasiyanın  ətraflı  təsnifatını  A.Toynbi  özünün  «Tarixin  başa 

düşülməsi» əsərində işləyib hazırlamışdır. O, həmin əsərində 21 canlı və məhv olmuş 

sivilizasiyanın  mövcudluğunu  göstərir.  Toynbinin  nöqteyi-nəzəri  və  sivilizasiyanı 

müəyyənləşdirməsi 

prinsipləri 

ciddi 


tənqidə 

məruz 


qalsa 

da 


onun 

sistemləşdirməsindən tez-tez istifadə olunur. O, Şpenqlerə görə sivilizasiya son dərəcə 

texnologiyaya  aid  olduğundan  mədəniyyətin  antitezası  (ona  qarşı  buran)  kimi 

səciyyələnir. О.Şpenqlerə qədər belə konsepsiyanı K.L.Leontyev inkişaf etdirmişdir. 

N.Y.Danilovski və A.Toynbi iddia edirlər ki, dünya sivilizasiyası xəyaldır, real tarixə 

məhz  lokal  sivilizasiya  yiyələnir.  Həmin  fikirlə  razılaşan  P.Sorokinə  görə  lokal 

sivilizasiya  xüsusi  ideoloji  prinsiplər  və  mədəniyyət  sərvətləri  əsasında  qurulan 

bənzərsiz  sistemdir.  Sivilizasiya  probleminin  görkəmli  tədqiqatçısı  sayılan  fransız 

alimi  F.Brodel  belə  qənaətə  gəlir  ki,  sivilizasiya  qarşılıqlı  fəaliyyətdə  olan  sosial, 

iqtisadi, siyasi və mədəni-psixoloji yarımsistemlərin məcmusundan əmələ gələn bütöv 

tarixi  sistemdir.  «Sivilizasiya»  sözü  ilk  dəfə  1766-cı  ildə  fransız  mətnində  (Holbax 

tərəfindən), 1773-cü ildə isə ingilis mətnində işlədilmişdir. Almaniya «mədəniyyət» 

termininin mənəvi vətəni hesab olunursa, müəyyən mənada Fransanı da «sivilizasiya» 

termininin vətəni saymaq olar.

XIX  əsrin  başlanğıcında  meydana  çıxan  «sivilizasiyanın  etnoqrafik 

konsepsiyasının»  əsasını  belə  təsəvvür  təşkil  edir  ki,  hər  bir  xalqın  öz  sivilizasiyası 

vardır  (T.İuffrua).  XVIII  əsrin  ikinci  yarısında  –  XIX  əsrin  başlanğıcında 

«sivilizasiyanın» başa düşülməsində bütövlükdə üç nöqteyi-nəzər mövcud idi:

1. unitar  (sivilizasiya  vahid  bütövlük  kəsb  etməklə  bəşəriyyətin  mütərəqqi 

inkişaf idealı kimi);

2. mərhələli  (sivilizasiya  bütövlüyə  malik  olmaqla  bəşəriyyətin  inkişaf 

mərhələsi kimi);

3. lokal-tarixi (sivilizasiya keyfiyyətcə müxtəlif unikal etnik və ya tarixi-ictimai 



12

birlik  kimi).  Həmin  dövrdə  F.Gizo  özünün  «Sivilizasiyanın  etnotarixi 

konsepsiyası»nda bildirирdi ki, bir tərəfdən lokal (yerli) sivilizasiyalar, digər 

tərəfdən  isə  onların  üzərində  yüksələn  insan  cəmiyyətinin  tərəqqisi 

sivilizasiyası təşəkkül tapır və inkişaf edir. 

Hazırda elmi ədəbiyyatda sivilizasiya çoxmənalı məzmun kəsb edən termin kimi 

başa düşülür: 

1. Sivilizasiya mədəniyyətin sinonimi kimi mənalandırılır.

2. Sivilizasiya  vəhşilik  və  barbarlıq  dövründən  sonra  cəmiyyətin  ən  yüksək 

inkişaf mərhələsi baxımından qiymətləndirilir (L.Morqan, F.Engels).

3. Sivilizasiya sosiumda sosial inteqrativ münasibətlərdə maddiləşdirilən, əmək 

bölgüsünü ifadə edən cəmiyyətin strukturu kimi müəyyənləşdirilir. 




Yüklə 420,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin