Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı istiqamətlərdə özünü göstərir: birinci çətinlik



Yüklə 0,91 Mb.
səhifə89/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   130
Pedaqogika mühazirələr

Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı istiqamətlərdə özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə axtarışı ilə bağlıdır ki, burada həm tədris materialının bütün şa-girdlər tərəfindən mənimsənilməsi, həm də müstəqil idrak fəaliyyət-lərinin və əqli inkişafının təmin olunması diqqət mərkəzində saxla-nılsın (bu isə təlim materialının hazırlanması və uyğun təlim metod-larının seçilməsi ilə bağlıdır); ikinci çətinlik problem situasiyasının yaradılması, burada priyom və metodların, problem sualların, didaktik materialın tapılmasından ibarətdir; üçüncü çətinlik, təlim probleminin müstəqil həlli üçün vaxta qənaət və dərsin tempinin yüksəldilməsi üçün texniki vasitələrin kompleks tətbiqinin vacibliyi ilə bağlıdır; dördüncü çətinlik, mövzuya şagirdlərin marağının oyanması, təlim motivlərinin formalaşması, onların emosional-iradi münasibətlərinin artırılması zəruriliyi ilə əlaqədardır.

20. Təlim sisteminin giymətləndirmə komponenti.

Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəl-limin və şagirdin fəaliyyəti, müəllimin fəaliyyətinin şagirdlrin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaş-dırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi (müvafiq konsepsiya barədə əvvəlki fəsillərdə bəhs etmişik) şagirdin biliklərə yiyələnmək, onlardan istifadə et-mək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması kimi qəbul edilir. Təlimin bu komponenti şagird irəliləyişinin (geri-ləməsinin) izlənilməsi (monitorinqi), təlim prosesində qərarların qə-bulu və şagirdin təlim nəticələrini və kurukulumun qiymətləndiril-məsi məqsədlərinə xidmət edir .

Dünya təcrübəsində qiymətləndirmənin aşağıdakı ümumi prinsipləri özünə yer almışdır:




  1. qiymətləndirmə təlim prosesinin mühüm tərkib hissəsidir və bütün təlim prosesi ərzində aparılmalıdır;




  1. qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviyyəsindən asılı olaraq müxtəlif metodlardan istifadə edilməlidir;




  1. qiymətləndirmə təlimin keyfiyyətini korrektə edən proses ol-malı, şagidlərdə öz bacarıqlarını qiymətləndirmək qabiliyyəti for-malaşdırmalı və öz təlim nəticələrini daim yaxşılaşdırmaq istəyi, ar-zusu yaratmalıdır;




  1. qiymətləndirmə təlimin son nəticələrinə və ictimai həyata gi-rişə yönələn qabaqlayıcı (önləyici) standarta əsaslanmalıdır;




  1. qiymətləndirmədə ədalətlilik, şəffaflıq və obyektivlik təmin olunmalıdır;




  1. qiymətləndirmə kriteriyaları ölçülə bilən və etibarlı olmalıdır .

Qiymətləndirmə müəllimlərin və şagirdlərin əsas diqqətini öy-rətmə prosesinin müşahidə olunmasına və yaxşılaşdırılmasına yö-nəldir. Öyrənməni yaxşılaşdırmaq üçün əksər hallarda şagirdlərə öz öyrənmə adətlərini dəyişdirməkdə və ya özünüdərk vərdişlərini ( öz düşünmə və öyrənmələri haqda düşünmək vərdişlərini) inkişaf et-dirməkdə kömək etmək müəllimin öyrətmə davranışını dəyişmək-dən daha səmərəli ola bilər. Təbii ki, şagirdlər müstəqil sürətdə və ömrü boyu öyrənməlidirlərsə, onda onlar öz öyrənmələrinə görə tam məsuliyyət daşımağı öyrənməlidirlər.


Əsas diqqəti öyrənməyə yönəltdiklərindən qiymətləndirmə şa-girdlərin fəal iştirakını tələb edir. Şagirdlər qiymətləndirmə prosesi-nin fəal tərkib hissəsi olmaqla özlərinin kursun (fənnin) məzmunu-nu mənimsəmək bacarığını gücləndirir və özünüqiymətləndirmə sahəsində vərdişlərini möhkəmləndirilər. Müəllimlərin şagirdlərin özləri kimi onların müvəffəqiyyətində maraqlı olduqlarını və buna əmək sərf etdiklərini dərk edəndə, şagirdlərin həvəsi daha da artır. Şagirdlər öyrənmə prosesini daha çox diqqətli olduqda, daha fəal

iştirak edəndə və uğur qazanacaqlarına daha çox inam bəsləyəndə kursu daha yaxşı mənimsəyə bilirlər. Təcrübə göstərir ki, müəl-limlər şagirdlərlə təsvir olunan qaydalarla işlədikdə, öz öyrətmə vər-dişlərini yaxşılaşdırır və yeni bacarıqlar əldə edirlər. Sinifin qiymət-ləndirilməsi qiymətləndirməyə münasibətdə yekunlaşdırıcı olmaq-dan daha çox formativ bir yanaşmadır. Onun məqsədi şagirdlərin dəyərləndirilməsi və ya onlara qiymət verilməsi üçün faktları təmin etmək deyil, şagirdin öyrənmə keyfiyyətini yaxşılaşdrmaqdır. Nəti-cədə testi gərginləşdirən narahatlıqların bir çoxu burada olmur.

Qiymətləndirmə standartları qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır. QS xüsusi növ qiymətləndirmə şkalasıdır. QS qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, müəllimləri tədrisin səmərəliliyi ilə, fay-dalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müva-fiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. QS şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır. Keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır. QS fəaliyyətin qiymət-ləndirilməsi zamanı istifadə olunan meyarlarla bağlı şagirdlərin mə-lumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və on-lardan nələrin tələb olunacağını aydın şəkildə göstərməklə konkret

məqsəd və tələbləri (meyarları) müəyyən edir. QS şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə təlim prosesində irəlilə-yişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyə-ti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir.


QS-in elementləri bunlardır:

  1. qiymətləndiriləcək əsas sahələr;




  1. nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiy-mətləndirmə şkalası;




  1. səviyyə üzrə etiket: nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm;




  1. səviyyə deskriptoru: nailiyyət səviyyəsini daha müfəssəl təs-vir edən söz (ifadə);




  1. səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetiriləcək məsələyə aid konkret nümunələr;




  1. standart: nail olunması nəzərdə tutulan nəticə.

QS vasitəsilə qiymətləndirmə standartlarının hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:




  1. təlim məqsədi təyin edilir (bilik, bacarıq, münasibət, nəticə), şagirdlərin nəyi bilməsi və bacarması barədə mülahizələr dəqiqləş-dirilir;




  1. qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, sum-

mativ);


  1. hansı növ qiymətləndirmə sxemlərindən istifadə edilməsi barədə qərar verilir (holistik, analitik);




  1. qiymətləndirmənin aspektləri (bilik, bacarıqlar, onların əldə olunması yolları, tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləş-dirilir və təsvir edilir;




  1. müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəy-yənləşdirilir və təsvir edilir;




  1. nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir;




  1. səviyyə deskriptorlarının (təsviri indikatorlar) növləri (kə-miyyət, normativ, deskriptiv) seçilir.

Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir;



  1. hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır;




  1. zərurət yaranarsa, qiymətləndirmə sxemi nəzərdən keçirilir və lazımi dəyişikliklər edilir.

Qiymətləndirmə standartlarının hazırlanmasında baza rolu oy-nayan və təlim standartlarını, göstərilən təlim nəticələrini təyin edən hər bir fənn kurikulumu, adətən, qiymətləndirmə standartları toplu-sundan daha əhatəli və geniş hazırlanır.


Bəzən də bir sıra qiymətləndirmə standartları kurikulumda aş-kar əks olunmasa da, müxtəlif qiymətləndirmə tədbirlərində onlar-dan istifadə edilir. Qiymətləndiriləcək bacarıqların təyin olunması prosesində onların idraki xarakterdə olması xüsusilə nəzərə alınır ki, bu da qiymətləndirmə tapşırıqlarının mürəkkəblik səviyyəsinin mü-əyyən olunmasında vacib şərt hesab olunur, mənimsəmənin əsas xü-susiyyətlərini (məntiqi düşünmə, prosedurların yerinə yetirilməsi, anlayışların dərk edilməsi, problemlərin həlli) əhatə edir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin