AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
“İnşaat-texnologiya” fakültəsi
“Materialşünaslıq” kafedrası
Fənnin adı: “Beton və dəmir-beton texnologiyasının əsasları”
Mövzu: 15. Əməyin mühafizəsi tədbirləri
Mühazirəçi: t.e.n. dosent S.M.Əkbərova
MÜHAZİRƏNİN PLANI
1. Əməyin mühafizəsi tədbirləri.
2.Ətraf mühitin mühafizəsinin təşkili.
ƏDƏBİYYAT
1. B.S.Sərdarov,
Ə.B.Həsənzadə,
T.A.Haqverdiyeva,
S.M.Əkbərova,
V.U.Şahmarov. Beton və dəmir-beton məmulatları və konstruksiyalarının
texnologiyası. Bakı – 2016. 193 s.
2. Баженова О., Сохряков В., Стенечкина К., Баженова С.
Производство
строительных
материалов, изделий и конструкций. Учебное пособие.
ЛитРес, 2019 - Technology & Engineering. https://books.google.az › books
BAKI-2020
MÜHAZİRƏ 15
ƏMƏYİN MÜHAFİZƏSİ TƏDBİRLƏRİ
Dəmir-beton məmulatları istehsal edən müəssisələrdə yanğından
mühafizə
rejimi və ya təhlükəsizlik texnikası qaydaları pozulduqda yanğın
və bəzi qəza
hadisələri baş verə bilər. Yanğından mühafizə İN və Q II-90-81 «Sənaye
müəssisələrində istehsalat binaları, layihələşdirmə normalar»ında nəzərə alınır və
baş verən yanğınlar, partlayış, partlayış-yanğın və yanğın təhlükəsi kateqoriyalarına
bölünür. Sexdə quraşdırılmış qaldırıcı-nəqliyyat avdanlıqlarının, elektrik şitlərinin,
nəzarət ölçü cihazları,
avtomatika, «Elektrik qurğularının quraşdırma qaydaları»
tələblərinə uyğun elektrik
təhlükəsizliyi gözlənilməli, onların istismarı isə
«İstehlakçının elektrik qurğularından istismar təhlükəsizlik texnikası qaydaları» və
ГОСТ 12.1.019-79 tələblərinə cavab verməlidir.
Yanğın təhlükəsizliyinin ümumi tələbləri İN və Q II-2-80 «Layihələndirilən
bina və quğuların yanğından mühafizə norması» ГОСТ 12.1.004-76P
və ГОСТ
12.4,009-75 normativlərinə uyğun olmalıdır.