Mühazirələr Fakültə: İncəsənət Kafedra: Musiqinin tarixi və nəzəriyyəsi Müəllim: Rumiyyə Məmmədova



Yüklə 67,5 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü67,5 Kb.
#46530
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
movzu12

I simfoniya C dur;

II simfoniya D dur;

III simfoniya Es dur;

IV simfoniya B dur;

V simfoniya c moll;

VI simfoniya F dur;

VII simfoniya A dur;

VIII simfoniya F-dur;

IX simfoniya d moll’dır.

I simfoniya C dur ənənəvi 4 hissəli quruluşdadır. Bu əsər Haydının,Motsartın simfoniyasını xatırladır. Lakin simfoniya dissonans akkordlarla başlayır ki, bu da bəstəkarın cəsarətli yeniliklərinə nümunədir.

II simfoniya D dur 1802-ci il də yazılmışdır. Simfoniya maraqlı instrumentofka ilə fərqlənir. Bəstəkar nəfəsli alətlərdən geniş şəkildə istifadə etmişdir. Əsərdə qəhrəmani marş intonasiyaları hökm sürür. 4 hissədən ibarətdir.

2. III simfoniya E-dur – “Qəhrəmani simfoniya”. Bethoven maariflənmə (klassisizm) və həmin dövr Avropada yüksəlməkdə olan romantizm ideallarına inanırdı. Özünün üçüncü simfoniyası olan "Qəhrəmanlıq" (italyanca "Eroica") simfoniyasını Napoleona həsr etmişdi. Buna səbəb bəstəkarın Napoleonun Fransa inqilabının demokratiya və respublika kimi dəyərlərini qoruyacağına inamı idi. Lakin 1804-cü ildə Napoleonun imperialistik ambisiyaları məlum olduqdan sonra Bethoven Napoleonun titul vərəqindəki adını o dərəcədə qəzəblə silir ki, vərəqin ortasında dəlik əmələ gəlir. Sonralar Bethoven bu simfoniyanın adını dəyişərək "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo", yəni "Böyük insanların xatirəsinə ithaf olunan Qəhramanlıq Simfoniyasi" qoyur.

Bethoven 1804-cü ildə bu əsər üzərində işini tamamlayır. Bu simfoniyanın yaranması klassizm incəsənətində dönüş yaratdı. Dahi rus bəstəkarı Çaykovski qeyd edirdi ki, “Bu simfoniyada dahi Bethovenin əvəzedilməz yaradıcılıq gücü açılır.”

III simfoniya inqilabi obrazlar, mübarizələr və qələbə cizgiləri üzərində qurulmuşdur. Bu əsəri bəstəkar 3 il ərzində yazmışdır. İlk dəfə burada bəstəkar öz qəhrəmani epik mövzusunu tapmışdır. Sonralar bu ənənə V simfoniya və uvertüralarında öz davamını tapmışdır.

Əsərin ilk ifası soyuq qarşılanır. Çünki həcmcə çox böyük və musiqi dili çox mürəkkəb idi. Lakin zamanla əsərin əsl qiyməti bilinir.

Simfoniya 4 hissəlidir.

I hissə- Allegro con brio mübarizə ruhunun açılmasıdır.

II hissə “Matəm marşı” Adagio assai faciəli, fəlsəfi cizgilər üstünlük təşkil edir.

II hissə- “Skertso” Allegro vivace iti ritmlidir, xalq melodiyalarına yaxındır.

IV hissə - Final Allegro molto. Bu hissədə qələbə obrazı yaradılıb.


Yüklə 67,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin