MÖVZU 7. AZƏRBAYCANDA DEMOQRAFİK İNKİŞAF VƏ MƏŞĞULLUQ PROBLEMİ. ƏMƏK BAZARININ FORMALAŞMASI 1. Demoqrafik inkişaf və məşgulluq 2. Əmək bazarının formalaşması 1. Demoqrafik inkişaf və məşgulluq Azərbaycan xalqı tarixi inkişafın müxtəlif dövrlərində mövcud olmuş, yaşamış və öz varlığını qoruyub saxlamışdır. Xalq nə qədər öz varlığını qoruyub saxlayırsa öz ölkəsini də qoruyub saxlayır. Hər bir ölkənin keçmişi, bu günü və gələcəyi burada yaşayan əhalinin fəaliyyəti ilə bağlıdır. Əhali və iqtisadiyyat vahid ictimai orqanizmin ünsürləridir. Lazımi sayda və tərkibdə əhalinin mövcud olması cəmiyyətin inkişafının hər bir dövründə ölkənin iqtisadi tərəqqisini, ictimai istehsal prosesinin normal gedişini təmin etmək üçün başlıca şərtdir. Buna görə sosial-iqtisadi həyatın mürəkkəb orqanizmində əhali fəal və başlıca rol oynayır. Əhali özlüyündə mücərrəd anlayış olsa da, onda baş verən dəyişikliklər demoqrafik proseslərdə əks olunur. Demoqrafik proseslər demək olar ki, cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı əlaqədədir. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirində təzahür edir. Buna görə bütün ölkələrdə həmişə demoqrafik proseslər dövlətin, siyasətçilərin, müxtəlif tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Demoqrafik prosesləri və hadisələri öyrənən xüsusi elm-Demoqrafiya elmi yaranmışdır. Demoqrafiyaməhz əhali haqqında biliklər sistemidir.
Demoqrafik proseslərə və hadisələrə əhalinin sayında,tərkibində və
yerləşməsində baş verən dəyişikliklər,başqa sözlə onun təbii təkrar istehsalı prosesləri və mexaniki hərəkəti daxildir.100 ilə yaxın bir dövrdə Azərbaycanın əhalisi dörd dəfədən çox artmışdır.Bu artım həm şəhər əhalisinin,həm də kənd əhalisinin artımı hesabına olmuşdur. Əhalinin məskunlaşmasının araşdırılması göstərir ki, şəhər və kənd əhalisinin sayında kəskin fərq yoxdur.Belə ki, 1996-cı ildə respublika əhalisinin 52.7 %-i şəhər yerlərində, 47.3 %-i isə kənd yerlərində məskunlaşmışdır. Şəhər əhalisinin ümumi əhalinin tərkibində xüsusi çəkisinin artması kənd əhalisinin axını və bir sıra yaşayış məntəqələrinin şəhərlərə çevrilməsinin nəticəsidir. Əhalinin müəyyən ərazidə məskunlaşması, bu və ya digər əraziyə axını iqtisadi, sosial, mədəni, məişət, demoqrafik və s. amillərlə əlaqədardır.Əhalinin ayrı-ayrı şəhərlərdə həddən çox cəmləşməsi müsbət hal hesab edilə bilməz.Ona görə əhalinin öz daimi yaşayış yerlərində işləməsi üçün lazımi şərait yaradılması üzrə tədbirlər görülməsi zəruridir. Demoqrafik proseslərdə həm demoqrafiya, həm də iqtisadi əhəmiyyət baxımından əhalinin cins tərkibi həmişə diqqəti cəlb edir. Hazırda respublika əhalisinin 49.3 %-ini kişilər 50.7 %-ini isə qadınlar təşkil edir. Statistik rəqəmlərin təhlili göstərir ki,aşağı yaşlarda kişilərin xüsusi çəkisi yüksək olur və getdikcə bu nisbətlik qadınların xeyrinə dəyişir.Bunun səbəbi yaşlar üzrə kişilər arasında ölüm hallarının çox olması və onların qadınlara nisbətən respublikadan kənara daha çox getmələri ilə əlaqədardır. Demoqrafik proseslərdə əhalinin yaş quruluşu da mühüm əhəmiyyət kəsb edir.Yaş quruluşu ölkənin əmək potensialını, iş qüvvəsi ilə təmin olunma imkanlarını ifadə edir.
Respublika əhalisinin əksəriyyətini əmək qabiliyyətli yaşda adamlar təşkil edir ki, onların əmək fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif istiqamətli tədbirlər görülməsini zəruri edir. Əhalinin artımı, yaş və cins tərkibində baş verən dəyişiklik ilk növbədə onun təbii artımı ilə bağlıdır.Əhalinin təbii artımıdoğulanlarla ölənlərin arasındakı fərqi ifadə edir. Doğum, ölüm, və təbii artım əhalinin təbii hərəkətini səciyyələndirir. Doğum səviyyəsi xeyli dərəcədə nigah və boşanma ilə əlaqədardır. Hazırda ölkəmizdə əhalinin doğum səviyyəsinin sürətlə aşağı düşməsi və bununla əlaqədar olaraq, ailədəki uşaqların sayının əhəmiyyətli dərəcədə azalması qanunauyğun hal kimi deyil, SSRİ-nin dağılması və keçid dövrünün təzadları ilə bağlı olan keçici xarakter daşıyan hal kimi qiymətləndirilməlidir.İndi dövlət səviyyəsində elə demoqrafik siyasət tədbirləri işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, doğum səviyyəsi və ailədə uşaqların sayı əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsini təmin edə bilsin. Əhalinin sadə təkrar istehsalı prosesinin həyata keçirilməsi üçün yeni yaradılan hər bir ailədə ən azı iki, geniş təkrar istehsal prosesinin təmin edilməsi üçün isə üç və daha çox uşaq doğulub tərbiyə edilməlidir. Bunun üçün ölkəmizdə hər cür imkan və şərait vardır. Respublika əhalisinin artıb-azalmasına təsir edən ən mühüm amillərdən biri də insanların sağlamlığı və onların ölüm səviyyəsindən ibarətdir.
Demoqrafik proseslərdə miqrasiya mühüm əhəmiyyət kəsb edir. Miqrasiya adamların daimi yaşayış yerinə qayıtması ilə əlaqədar müəyyən ərazinin sərhədindən kənarda yerdəyişməsidir.Hər ərazidə yerdəyişmə iki istiqamətdə ola bilər.Emiqrasiya,yəni ərazidən getmək və immiqrasiya, yəni əraziyə gəlmək.Əraziyə gələnlərlə ərazidən gedənlər arasında fərqxalis miqrasiyanıtəşkil edir.Miqrasiya daxili və xarici miqrasiyaya ayrılır. Xarici miqrasiyadövət sərhəddini keçməklə əlaqədardır.Yəni bir ölkədən başqa ölkəyə yerdəyişmək xarici miqrasiya hesab olunur. Daxili miqrasiyabir ölkənin sərhədləri daxilində bölgələr, rayonlar, yaşayış məntəqələri arasında yerdəyişməkdən ibarətdir. Miqrasiya daimi, mövsümi, mötədil (hər gün başqa yaşayış məntəqəsinə işə gedib-gəlmək) ola bilər.. Əhalinin mexaniki hərəkəti (miqrasiyası) ayrı-ayrı ərazilərdə əhalinin sayının, tərkibinin dəyişməsinə əhəmiyyətli təsir göstərir.Əhalinin miqrasiyası səbəblərinin öyrənilməsi göstərir ki, təbii sərvətlərin mənimsənilməsi, şəhərlərin artması, ayrı-ayrı ərazilərin iqtisadiyyatının inkişafı, sağlamlıq, ailə vəziyyətinə görə yaşayış yerinin dəyişdirilməsi, təhsilin davam etdirilməsi, yüksək əmək haqqı əldə etmək, həyat şəraitini yaxşılaşdırmaq və s. səbəblər əhalinin mexaniki hərəkətini doğurur. Miqrasiya əhalinin və əmək ehtiyatlarının yenidən bölüşdürülməsində mühüm rol oynayır.Qeyd etmək lazımdır ki, Ermənistan respublikasının Azərbaycana qarşı apardığı müharibə də əhalinin mexaniki hərəkətinə böyük təsir etmişdir.Ermənistan respublikasında yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarını məcburi tərk edib Azərbaycana gəlmişdir.Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından azərbaycan əhalisi digər rayonlarına və şəhərlərinə qaçqın düşmüşdür.Hazırda respublikamızda bir milyona yaxın qaçqın var ki, bu da onların yerləşdiyi ərazidə əhalinin sayında və tərkibində mühüm dəyişikliklər törədir və bir sıra sosial-iqtisadi problemlər doğurur.Buna görə qaçqınların öz doğma torpaqlarının qaytarılması, əhalinin öz yaşayış yerində qalıb işləməsi üçün tədbirlər görülməsi vacibdir.Bu, əhalinin mexaniki hərəkətinin mənfi nəticələrini aradan qaldırmağa imkan verər.Lakin miqrasiyanı tam aradan qaldırmaq çətindir.Respublikamızda bazar iqtisadiyyatının təşəkkülü və onun dünya iqtisadiyyatına inteqrasiyası və respublikamızda iş qüvvəsi “artıqlığı” xarici miqrasiyaya səbəb olacaqdır.Bu miqrasiya lazımi istiqamətdə tənzimlənərsə bu böyük iqtisadi və sosial fayda gətirə bilər.
Məlum olduğu kimi sosial iqtisadi və demoqrafik proseslərin qarşılıqlı əlaqəsi və asılılığı onlar arasında müəyyən nisbətliyin qərarlaşmasına gətirib çıxarır.Lakin bu nisbətliyin kortəbii qaydada formalaşması cəmiyyətin mənafeyinə həmişə uyğun gəlmir.Sosial iqtosadi və demoqrafik proseslər arasında arzuolunan, optimal nisbətliyin qərarlaşmasında demoqrafiya siyasəti mühüm rol oynayır. Demoqrafiya siyasətidemoqrafik proseslərə cəmiyyətin mənafeyinə müvafiq istiqamət vermək üçün işlənib hazırlanan və həyata keçirilən sosial iqtisadi, hüquqi və digər tədbirlər kompleksidir.Onu da qeyd etmək lazımdır ki, əhalinin optimal təkrar istehsalının formalaşması üçün dövlət tərəfindən xüsusi tədbirlərin həyata keçirilməməsi də necə deyərlər demoqrafiya siyasətini ifadə edir.Belə ki, əgər dövlət bu sahədə xüsusi tədbirlər həyata keçirmirsə, bu o deməkdir ki, ölkədə mövcud olan demoqrafik vəziyyət cəmiyyətin vəziyyətinə uyğundur.Belə siyasət passiv demoqrafiya siyasətidir.Passiv demoqrafiya siyasəti həmçinin demoqrafik proseslərin və onların sosial iqtisadi nəticələrinin kifayət qədər öyrənilməməsi ilə də əlaqədar ola bilər. Demoqrafiya siyasəti tədbirlərini şərti olaraq üç qrupa ayırmaq olar: 1.İqtisadi.
2.İnzibati-hüquqi
3.Təbliğat.