Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması



Yüklə 0,91 Mb.
səhifə88/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   130
Pedaqogika mühazirələr

Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması

Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki komponentdən biridir). Dərsə verilən tələb kimi müəllimin fəaliyyə-tin müvəffəqiyyəti üçün də müəyyən şərtlər mövcuddur. Mühüm



şərtlərdən biri müəllimin dərsə hazırlığıdır. Bunu pedaqoqlar xüsusi vurğulayırlar.
Müəllim dərsə hazırlaşarkən təlimin başlıca funksiyalarının – təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirəcəyi diqqət mərkəzində durmalııdr. Bu məqsədlə o, əvvəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qaydanı, anlayışı dəqiq-ləşdirir, aşılayacağı tədris və idrak bacarıqlarını müəyyənləşdirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi estetik və s. keyfiyyət-lərin formalaşmasına təkan verəcəyini aydınlaşdırır; üçüncüsü dərsin məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsi ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü, iradəni və s. inkişaf etdirəcəyini konkretləşdirir.
Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şagirdlərin nə ilə məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca didaktik məqsəd və vəzifələrdən asılı olaraq təlim metodlarının seçilməsi də müəllimin dərsə hazırlığına aiddir. Hansı əyani və tex-niki vasitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğət-lərdən və s. dərsdə istifadə edəcəyini müəllim qabaqcadan düşünür.
Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik işləmə, təfsilatlı plan və ya cədvəl formasına düşə bilər.
Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöq-teyi-nəzərindən B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bilər. O, yazır ki, müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas götürməlidir: 1) proqramın tələblərini; 2) şagirdlərin real səviy-yəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) vasitə və metod-ları və s. Dərsin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkə-zində saxlanmalıdır:
1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nə-yi tələb etdiyinin diqqətlə öyrənilməsi;


  1. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədəbiy-yatın nəzərdən keçirilməsi, öyrənilməsi.




  1. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gətirmək, materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdır-maq, müvafiq iş priyomları müəyyənləşdirmək zəruridir;




  1. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda

“Nəyə nail olmalıyam?” sualına cavab vermək lazımdır.

  1. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzə-rində işlətmək lazım gəldiyini aydınlaşdırmaq;




  1. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə müəllimin öz imkanları arasındakı əlaqə müəyyən edilməlidir;




  1. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı yazılmalıdır;




  1. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilməlidir.

Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-ması-
nın proqram materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əhmə-dov göstərir ki, məktəbdə proqram materialı iki şəkildə planlaşdırı-lır: perspektiv, cari. Perspektiv planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana əsaslanır və hər bir konkret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini, mərhələlə-rini, müstəqil işləri və s. əks etdirir .


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin